Məhkəmə qərarları › İş №3(3-7)-393/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-7)-393/2026

04.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 3(3-7)-393/2026 04.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başlanılmış İXM-nin 229cu maddəsi ilə iş üzrə icraata xitam verilməsinə dair Bərdə Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli qərarından Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X3 Xidməti * saylı X1 rəisi tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmağa hazırlanması məsələsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 229-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X3 Xidməti * saylı X2 ## ######## 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı (hakim Abdullayev Fərman) qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 229-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin həmin qərarından Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X3 Xidməti * saylı X1 rəisi ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsi xahiş edilmişdir. İş materialında olan apellyasiya şikayətlərindən görünür ki, inzibati orqan tərəfindən Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarını ##.##.2026-cı il tarixdə aldıqlarını göstərmişlər (cild 1, səh. 48, 62). İXM-nin 130-cu maddəsinə əsasən bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada qərarın surətinin verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında qərardan şikayət və protest verilə bilər. Qanununvericilik normalarının məzmunundan göründüyü kimi şikayət və ya protest verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş 10 (on) günlük müddətin axımı qərarın rəsmi qaydada verildiyi vaxtdan başlayır. Lakin inzibati orqan həmin qərardan 10 gün müddətinə apellyasiya şikayəti verməli olduğu halda yalnız ##.##.2026-ci il tarixdə apellyasiya şikayəti vermiş, bununla da şikayət vermə müddəti 3 (üç) ay 4 (dörd) gün ötürülmüşdür. Beləliklə, müəyyən olunur ki, Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X3 Xidməti * saylı X1 rəisi qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin qanunla müəyyən edilmiş prosessual müddəti ötürməsinə baxmayaraq, onun tərəfindən müddətin bərpası barədə vəsatət verilmədən birbaşa şikayət verilmişdir. Həmçinin, məhkəmə qeyd etməyi lazım bilir ki, hazırki qərarın qəbul edilməsi Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X3 Xidməti * saylı X1 rəisi tərəfindən birinci instansiya məhkəməsi qarşısında prosessual müddətin bərpası barədə vəsatət qaldırmaq imkanından məhrum etmir. İstənilən vaxt inzibati xəta haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə Bərdə Rayon Məhkəməsi qarşısında vəsatət qaldıra bilər. İşin məhkəmə baxışına təyin edilməsi ilə bağlı iş materiallarını nəzərdən keçirib yuxarıda qeyd olunan qanun normalarının tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarından şikayət verilməsi üçün müəyyən edilmiş müddətin üzrlü səbəbdən buraxılıb-buraxılmaması məsələsi aydınlaşdırılmadığından və bu barədə konkret qərar qəbul edilmədiyindən, bu hal inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal kimi qəbul edilməli, inzibati işin icraata qəbul edilməsindən imtina olunmalı və iş materialları İXMnin 130-cu maddəsinin tələblərinin yerinə yetirilməsi üçün Bərdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Bununla yanaşı, Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X3 Xidməti * saylı X1 rəisinə buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar birinci instansiya məhkəməsində vəsatət qaldırmaq hüququna malik olması izah olunmalıdır. İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci madəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda qeyd olunanları və İXM-nin 132.1.2 və 133-cü maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başlanılmış İXM-nin 229cu maddəsi ilə iş üzrə icraata xitam verilməsinə dair Bərdə Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli qərarından Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X3 Xidməti * saylı X1 rəisi tərəfindən verilmiş şikayətin apellyasiya icraatına qəbul olunmasından imtina edilsin və inzibati icraat materialları Bərdə Rayon Məhkəməsinə qaytarılsın. Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X3 Xidməti * saylı X1 rəisinə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə bağlı birinci instansiya məhkəməsində vəsatət qaldırmaq hüququnun olması izah olunsun. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar