Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-394/2026 10.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi ilə, Tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-nin) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət üzrə materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Bərdə rayon Icra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı 2331204 №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** saylı icra vərəqəsinə əsasən 3200 manat, Bərdə Rayon Məhkəməsinin *(***)- ****/**** saylı icra vərəqəsinə əsasən 1200 manat pul borcları yaranmışdır. Tərtib olunmuş inzibati xəta haqqında protokol Bərdə Rayon Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməsi, Qərarın icrasının Bərdə rayon Icra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsinə dair Bərdə rayon məhkəməsinin ##.##.2026-cı il tarixli ,3(5-114) -****/**** saylı qərarı dəyişdirilərək onun həmin maddə ilə təqsirli bilinərək barəsində 1 (bir) ay müddətinə inzibati həbs tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər cür maddi imkanlara malik olmasına baxmayaraq məhkəmənin icra sənədində göstərilən 5000 manat puldan ##.##.2026-cı il tarixə kimi ona cəmi 1800 manat ödəniş etmiş , məhkəmənin qətnaməsi icra etməkdən qərəzli olaraq boyun qaçırmış , qalan 3200 manat borcunu ödəməkdən müxtəlif üsullarla yayınmışdır. Həmşinin Bərdə rayon məhkəməsinin ##.##.2025-ci il tarixli ,2(021)- ****/**** saylı icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2000 manat məbləğində pul alınaraq tələbkar X1 ödənilməlidir. Lakin bunu da icra etməkdən qərəzli olaraq yayınmışdır. Bərdə rayon Icra və Probasiya şöbəsinin ##.##.2026-cı il tarixli qərarına əsasən Bərdə rayon məhkəməsinin *(***)-***/**** saylı və *(***)-****/**** saylı icra sənədləri bir icraatda birləşmişdir. Bərdə rayon Icra və Probasiya şöbəsinin ##.##.2025-ci il tarixli qərarına əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmişdir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ##.##.2026-cı il tarixdə ****** saylı axtarış işi açılmışdır. Bərdə rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bərdə rayon məhkəməsinin ##.##.2026- cı il tarixli ,8(5-114) -**/**** saylı qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mülkiyyətində olan VAZ-2101 minik markalı, **BT*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Beləliklə də həyata keçirilmiş icra tədbirləri nəticəsiz qaldığına görə Bərdə rayon Icra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə MN seriyalı 2331204 N° li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki,Bərdə rayon məhkəməsinin 2(021) -***/**** saylı icra sənədinə əsasən 3200 manat, həmin məhkəmənin 2(021) -****/**** saylı icra sənədinə əsasən 1200 manat pul borcları yaranmasına baxmayaraq, bu borcları ödəməkdən boyun qaçırır. Tərtib edilmiş inzibati protokol baxılması üçün aidiyyəti üzrə Bərdə rayon məhkəməsinə göndərilmişdir. Təqsirli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verilmiş inzibati tənbeh cəzasının yüngüllüyü səbəbindən Bərdə rayon məhkəməsinin sözügedən qərarından narazıdır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir və törədilmiş xətaya adekvat cəza deyildir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cğluna məhkəmənin təyin etdiyi 500 manat cərimə cəzası ədalətsizdir., törətdiyi nzibati xətaya adekvat cəza deyildir və ona həbslə əlaqədar cəza təyin edilməsi ədalətli və qanuni olardı. Odur ki, Bərdə rayon məhkəməsinin qərarının dəyişdirilməsi və onun barəsində 1 ay müddətinə həbs növündə inzibati tənbeh :ədbiri tətbiq edilməsi zəruridir.. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə etdi, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və ona inzibati həbs tənbeh tədbiri verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Bərdə rayon Icra və Probasiya Şöbəsininə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Repubilkası IXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Iş materiallarında olan - Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025ci il tarixli icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2000 (iki min) manat məbləğində pul alınaraq tələbkar X1 ödənilməlidir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. - Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 5000 (beş min) manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 70 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. - Bərdə rayon Icra və Probasiya şöbəsinin ##.##.2025-ci il tarixli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmişdir. - Bərdə rayon Polis şöbəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Sumqayıt ŞPI-si tərəfindən ##.##.2026-cı il tarixdə ****** saylı axtarış işi açılmışdır. - Bərdə Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mülkiyyətində olan “Vaz 2101 minik” markalı, **BT*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. - Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - Bərdə rayon Icra və Probasiya şöbəsinin ##.##.2026-cı il tarixli qərarına əsasən Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli, Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra sənədinin lazimi qaydada icra edilməməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmış və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və həmin inzibati xətaya görə ilk dəfə məsuliyyətə cəlb olunmasını, o cümlədən iş üçün əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh etməklə qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirlmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №3(3-7)-394/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-394/2026
10.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver