Məhkəmə qərarları › İş №3(3-7)-396/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-396/2026

12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-396/2026 12.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Şəmkir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş AP ******* saylı inzibati xəta haqqında protokolda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 18 radələrində istifadəsində olan “VAZ-21120” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Protokolu tərtib edən orqan tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Şəmkir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim H.Məhəmmədi) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXMnin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 08 (səkkiz) ay müddətinə məhdudlaşdırılması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək şikayətin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını, hadisə yerində olan müşahidə kameralarının görüntüləri məhkəmə tərəfindən tələb edilərək tam araşdırılmasını və hadisənin baş vermə mexanizmi obyektiv şəkildə qiymətləndirlməsini və qarşı tərəfin hərəkətlərinə hüquqi qiymət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı oil tarixdə saat 18 radələrində özünə məxsus VAZ 21012 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə Şəmkir rayonu Kür qəsəbə yolunun Təzəkənd kəndi istiqamətində keçən hissəsində, “Samir petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında hərəkətdə olarkən X1 idarə etdiyi OPEL ASTRA markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobil qəfil olaraq hərəkət istiqamətinə çıxmış və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində o, müxtəlif bədən xəsarətləri almış, dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılmışdır.Aparılmış tibbi müayinələr zamanı döş qəfəsinin küt travması və digər xəsarətlər müəyyən edilmişdir. Məhkəmə qərarı çıxararkən hadisənin başvermə mexanizmini, qarşı tərəfin qəfil manevr etməsini, eləcə də hadisə yerində mövcud olmuş müşahidə kameralarının görüntülərini tam və obyektiv araşdırmamışdır.Hadisənin əsas səbəbi qarşı tərəfin yol hərəkəti qaydalarını pozaraq qəfil manevr etməsi olmuşdur. Onun hadisədən yayınmaq üçün kifayət qədər vaxt və texniki imkanı olmamışdır.Azərbaycan Respublikası X6 tələblərinə əsasən hər bir sürücü manevr etməzdən əvvəl digər hərəkət iştirakçılarına maneə yaratmamalıdır. Qarşı tərəf isə bu tələbi kobud şəkildə pozmuşdur. Hadisə yerinə yaxın ərazidə yerləşən Samir petrol yanacaq doldurma məntəqəsinin və ətraf obyektlərin müşahidə kameraları mövcuddur. Həmin görüntülər hadisənin necə baş verdiyini obyektiv şəkildə təsdiq edə bilər. Lakin məhkəmə həmin sübutların tam raşdırılmasını təmin etməmiş, görüntülərin iş üzrə ətraflı tədqiqinə lazımı hüquqi qiymət verməmişdir. Əgər hadisə yalnız onun təqsirindən baş vermiş olsaydı, qarşı tərəfin hərəkətlərinin hadisəyə təsiri araşdırılmalı idi. Hadisə nəticəsində onun ciddi xəsarət almağı toqquşmanın qəfil və qarşıalınmaz xarakter daşıdığını göstərir.Təqsirin tam şəkildə onun üzərinə qoyulması qanunsuzdur. Məhkəmə isə üzrə sübutların birtərərfli qiymətləndirmiş, hadisənin baş verməsində qarşı tərəfin mümkün təqsiri lazımi qaydada araşdırılmamışdır. Məhkəmə qərarı işin faktiki hallarına uyğun deyildir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını, hadisə yerində olan müşahidə kameralarının görüntüləri məhkəmə tərəfindən tələb edilərək tam araşdırılmasını və hadisənin başvermə mexanizmi obyektiv şəkildə qiymətləndirlməsini və qarşı tərəfin hərəkətlərinə hüquqi qiymət verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXm-nin 327.1-ci maddəsi ilə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. İXM-nin 328.1-ci maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə- on manat məbləğində cərimə edilir. İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının ##.##.2026-cı il tarixli ** nömrəli rəyindən müəyyən olunur ki, X4 məhkəmə tibbi ekspertizasına və adına tərtib olunmuş tibbi sənətdə yazılanlara əsasən o, nəticəyə gəlinmişdir ki, onun bədən səthində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının ağrı halında əzniyi, sol saidin aşağı üçdə birinin arxa səthinin qançırı, sağ əlin Il barmağının əsas falanqasının şişikinlik və ağrı halında əzniyi KÜT əşyaların təsirindən törənmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bildiyi qeyd olunmuşdur. Əmələ gəlmə müddətləri ## ###### 2026-cı il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Məhkəməyə təqdim olunmuş AP ******* saylı inzibati xəta haqqında protokolda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 18 radələrində istifadəsində olan “VAZ-21120” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Göründüyü kimi iş materiallarında olan AP ******* saylı inzibati xəta haqqında protokoldan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal özünü müdafiə xarakteri daşıdığından əsassız hesab edilir, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qərar qəbul etmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Şəmkir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar