Məhkəmə qərarları › İş №3(3-7)-397/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-397/2026

12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-397/2026 12.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-**/**** saylı, ##.##.2018-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 14716 manat məbləğində pul tutularaq iddiaçı Seyidov Nizami İsa oğluna verilmədiyi üçün o, İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı (hakim Bayramova Kəmalə) qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İŞİN HALLARI: Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli icra sənədi ilə müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 14.716 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti alınaraq Seyidov Nizami İsgəndər oğluna verilməlidir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli icra sənədi üzrə icraata tələbkarın vəfat etməsi əsası ilə Protokolu tərtib edən orqan icra məmuru X2 ##.##.2022-ci il tarixli «tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə» xitam qərarı ilə icraata xitam verilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025 il tarixli qərardadı ilə Protokolu tərtib edən orqan icra məmuru X2 ##.##.2022-ci il tarixli qərarı ləğv edilmiş və icra sənədi yenidən icraya yönəldilməklə icra tədbirləri davam etdirilmişdir. ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş izahatdan göründüyü kimi onun cavabdehə borcunun olmadığını və cababdehə ödənilməli məbləğ yazılan zaman onun iştirakı olmadan əmlak qiymətləndirilmişdir. İnzibati xəta haqqında iş üzrə materiala baxan Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən icra məmuruna təqdimatın nə səbəbə 2018-ci ildən 2026-cı ilə kimi yerinə yetirilməməsi barədə sual verilməmişdir. Belə ki, tərəflər arasında icra məmurları və hal şahidləri tərəfindən imzalanmış ##.##.2018-ci il tarixli aktın mövcud olduğu nəzərə alınmamış, icra məmuru tərəfindən imzalanmış aktda o, öz xətti ilə icranın yerinə yetirməsi ilə bağlı izahat yazmış, bu barədə fotoşəkillər var. Odur ki, şikayətin təmin olunması xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etmiş və şikayətin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq o, göstərdi ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli icra sənədinə əsasən ondan 14716 manat məbləğində pul tutularaq tələbkara ödənilməsi qət edilmiş, həmin qətnamədən yuxarı instansiya məhkəmələrinə apellyasiya və ya kassasiya şikayəti verməmişdir. Həmin qətnamə ilə razı deyil. İddiaçı ona məxsus olan obyektin bütün zəruri avadanlıqlarını sökərək aparmış və ona ziyan vurmuşlar, ona görə də ödənilməli 14716 manat puldan bugünki günədək heç bir ödəniş etməmişdir. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini işin materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində icra məmuru Ülvi Quliyev izahatında göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə tələbi icra etməmiş, nəticədə isə ümumilikdə 14716 manat borcu qaldığından barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs Nəzakət Cəlilovanın etibarnamə üzrə nümayəndəsi izahatında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs atasına olan borcunu uzun illərdir ödəmədiyini, bu barədə dəfələrlə məlumatlandırsa da, o, qərəzli şəkildə heç bir əsas olmadan ödənişin edilməsindən yayındığını və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini düzgün tövsif etmiş, çünki iş materialında olan icra vərəqəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi onun üzərinə müəyyən hərəkətlər üzrə öhdəliklərin yerinə yetirilməsi nəzərdə tutulsa da, o, həmin öhdəliklərin yerinə yetirilməsini müxtəlif bəhanələr (qəbul edilmiş qətnamədən uzun illər keçdikdən sonra borcun tələb edilməsinin qanuni olmadığını, onun iştirakı olmadan əmlak qiymətləndirilən zaman borc məbləğinin hesablanmasını) gətirərək üzrsüz səbəbdən icra etməmişdir. ”İcra haqqında” qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə əməldə İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olması barədə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, apellyasiya şikayətinə əlavə olunmuş aktın məzmununa nəzər yetirdikdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra vərəqəsində qeyd olunan icranın yerinə yetirməsi müəyyən olunmur. Bundan başqa, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında izahatında ##.##.2018-ci il tarixli icra sənədində ödənilməli məbləğdən bugünki günədək heç bir ödəniş ödəmədiyini göstərmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələrdən ibarət olduğu üçün sonuncunun məsuliyyətdən yayınması kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş tənbeh İXM-nin 21 və 31-ci maddəsinin tələblərinə uyğundur. Apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar