Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-398/2026 06.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı i tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı i tarixli, *(*-***)-****/**** saylı qərarı ilə (hakim X4), Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası IXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətində həbs edilməsi, Həbsdə saxlama müddətinin əvvəli Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutulduğu ## ### 2026-cı il tarixdən, saat 07:40-dan hesablanması, Qərarın icrasının Gəncə şəhər Baş Polis Idarəsinin Müvəqqəti Saxlama yerinə həvalə edilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Gəncə Şəhər Baş Polis Idarəsinin 1-ci Polis Şöbəsinin ITB-in polis sahə rəisi, R X1 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. 2. Həmin protokol və ona əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, ##.##.2026-cı il tarixdə saat 05:52 radələrində X2 DIN-in 102 xidmətinə müraciət etmişdir. Müraciətlə əlaqədar olaraq ünvana çatarkən müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərxoş vəziyyətdə əlində bıçaqla ucadan ünvansız nalayiq ifadələr işlədib səs küy salmış, özünə xəsarət yetirəcəyini bildirərək ətrafdakı şəxslərin narahatçılığına səbəb olaraq ictimai qaydanı pozmuş, bundan sonra polis əməkdaşları tərəfindən nizam intizama dəvət olunsa da, polisin qanuni tələbinə tabe olmayaraq ictimai qaydanı pozan intizamsız hərəkətlərə yol vermişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı i tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası IXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətində həbs edilməsi, Həbsdə saxlama müddətinin əvvəli Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutulduğu ## ### 2026-cı il tarixdən, saat 07:40-dan hesablanması, Qərarın icrasının Gəncə şəhər Baş Polis Idarəsinin Müvəqqəti Saxlama yerinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd edilən qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı i tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı i tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Azərbaycan Respublikası IXM-nin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası IXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətində həbs edilmişdir. Ailə vəziyyətini, himayəsində 02 azyaşlı övladının olmasını nəzərə alaraq ona köməklik göstərilməsini xahiş edir. Apellyasiya məhkəmə baxışı iclasında şikayət vermiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə etdi, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı i tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Gəncə şəhər BPI-nin 1-ci Polis Şöbəsinə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş orqan Gəncə şəhər BPInin 1-ci Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmiş orqan Gəncə şəhər BPI-nin 1-ci Polis Şöbəsin ITB-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı i tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, inzibati xəta haqqında işə baxan hakim Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası IXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətində inzibati qaydada həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd edilən inzibati xəta hadisəsini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən inzibati icraata başlamış səlahiyyətli orqan tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Belə ki, birinci instansiyası məhkəməsində inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs X1 qeyd etmişdir ki, DIN-in 102 xidmətinə edilmiş çağırışla əlaqədar olaraq hadisə yerinə gedən zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərxoş vəziyyətdə əlində bıçaqla ucadan ünvansız nalayiq ifadələr işlədib səs küy saldığı, özünə xəsarət yetirəcəyini bildirərək ətrafdakı şəxslərin narahatçılığına səbəb olaraq ictimai qaydanı pozduğu, bundan sonra polis əməkdaşları tərəfindən nizam intizama dəvət olunsa da polisin qanuni tələbinə tabe olmayaraq ictimai qaydanı pozan intizamsız hərəkətlərə yol verdiyi müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi xahiş olunur. Birinci instansiyası məhkəməsində şahid qismində dindirilən Gəncə şəhər BPI-nin 1-ci Polis Şöbəsinin axtarış üzrə əməliyyat müvəkkili Fərid Azadlı izahat verərək bildirmişdir ki, 102 məlumatı əsasında hadisə yerinə gedərkən küçənin baş tərəfində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə qarşılaşmışlar. O, öz boğazına bıçaq dayayaraq özünü öldürəcəyini demişdir. Bir saatdan daha artıq müddətdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs intizama dəvət edilsə də, o öz hərəkətlərini dayandırmamış, qışqıraraq asayişi pozmuşdur. Uzun müddətdən sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bıçaq əlində qalmaq şərti ilə polis maşınına əyləşdirilərək şöbəyə gətirilmişdir. Şöbədə isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bıçağı almaq istəyən polis əməkdaşının əli kəsilmişdir. Birinci instansiyası məhkəməsində şahid qismində dindirilən X3 eyni məzmunlu izahat verərək, Fərid Azadlının izahatında göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol protokol və ona əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, ##.##.2026-cı il tarixdə saat 05:52 radələrində X2 DIN-in 102 xidmətinə müraciət etmişdir. Müraciətlə əlaqədar olaraq ünvana çatarkən müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərxoş vəziyyətdə əlində bıçaqla ucadan ünvansız nalayiq ifadələr işlədib səs küy salmış, özünə xəsarət yetirəcəyini bildirərək ətrafdakı şəxslərin narahatçılığına səbəb olaraq ictimai qaydanı pozmuş, bundan sonra polis əməkdaşları tərəfindən nizam intizama dəvət olunsa da, polisin qanuni tələbinə tabe olmayaraq ictimai qaydanı pozan intizamsız hərəkətlərə yol vermişdir. Iş materiallarına əlavə edilən “Inzibati qaydada tutma haqqında” nömrəli protokolla müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 07:40-da inzibati qaydada tutulmuşdur. Iş materiallarına əlavə edilən “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında ****/**** nömrəli, ##.##.2026-cı il tarixli Protokolda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu aşkar edildiyi göstərilmişdir. Yuxarıda göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətinin dəlillərinə qiymət verərək məhkəmə hesab edir ki, həmin dəlillər iş materiallarında olan sənədlərlə təkzib olunan dəlillər olmaqla, şikayətin təmin olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. IXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. IXM-in 535.1-ci maddəsinə əsasən fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun məsuliyyətini yüngülləşdirən halın müəyyən edilməsini, ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara yol verdiyindən o, həmin maddələrlə təqsirli bilinməli və Azərbaycan Respublikası IXM-nin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 gün müddətində inzibati həbs edilməlidir. Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dəlilləri isə işdə olan sübutlarla təsdiq edilmir. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirlmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı i tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Sədrlik edən: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №3(3-7)-398/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-398/2026
06.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver