Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-399/2026 16.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi Quliyev Anar Elcan oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 Xidmətinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) direktoru Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM) 469-1 maddəsi ilə təqsirli bilinməsinə dair Xankəndi Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Inzibati tənbeh vermə haqqında ##.##.2025-ci il tarixli, MN ******* nömrəli elektron qərar ilə “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə edilmişdir. Qərardan “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) elektron qaydada şikayət vermişdir. Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli, *-**-*/*-H-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Qərarından şikayət verilən orqan ##.##.2025 ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərarlardan narazı qalan “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin ##.##.2026-cı il tarixli, *-**-*/*-H-****/**** nömrəli və ## ######## 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Xankəndi Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Xankəndi Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi, X3 Xidmətinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi, X3 Xidmətinin ##.##.2026-cı il tarixli, *-**-*/*-H-****/**** nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təsisçi və direktorun eyni şəxs olması halı düzgün hüquqi qiymətləndirilməmişdir. MMC-nin yeganə təsisçisi və iştirakçısı olmaqla yanaşı direktor funksiyalarını da özü yerinə yetirmişdir. Məhkəmə bu münasibətlərin spesifik hüquqi mahiyyətini araşdırmamışdır. Iş üzrə bütün hallar tam araşdırılmamışdır. Məhkəmə əmək münasibətlərinin faktiki icrasını, əmək haqqının ödənilməsini, digər işçilərin mövcudluğunu, sığorta öhdəliyinin yaranmasının bütün hüquqi əsaslarını tam araşdırmamışdır. Təqsirsizlik prezumpsiyası pozulmuşdur. Inzibati məsuliyyət yalnız təqsir tam sübuta yetirildikdə tətbiq edilə bilər. Iş materialarında onun qəsdən hüquq pozuntusuna yol verməyi müəyyən edilməmişdir. Qərar kifayət qədər əsaslandırılmamışdır. Onun əsas hüquqi arqumentlərinə ətraflı hüquqi qiymət verilməmiş, yalnız inzibati orqanın mövqeyi təkrarlanmışdır. Proporsionallıq prinsipi nəzərə alınmamışdır. MMC yeni yaradılmış hüquqi şəxsdir. Dövlətə və ya üçüncü şəxslərə hər hansı zərər vurulmamışdır. Yüngüləşdirici halar nəzərə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının hüquqi dövlət, ədalətli məhkəmə araşdırması və təqsirsizlik prezumpsiyası prinsiplərini təsbit edən müddəalarına, Azərbaycan Respublikası Inzibati Xətalar Məcələsinin 75, 76, 84, 128, 130, 133 və 137-ci maddələrinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) izahatında apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu bildirdi, şikayətin təmin edilməməsi və Xankəndi Şəhər Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsi proses iştirakçılarının izahatlarını dinləyərək, birinci instansiya məhkəməsinin qeyd edilən qərarından verilmiş şikayətin dəlillərini, həmin qərarın qanuniliyini və əsaslılığını işin müəyyən olunmuş halları əsasında yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xankəndi Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, səlahiyyətli orqanın qərarlarından verilən şikayət təmin edilməli və həmin qərarlar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə materialda olan sənədləri tam, obyektiv və hərtərəfli araşdıraraq şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş Idarəsinin ## ###### 2024-cü il tarixli çıxarışına əsasən "xxxx" MMC ## ###### 2024-cü il tarixdən dövlət qeydiyyatına alınmış və ********** nömrəli VÖEN vermiş, həmçinin təsisçi kimi Qərardan şikayət verən orqan (şəxs) qeyd olunmuşdur. Eyni zamanda işəgötürən "xxxx" MMC ilə işçi Qərardan şikayət verən orqan (şəxs) arasında ## ###### 2025-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və sonuncu direktor vəzifəsi üzrə işə qəbul edilmişdir. Əmək müqaviləsi bağlandıqdan sonra hüquqi şəxs tərəfindən hüquqi şəxsin işçisi, yəni direktoru hesab olunan Qərardan şikayət verən orqan (şəxs) “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanması təmin olunmamışdır. Ona görə də Qərarından şikayət verilən orqan tərəfindən Inzibati tənbeh vermə haqqında ##.##.2025-ci il tarixli, MN ******* nömrəli elektron qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının (mətndə bundan sonra: “Konstitusiya”) 60-cı maddəsinin birinci (İ) hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ikinci (II) hissəsinə əsasən, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 125-ci maddəsinin yeddinci (VII) hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü (III) hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. IXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 469-1-ci maddəsinə əsasən “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Konstitusiyasının əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü bəndinə əsasən işəgötürən dedikdə tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətini (xüsusi notarius, vəkillik və mediator fəaliyyətini) həyata keçirən vergi ödəyicisi olan fiziki şəxs başa düşülür. Həmin maddənin 4-1-ci bəndinə əsasən əmək münasibətləri-əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin maddənin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) dedikdə işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin maddənin 2-1-ci bəndinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Həmin maddənin 2-2-ci bəndinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır. Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsində işəgötürənə verilən anlayışa görə, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Göründüyü kimi qanunverici əmək hüquq münasibətlərinin xüsusiyyətlərindən çıxış edərək həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun struktur bölmələrinin rəhbərlərini işəgötürən olaraq qəbul edir. Bu zaman hüquqi şəxsin mülkiyyətçisi dedikdə hüquqi şəxsin təsisçisi, struktur bölmələrinin rəhbərləri qismində isə hüquqi şəxsin idarəetmə orqanının rəhbəri nəzərdə tutulur. Bundan əlavə Əmək Məcəlləsinin 193-cü maddəsinə uyğun olaraq, mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda tam maddi məsuliyyət daşıyır. Maddənin məzmunundan aydın olur ki, hüquqi şəxsi təmsil etmək üçün təyin olunan (seçilən) idarəetmə orqanının (o cümlədən icra orqanının) rəhbəri ilə hüquqi şəxs arasında azad iradə ifadəsi nəticəsində əmək müqaviləsi bağlanıla bilər. Hüquqi şəxsin təsisçisi ilə onun icra orqanı arasında olan münasibətlər daha çox mülki hüquqi xarakter daşısa da, aralarında əmək müqaviləsinin bağlanması yol veriləndir və təcrübədə bir çox hallarda tərəflər arasındakı münasibətlərin xarakteri onun məhz əmək münasibətləri olduğunu göstərir. Odur ki, belə hallarda hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının qorunması məqsədilə hüquqi şəxsin təsisçisi ilə faktiki əmək münasibətlərinə daxil olmuş icra orqanının rəhbəri arasında əmək müqaviləsinin rəsmiləşdirilməsi mütləqdir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinin tələbinə görə, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2025-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “istər hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə müqavilə iki tərəfin qarşılıqlı iradə ifadəsi olaraq müəyyən edildiyindən bir şəxsin müqavilənin hər iki tərəfi kimi çıxış etməsi müqavilənin anlayışı və təbiəti ilə uyğunsuzluq təşkil edir. Məhz bu səbəbdən hüquqi şəxsin təsisçisi ilə icra orqanının rəhbərinin eyni şəxs olması halında onlar arasında hər hansı müqavilənin bağlanması hüquqi məntiqə zidd olmaqla yanaşı heç bir məqsədə xidmət etmir. Bununla belə hüquqi şəxsin yeganə təsisçisinin həm də onun icra orqanının rəhbəri (direktoru) olması qanunvericiliklə qadağan edilməmişdir. Lakin belə halın rəsmiləşdirilməsi, qeydiyyatının həyata keçirilməsi ictimai (ümumi) maraqlar baxımından zəruri olduğundan hüquqi şəxsin təsisçisinin həm də onun icra orqanının rəhbəri vəzifəsinə müvafiq əmr və ya qərar ilə təyin edilərək rəsmiləşdirilməsi vacibdir.” Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq həmin Qərarında aşağıdakı nəticələrə gəlmişdir: 1.Konstitusiyanın 15 və 59-cu maddələrindən, habelə Mülki Məcəllənin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələrindən, eləcə də Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsindən irəli gələrək, hüquqi şəxslə hüquqi şəxsin idarəetmə orqanı arasında yaranan münasibətlər əsasən mülki hüquqi xarakterli olmaqla mülki qanunvericiliyin müvafiq normaları ilə tənzimlənsə də, hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının qorunması məqsədilə hüquqi şəxsin təsisçisi ilə faktiki əmək münasibətlərində olan icra orqanının rəhbəri arasında əmək müqaviləsi rəsmiləşdirilməlidir. 2.Mülki Məcəllənin 389-cu maddəsi və Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş müqavilə anlayışı iki və ya daha çox tərəfin qarşılıqlı iradə ifadəsini nəzərdə tutduğundan hüquqi şəxsin təsisçisi ilə icra orqanının rəhbəri eyni şəxs olduqda hər hansı müqavilə münasibətləri yaranmamaqla həmin şəxsin icra orqanının rəhbəri vəzifəsinə təyin edilməsi müvafiq qərarla rəsmiləşdirilməlidir. Apellyasiya məhkəməsi qanunun yuxarıda qeyd edilən müddəalarından və Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən Qərarında sərgilədiyi mövqedən çıxış edərək qeyd edir ki, “xxxx” MMC-nin təsisçisi ilə onun icra orqanının rəhbəri (direktoru) eyni şəxs, yəni Qərardan şikayət verən orqan (şəxs) olduğundan sonuncunun rəhbər təyin edilməsi ilə bağlı hər hansı müqavilə münasibətləri yarana bilməz və bununla bağlı əmək müqaviləsi bağlana bilməz. Bu halda Qərardan şikayət verən orqan (şəxs) “xxxx” MMC-nin rəhbəri (direktoru) təyin edilməsi müvafiq qərarla rəsmiləşdirilməli idi. Odur ki, apellyasiya məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) “xxxx” MMC-nin rəhbəri (direktoru) təyin edilməsi ilə bağlı ##.##.2025-ci il tarixdə elektron qaydada bağlanmış müqavilə əmək qanunvericiliyin tələblərinə uyğun olmadığından bağlandığı andan etibarsızdır. Qərardan şikayət verən orqan (şəxs) “xxxx” MMC-nin rəhbəri (direktoru) təyin edilməsi ilə bağlı ##.##.2025-ci il tarixdə elektron qaydada bağlanmış əmək müqaviləsi hər hansı hüquqi nəticəyə səbəb ola bilməz. Iş materiallarından həmçinin Qərardan şikayət verən orqan (şəxs) “xxxx” MMC-nin qərarı ilə həmin Cəmiyyətin rəhbəri (direktoru) təyin edilməsi və Cəmiyyətin rəhbəri (direktoru) kimi Ərazi Vergi Idarəsində qeydiyyata alınması, həmçinin Cəmiyyətin yarandığı andan fəaliyyət göstərməsi və hər hansı bir işçi ilə əmək müqaviləsi bağlanması iş materialları ilə müəyyən edilmir. Yuxarıda qeyd edildiyi kimi qanunverici əmək hüquq münasibətlərinin xüsusiyyətlərindən çıxış edərək həm hüquqi şəxs olan mülkiyyətçini, yəni onun təsisçisinin, həm də onun struktur bölmələrinin rəhbərlərini işəgötürən olaraq qəbul edir. Lakin hazırkı halda “xxxx” MMC-nin təsisçisi ilə hər hansı bir işçi arasında əmək müqaviləsinin bağlanması müəyyən edilmir. Göstərilənlər Qərardan şikayət verən orqan (şəxs) istər “xxxx” MMC-nin təsisçisi, istərsə də onun rəhbəri kimi, yəni vəzifəli şəxs kimi “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi və faktiki əsasların olmadığı qənaətinə gəlməyə əsas verir. “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsinə əsasən dövlət orqanlarında, bələdiyyələrdə, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında çalışan şəxslər, habelə istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər, könüllü fəaliyyətin iştirakçısı olan könüllülər bu Qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) icbari sığorta olunurlar. Həmin Qanunun 2-1.2-ci maddəsinə əsasən bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlar istisna olmaqla, digər sığortalılarda çalışan şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə və fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bu Qanunun 2.0.5-ci maddəsində nəzərdə tutulmuş yerli hüquqi şəxslərdə icbari sığorta olunurlar. Həmin Qanunun 3-cü maddəsində təsbit edilmiş sığorta olunanların sırasında hüquqi şəxsin təsisçisi nəzərdə tutulmamışdır. Həmin Qanunun 4-cü maddəsinə əsasən hüquqi şəxslər sığortalılar siyahısına aid edilmişdir. Qanunun 3-bəndinə əsasən “xxxx” MMC-nin təsisçisi sığorta olunanlara aid edilmədiyindən, 4-cü maddəsiə əsasən sığortalı kimi “xxxx” MMC ilə hər hansı bir işçi arasında əmək müqaviləsi bağlanmadığından (beləbir müqavilənin bağlanması iş materiallarından müəyyən edilmir) “xxxx” MMC-nin təsisçisi olan Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 469.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz Apellyasiya instansiyası məhkəməsi qeyd edilənləri nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 469-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törətməsini təsdiq edən kifayət qədər mötəbər sübutlar mövcud deyildir. Məhkəmə iş materiallarında olan sübutları mötəbərliyi və mümkünlüyü baxımından “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) ona istinad edilən inzibati xətanı törətməsini təsdiq edən sübutlar kimi qəbul etmir. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) əməlində IXMnin 469-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibinin olması sübut olunmur. Səlahiyyətli orqan “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) IXMnin 469-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək ona inzibati tənbeh tətbiq etməkdə və həmin qərardan verilən şikayəti təmin etməməkdə, birinci instansiya məhkəməsi də göstərilən məsələ üzrə səlahiyyətli orqanın qəbul etdiyi qərarları dəyişdirilmədən saxlamaqda haqlı olmamış, bununla bağlı qərar qəbul edərkən qanunun tələblərinə əməl etməmişdir. IXM-nin “Təqsirsizlik prezumpsiyası prinsipi” adlanan 8-ci maddəsində göstərilmişdir: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Xankəndi Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla “xxxx” MMC-nin təsisçisi Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından və həmin qərarın dəyişdirilmədən saxlanması barədə ##.##.2026-cı il tarixli, *-**-*/*-H-****/**** nömrəli qərarından verdiyi şikayət təmin edilməli, həmin qərarlar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata IXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xankəndi Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilsin. Iş üzrə yeni qərar çıxarılsın. “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından və həmin qərarın dəyişdirilmədən saxlanılması barədə ##.##.2026-ci il tarixli, *-**- */*-H-****/**** nömrəli qərarından verdiyi şikayət təmin edilsin. Qərarından şikayət verilən orqan ##.##.2025-ci il tarixli, MN ******* nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı və həmin qərarın dəyişdirilmədən saxlanılması barədə ##.##.2026-cı il tarixli, *-**-*/*-H-****/**** nömrəli qərarı ləğv edilsin. “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası IXM-nin 469-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından IXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-399/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-399/2026
16.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver