Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-401/2026 12.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X6 iclas katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasının Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Goranboy Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasının Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasının Filialı barəsində İXM-nin 430.4-cü maddəsi üzrə tərtib olunmuş ## ##### 2026-cı il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 2300000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə # #### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 2300000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta # #### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Qeyd olunan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Goranboy Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ilə (sədrlik edən K.İ.Vəliyev) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasının Filialı İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 2 300 000 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında 460 000 ABŞ dolları, yəni (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 1 ABŞ dolları - 1,7 manat) 782 000 (yeddi yüz səksən iki min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasının Filialı tərəfindən apellyasiya şikayəti verilərək Goranboy Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarının ləğv edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı filialı barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İş materiallarından görünür ki, “X1 SANAYİ VE TİCARET ANONİM ŞİRKƏTİ” tərəfindən ##.##.2024-cü il tarixdə “xxxx” ASC vasitəsilə xarici valyuta köçürməsi həyata keçirilmişdir. Həmin köçürmələr üzrə ödəniş təyinatında əməliyyat xüsusi texnika və mexanizmlərin alqı-satqısı üzrə hesablaşma və avans ödənişi kimi qeyd edilmişdir. Lakin sonradan müəyyən olunmuşdur ki, ödəniş sənədlərinin hazırlanması zamanı texniki xarakterli yanlışlığa yol verilmiş, nəticədə əməliyyatın faktiki iqtisadi və hüquqi mahiyyət ödəniş təyinatında düzgün əks etdirilməmişdir. Belə ki, sözügedən vəsaitlər beynəlxalq maliyyə institutları olan Asiya İnkişaf Bankı (ADB) və Avropa İnvestisiya Bankı (EIB) tərəfindən maliyyələşdirilən beynəlxalq tender layihələrinin icrası məqsədilə Gürcüstan Respublikasında həyata keçirilən layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir. Bu hallar tərəflər arasında bağlanmış “Beynəlxalq Tender Layihəsində X11 haqqında Müqavilə” ilə təsdiq edilir. Həmin müqavilədə açıq şəkildə göstərilmişdir ki, köçürmələrin məqsədi beynəlxalq tender layihələrinin icrasının maliyyələşdirilməsi olmuş, əməliyyat qrupdaxili maliyyələşdirmə xarakteri daşımış və adi kommersiya alqı-satqısı münasibəti hesab edilməmişdir. Müqavilədə həmçinin qeyd edilmişdir ki, əməliyyatın məqsədi beynəlxalq tender layihələrinin həyata keçirilməsi olmuş, köçürmələrin valyuta nəzarətindən yayınma, kapital çıxarılması və ya saxta kommersiya fəaliyyəti məqsədi daşımadığı ayrıca təsdiq edilmişdir. Maliyyələşdirilən beynəlxalq layihələr kimi aşağıdakılar göstərilmişdir: Construction of X3; · Construction of Grigoleti – X5; · Construction of Water Supply and Sewerage Systems in Marneuli and Bolnisi. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin **/* nömrəli, ##.##.2016-cı il tarixli qərarının 4.3.4-cü yarımbəndinə əsasən rezident hüquqi şəxslərin xaricdə yerləşən filial və nümayəndəliklərinə, həmçinin törəmə və tabeliyində olan qurumlarına məqsədi bəyan edilməklə köçürmələrin həyata keçirilməsinə yol verilir. Eyni zamanda həmin Qaydaların 4.3.4-1-ci yarımbəndinə əsasən rezidentlər tərəfindən beynəlxalq tenderlərin nəticələrinə uyğun olaraq həyata keçirilən layihələrlə bağlı malların layihənin həyata keçirildiyi xarici ölkəyə tədarük edilməsi məqsədilə köçürmələrin həyata keçirilməsi mümkündür. Hazırkı iş üzrə təqdim edilmiş müqavilələrdən və digər maliyyə sənədlərindən görünür ki, köçürülən vəsaitlər məhz beynəlxalq tender layihələrinin icrası məqsədilə həyata keçirilmişdir. Məhkəməyə təqdim edilən sənədlərdən (müqavilə və s.) də göründüyü kimi, əslində ödənişlərin təyinatı “fund transfer for the implementation of the international tenders (projects)” (“beynəlxalq tenderlərin (layihələrin) həyata keçirilməsi üçün vəsait köçürməsi”) kimi olmalı idi. Lakin bank əməkdaşlarının yol verdikləri texniki xəta nəticəsində, ödənişlər “avans” kimi göstərilmişdir. Doğrudur, iş materiallarında texnika və ehtiyat hissələrinin təminatı ilə bağlı alqı-satqı müqaviləsi və invoice sənədləri də mövcuddur. Lakin həmin sənədlər beynəlxalq tender layihələrinin icrası çərçivəsində texnika və ehtiyat hissələrinin təmin edilməsinə xidmət etmiş, əməliyyatın əsas iqtisadi və hüquqi mahiyyətini dəyişdirməmişdir. Belə ki, əsas hüquqi münasibət beynəlxalq tender layihələrinin maliyyələşdirilməsi və həmin layihələrin icrasının təmin edilməsindən ibarət olmuşdur. Digər tərəfdən, o da nəzərə alınmalıdır ki, hüquqi şəxsin bir filialının digər filialına alqı-satqı müqaviləsinin bağlanılması yolu ilə mal satması məntiqə uyğun deyil. Bundan başqa, qeyd olunan sənədlər sonradan banka təqdim edilmiş, müraciətə yenidən baxılması və əməliyyatların faktiki mahiyyətinin nəzərə alınması xahiş edilmişdir. Təqdim olunmuş sənədlər əsasında əməliyyatların hüquqi və iqtisadi mahiyyəti, eləcə də vəsaitlərin beynəlxalq tender layihələrinin icrası məqsədilə istifadə olunması və köçürülən malların təyinatı vəsaiti köçürən bank tərəfindən də eyniləşdirilmiş və müraciətdən sonra həmin əməliyyatlar tender layihələri üzrə həyata keçirilmiş əməliyyatlar kimi qəbul edilmişdir. İş materiallarından da göründüyü kimi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi də məhkəmə prosesində iştirak etməmiş və iş üzrə başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. Bu hal bir daha onların təqsirsizliyini səlahiyyətli orqan tərəfindən qəbul edilməsini göstərir. Birinci instansiya məhkəməsi tərəfindən əməliyyatın formal təyinat hissəsinə üstünlük verilərək onun faktiki iqtisadi və hüquqi mahiyyəti nəzərə alınmamış, nəticədə işin halları tam, obyektiv və hərtərəfli araşdırılmadan “X1 SANAYİ VE TİCARET ANONİM ŞİRKƏTİ” barəsində inzibati məsuliyyət tədbiri tətbiq edilmişdir. Bundan başqa, əməliyyat gizlədilməmiş, bütün köçürmələr bank sistemi vasitəsilə həyata keçirilmiş, vəsaitlərin istifadə istiqaməti təqdim olunmuş sənədlərlə təsdiq edilmiş və texniki xarakterli sənədləşdirmə yanlışlığı sonradan rəsmi qaydada izah edilmişdir. Bu səbəbdən hazırkı iş üzrə İXM-nin 430.4cü maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün zəruri olan subyektiv tərəf və təqsir elementi mövcud deyildir. Həmçinin tətbiq edilmiş 20 faiz məbləğində maliyyə sanksiyası işin faktiki halları, əməliyyatın xarakteri və hüquqi mahiyyəti nəzərə alınmadan tətbiq edilmişdir. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nin əməlində AR İXM-in 430.4cü maddəsinin tərkib elementləri yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, həmçinin məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Bu isə məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsinə və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə birbaşa əsas yaratmışdır”. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri və iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İş materiallarında olan: ##.##.2024-cü il tarixli ınvoıce faturadan və cədvəldən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasının Filialı tərəfindən müxtəlif adlı avadanlıqlara görə ümumilikdə 2300000,00 ABŞ dollar vəsait avans kimi ölkə xaricinə köçürülmüşdür. ##.##.2024-cü il tarixli ****/***GE nömrəli alqı-satqı müqaviləsindən görünür ki, "X2 Sanayi ve Ticaret Anonim Şirketi" nin Azərbaycan Respublikasındakı Filialının müdir v.i.e. Zafer Özkök (alıcı) və "X2 Sanayi ye Ticaret Anonim Sirketi"nin Gürcüstan Respublikasındakı Filialının müdiri Aydın Polat (satıcı) arasında sonuncunun balansında olan 2 300 000 ABŞ dolları dəyərində müxtəlif növ malların satılması barəsində razılığa gəlinmişdir. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi-İnternet vergi sistemindən çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasının Filialı ********** vöen ilə ** saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmışdır və təşkilati-hüquqi forması filialdır. # #### 2026-cı il tarixdə “xxxx” ASC-ə ünvanlanan məktuba əsasən “xxxx” ASC-dən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnə ünvanlanmış # #### 2026-cı il tarixli cavab məktubundan görünür ki, Valyuta Rejiminin 4.3.1.4-cü bəndinə əsasən icra edilmiş ödənişlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin təqdim etdiyi sənədlər əsasında ödənişlərin valyuta əməliyyatının kodu Valyuta Rejiminin 4.3.4-1-ci bəndinə uyğun olaraq dəyişdirilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ##.##.2016-cı il tarixli, **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.4-1-ci bəndinə əsasən rezidentlər tərəfindən beynəlxalq tenderlərin nəticələrinə müvafiq olaraq həyata keçirdikləri layihələrlə bağlı malların layihə həyata keçirilən xarici ölkəyə tədarük edilməsi məqsədilə köçürmələr rezidentin tenderdə iştirakını təsdiq edən sənəd və tender nəticəsində bağlanmış müqavilə, həmçinin malların tədarük edilməsi məqsədilə üçüncü tərəflə bağlanılan müqavilə, hesab-faktura və ya ödənişin təyinatını, məbləğini və alınan mallar barədə məlumatı özündə əks etdirən digər sənəd banka təqdim edilməklə həyata keçirilir. İş materialları ilə müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasının Filialı 2300000,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti # #### 2024-cü il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və 2300000,00 ABŞ dollar dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Apellyasiya şikayətinin dəlillərinə görə pul vəsaitinin köçürülməsi ilə bağlı ödəniş(lər) rəsmiləşdirilərkən, bank əməkdaşlarının yol verdikləri texniki xarakterli xəta nəticəsində ödənişlərin təyinat hissəsində, həmin köçürmələr xüsusi texnika və mexanizmlərin, o cümlədən malların alqı-satqısı üzrə hesablaşma kimi qeyd edilmişdir. Lakin həmin ödənişlərin faktiki iqtisadi mahiyyəti və hüquqi əsası fərqli olmuşdur. Sözügedən vəsaitlər beynəlxalq maliyyə institutları olan Asiya İnkişaf (ADB) və Avropa İnvestisiya Bankları (EIB) tərəfindən maliyyələşən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin beynəlxalq tenderlə qalib elan edildiyi beynəlxalq tenderin (layihələrin) həyata keçirilməsi və icrasının maliyyələşdirilməsi məqsədilə, qrupdaxili maliyyələşdirmə çərçivəsində və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş müvafiq göstərişə və təlimata, o cümlədən Beynəlxalq Tender Layihəsində X11 haqqında üçtərəfli Müqaviləyə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Gürcüstan Respublikasındakı filialının hesabına köçürülmüşdür. Apellyasiya instansiya məhkəməsi şikayətin göstərilən dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 2300000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə # #### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 2300000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta # #### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Qeyd edilən inzibati xəta törədildikdən (xəta bitdikdən) sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı Filialı tərəfindən # #### 2026-cı il tarixdə “xxxx” ASC-ə ünvanlanan məktub və sənədlərə əsasən Valyuta Rejiminin 4.3.1.4-cü bəndinə əsasən icra edilmiş ödənişlərin valyuta əməliyyatının kodu Valyuta Rejiminin 4.3.4-1-ci bəndinə uyğun olaraq dəyişdirilmişdir. Odur ki, bu hal inzibati məsuliyyəti istisna edən hal kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən apellyasiya məhkəməsi qeyd edir ki, inzibati xəta haqqında işin materialları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı Filialının hərəkətləri İXM-nin 430.4-cü maddəsinin təsiri altına düşdüyündən birinci instansiya məhkəməsi haqlı olaraq onu həmin maddə ilə inzibati tənbeh etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasının Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Goranboy Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*- ***)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasının Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı inzibati xəta haqqında iş üzrə ## ### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-401/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-401/2026
12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver