Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-402/2026 18.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 nümayəndəsi nümayəndə2 və Azərbaycan Avtomobil Yolları X12 Yollarının Mühafizə Xidmətinin nümayəndəsi Tural Dilqəm oğlunun iştirakı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Goranboy Rayon Məhkəməsinin ## ##### 2026 cı il tarixli qərarından Avtomobil Yollarının Mühafizə Xidmətinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Avtomobil Yolları X12 Yollarının Mühafizə Xidməti tərəfindən ## #### 2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Goranboy Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından Avtomobil Yollarının Mühafizə Xidmətinin nümayəndəsi apellyasiya şikayət verərək məhkəmənin qərarını ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə Y-22-22, Goranboy-Aşağı Ağcakənd-Todan avtomobil yolunun (Goranboy rayonu, Aşağı Ağcakənd kəndi) təhkim zolağında alınmış icazənin şərtlərinə əməl etmədən kommunikasiya (su) xətti çəkilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Avtomobil Yoları Dövlət Agentliyi tərəfindən Y-22-22 Goranboy-Aşağı Ağcakənd-Todan avtomobil yolunda mövcud su xətlərinin yenilənməsi ilə əlaqədar qazıntı işlərinin aparılmasına dair **-*/*-***-**/**** nömrəli, ##.##.2026-cı il tarixli texniki şərt Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verilmişdir. Lakin Y-22-22 Goranboy-Aşağı Ağcakənd-Todan avtomobil yolunda görülmüş işlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 tərəfindən verilmiş texniki şərtin tələblərinə əməl edilmədən həyata keçirilmişdir. Beləki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 tərəfindən verilmiş texniki şərtin tələbləri pozulmuşdur. İş materiallarında inzibati xətanın baş verməsini təsdiq edən kifayət qədər sübutlar mövcuddur və məhkəmənin icraata xitam verməsi əsassızdır. Lakin Goranboy Rayon Məhkəməsi qərar qəbul edərkən sözügedən pozuntuları nəzərə almamışdır. Belə ki, məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 Xidməti PHŞ-in nümayəndəsi nümayəndə2 öz izahatında da qeyd etmişdir ki, sözügedən qazıntı və su xəttinin yenilənməsi işləri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 tərəfindən həyata keçirilmişdir. Lakin Məhkəmə öz qərarında qeyd olunan su xəttinin yenilənməsi və qazıntı işlərinin aparılması X9 Sistemlərinin İstismarı İdarəsi tərəfindən həyata keçirilməsini qeyd etmişdir. X9 Sistemlərinin İstismarı İdarəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ-in nəznində fəaliyyət göstərir və ayrıca hüquqi şəxs kimi fəaliyyət göstərmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 18.1-ci maddəsinə əsasən Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcələnin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Y-22-22, Goranboy-AşağıAğcakənd-Todan avtomobil yolunda mövcud su xətlərinin yenilənməsi ilə əlaqədar qazıntı işlərinin aparılmasına dair müraciət Azərbaycan Avtomobil Yoları Dövlət Agentliyinə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən edilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş orqanın nümayəndəsi şikayətin dəlillərinə uyğun çıxış edərək qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 barəsində İXM-in 354.0.2-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, məhkəmənin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını nəzərdən keçirib hesab edir ki, məhkəmənin barəsində şikayət verilən hazırki qərarı ləğv edilməlidir. Belə ki, İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 354.0.2-ci maddəsinə əsasən müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan: Avtomobil Yollarının Mühafizə Xidmətinin PHŞ-nin Qarabağ üzrə Avtomobil Yollarının mühafizəsi bölgəsinin bölmə rəisi X10, baş mütəxəssis X4, mütəxəssis Əsədov Ülvü İlqar oğlu tərəfindən tərtib edilmiş ## #### 2026-cl il tarixli Aktdan görünür ki, “X8 Xidməti PHŞ-ya mövcud su xətlərinin yenilənməsi ilə əlaqədar ## ###### 2026-cı il tarixli, ***/T nömrəli texniki şərtin aşağıda qeyd olunan tələblərini pozmuşdur: - su xəttinin yolun çiynindən keçən hissələri hasarlanmamış və xəbərdarlıq nişanları qoyulmamışdır; - qazıntı işləri aparılan zaman nəqliyyat vasitələrin təhlükəsizlik hərəkəti təmin olumamışdır; - xəndəyin qazılması zamanı xəndəkdən çıxan torpaq kənara daşınmamışdır; - işə başlanmazdan əvvəl işlərin aparılma qrafiki razılaşdırılmamışdır; - su xəttinin quraşdırılması zamanı aparılan qazıntə işləri nəzarət altında yerinə yetirilməmişdir; - görülmüş işlər qüvvədə olan СНиП 2.05.02.85-in 5.** saylı bəndinin tələblərinə uyğun aparılmamışdır. Fotoşəkillərdən küçə boyunca uzun bir xəndəyin qazıldığını, torpağın kənara töküdüyünü, ərazidə iş formasında və mülki geyimdə olan bir neçə işçi heyətinin olduğunu, qazılmış xəndəyin içərisində uzun, tünd rəngli bir boru xəttinin yerləşdirilməsini, boru yerləşdirildikdən sonra xəndəyin üstünün torpaqla geri doldurulduğu görünür; Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, *-**-*/*-**/**** nömrəli telefonoqramnan görünür ki, Goranboy rayonu X5 magistral yolunda korroziyaya uğrayaraq yararsız vəziyyətə düşmüş d90 mm diametrli 800 metr metal su borusunun, eləcə də Goranboy rayonu Yuxarı Ağcakənd magistral yolunda korroziyaya uğrayaraq yararsız vəziyyətə düşmüş d90 mm diametrli 400 metr metal su borusunun dəyişdirilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar olaraq yolun sol çiyini boyunca, asfalt-beton örtüyündə qazıntı işlərinin aparılması üçün aidiyyəti dövlət qurumlarına müraciət olunmuşdur. Məhkəmə qeyd edir ki, təqdim olunmuş sənədlərə əsasən müəyyən olunur ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Goranboy-Aşağı Ağcakənd-Todan avomobil yolunun (Goranboy rayonu, Aşağı Ağcakənd kəndi) təhkim zolağında icazənin şərtlərinə əməl edilmədən kommunikasiya(su) xətti çəkilmişdir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yerli əhəmiyyətli Y-22-22 Goranboy-Aşağı Ağcakənd-Todan avtomobil yolunun 33 və 34-cü km-də mövcud su xətlərinin yenilənməsi ilə əlaqədar qazıntı işlərinin aparılması üçün “Texniki şərt” qəbul olunmuşdur. Həmçinin iş materialları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən işlərin gedişatı zamanı həmin “Texniki şərt”in müvafiq olaraq su xəttinin yolun çiynindən keçən hissələrinin bərpası zamanı qazılacaq sahənin hasarlanmsı və xəbərdarlıq nişanlarının qoyulması (1-ci bənd), qazıntı işlərinin aparılması zamanı avtomobil yolunda nəqliyyatın təhlükəsizliyinin təmin olunması (3-cü bənd), xəndəyin qazılması,torpağın kənara daşınması və borunun quraşdırılması (4-cü bənd), işə başlanmazdan əvvəl işlərin aparılma qrafikinin əraziyə xidmət edən “xxxx” MMC ilə razılaşdırılması (5-ci bənd), su xəttinin quraşdırılması zamanı aparılan qazıntı işlərinin “xxxx” MMC-in mütəxəssislərinin nəzarət altında yerinə yetirilməsi (7-ci bənd), həmçinin görülmüş işlərin qüvvədə olan СНиП 2.05.02.85in 5.** saylı bəndinin tələblərinə uyğun aparılması kimi tələblərin pozulması sübut olunur. Göründüyü kimi toplanmış sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 354.0.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini sübut edir. İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yuxarıda göstərilən əsasən apellyasiya şikayəti təmin edilməli, Goranboy Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 354.0.2-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Goranboy Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın icrası hüquqi şəxsin olduğu yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-402/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-402/2026
18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver