Məhkəmə qərarları › İş №3(3-7)-403/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-403/2026

19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-403/2026 19.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta üzrə icraat aparılan «xxxx»-nin nümayəndəsi X3, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X5 iştirakları ilə, «xxxx» Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM) 228-ci və 253.3.1-ci maddələri ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından «xxxx» -nin hüquqşünası X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ##### 2026-cı il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «xxxx» tərəfindən 14-## ###### 2026-cı il tarixlərində Ağdam rayonu, Çullu kəndi ərazisində inşası davam edən “N” saylı hərbi hissənin yaxınlığında icazə olmadan qazıntı aparılaraq meşə fonduna daxil olmayan 4 ədəd biloji inkişafda olan ağac və kolların məhv edilmiş və 630 m3 qarışıq süxurlar daşınmışdır. Həmin protokolunun məzmununa görə hüquqi şəxs «xxxx» Azərbaycan Respublikası IXM-nin 228-ci və 253.3.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Hüquqi şəxs “Makro 2000 X10 Taahhüt Iç ve Dış Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı filialından məhkəməyə etiraz daxil olmuş, həmin etirazda «xxxx» təqsirli olmadığı, təmirtikinti şirkəti olduğu, Ağdam rayonu Çullu kəndində olan tikinti işlərinin AR Müdafiə Nazirliyinin sifarişi ilə həyata keçirildiyi, həmin ərazi şirkətə Sifarişçi tərəfindən tikinti ərazisi olaraq ayrıldığı və orada şirkət tərəfindən hər hansı qazma işləri aparılmadığı, buna görə də protokol qanunsuz olduğu göstərmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş olunmuşdur. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Hüquqi şəxs «xxxx» (VÖEN **********) Azərbaycan Respublikası IXM-nin 228-ci və 253.3.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası IXM-nin 253.3.1-ci maddəsinin sanksiya çərçivəsində onun barəsində 50000 (əlli min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından «xxxx» -nin hüquqşünası X3 şikayət verərək Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ağdam rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə “xxxx.” (VÖEN **********) Azərbaycan Respublikası IXM-nin 228-ci və 253.3.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası IXM-nin 253.3.1-ci maddəsinin sanksiya çərçivəsində onun barəsində 50000 (əlli min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.Hesab edir ki, yuxarıda qeyd olunan protokol və onun əsasında qəbul edilmiş qərar aşağıda qeyd olunan maddi və prosessual normalara görə qanuni hesab edilə bilməz və ləğv olunmalıdır.Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna və tənbeh edilə bilər.Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir (8.1-ci maddə). Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2-ci maddə). Inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8.3-cü maddə). Bildirir ki, “xxxx” A.Ş-nin AR filialı təmir-tikinti şirkətidir. Ağdam rayonu Çullu kəndində olan tikinti işləri AR Müdafiə Nazirliyinin sifarişi ilə həyata keçirilir və həmin ərazi şirkətimizə sifarişçi tərəfindən tikinti ərazisi olaraq ayrılmışdır və bizim tərəfimizdən orada hər hansı qazma işləri aparılmamışdır. Etirazlarını əsaslandırmaq məqsədilə tərəflərindən vəsatət qaldırılaraq tikintiyə dair məxfi sənədlərin AR Müdafiə Nazirliyi Mənzil Istismar Idarəsindən sorğu edilməsi və mümkün olarsa onların nümayəndəsinin də məhkəmə iclasında şirkətin təmin etmək xahiş edilmişdir. Lakin məhkəmə nə vəsatətə, nə də etiraza münasibət bildirməmiş, yalnız protokolu tərtib etmiş inzibati orqanın sözlərinə və formal mülahizələrə əsasən qərar qəbul etmişdir. AR IXM-nin 129.1.1-ci maddəsinə əsasən hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest – həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilir.Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Birinci instansiya məhkəməsi hüquqi şəxs «xxxx»-nin Azərbaycan Respublikası IXM-nin 228- ci və 253.3.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsini və barəsində IXM-nin 34.4-cü maddəsi nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilməsi barədə qərar qəbul edərkən aşağıdakı sübutlara- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin məsləhətçi müfəttişi X6 tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə, o cümlədən ## #### 2026-cı il tarixli, ***** nömrəli akta əsaslanmışdır. Həmin aktdan görünür ki, Ağdam rayonu ərazisində işğaldan azad edilmiş Çullu kəndi ərazisində yerləşən "Çoban dağ" adlanan dağ massivindən qarışıq süxurun qazılaraq daşınması və bunun nəticəsində yaşıllıqların məhv edilməsi faktı müəyyən edilmişdir. Sözügedən ərazidən ümumilikdə 630 m3 qanunsuz qarışıq süxur qazılaraq götürülmüş və bunun nəticəsində diametri 12 sm olan bioloji inkişafda olan ərik ağacı, 10 sm olan bioloji inkişafda olan yemişan ağacı və 2 (iki) ədəd bioloji inkişafda olan qaratikan kolu kökündən çıxarılaraq və sındırılaraq məhv edilmişdir. Ərazidə qanunsuz qazıntı işləri yaxınlıqda yerləşən hərbi hissənin tikintisini həyata keçirən hüquqi şəxs «xxxx»nin göstərişi əsasında, Kəlbəcər rayonunun Mərcimək kənd sakini X2 idarə etdiyi "Hidromek" markalı yükləyici texnika vasitəsilə aparılmış, qazılmış qarışıq süxur isə inşası aparılan hərbi hissənin ərazisinə daşınmışdır. Özünü şirkətin sahə rəisi kimi təqdim edən X1 ilə aparılan şifahi sorğu zamanı o, qazıntı işlərinin 14-## ###### 2026-cı il tarixlərində aparılaraq tikinti sahəsinə daşındığını göstərmişdir. Tikinti işlərinin həyata keçirildiyi əraziyə baxış zamanı qazılmış qarışıq süxurun tikinti sahəsinə daşınaraq əraziyə töküldüyü müəyyən edilmişdir. Qanunsuz qazılaraq daşınmış qarışıq süxura görə təbiətə 7 938 (yeddi min doqquz yüz otuz səkkiz) manat, yaşıllıqların məhv edilməsinə görə isə 800 (səkkiz yüz) manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Apellyasiya Məhkəməsinin iclasında «xxxx»-nin nümayəndəsi X3 şikayəti müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi və əlavə olaraq bildirdi ki, «xxxx»-i ilə Müdafiə Nazirliyinin sifarişi əsasında Hərbi hissənin tikintisini həyata keçirir, həmin ərazi şirkətimizə sifarişçi tərəfindən tikinti ərazisi olaraq ayrılmışdır və bizim tərəfimizdən orada hər hansı qazma işləri aparılmamışdır. Orada qazma işlərinin başqa şirkət və ya Müdafiə Nazirliyinə məxsus şirkət tərəfindən aparılması barədə məlumatları yoxdur. Qazma işlərinin hansı şirkət tərəfindən aparılması inzibati orqan dəqiqləşdirməmişdir. Ona görə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya Məhkəməsinin iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz etdi, şikayətin təmin olunmmasını və birinci insansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin III hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla, qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. IXM-nin 3-cü maddəsinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən olunduqda şəxs inzibati məsuliyyətə cəlb edilməlidir; 1. inzibati xəta hadisəsi; 2. inzibati xəta törətmiş şəxs; 3. inzibati xəta törətmiş şəxsin təqsiri. IXM-in 8.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsinə əsasən Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-ci maddəsinə əsasən Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. IXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən Inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüşdürsə, lakin onların qarşısını alacağına yüngül fikirlə ümid bağlamışdırsa, yaxud bu nəticələrin baş verəcəyini qabaqcadan görə bilməli və görməli olduğu halda, onları görməmişdirsa, bu xəta ehtiyatsızlıq üzündən törədilmiş xəta hesab olunur. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası IXM-nin 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə - fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası IXM-nin 253.3.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kolların zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə - fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini işin müəyyən edilmiş halları əsasında nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı iş üzrə faktiki halların tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmadığından apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli Inzibati xəta haqqında materialın baxılması üçün icraata qəbul edilməsi haqqında Qərardadı və ##.##.2026-cı il tarixli Qərarı ləğv edilərək iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə göndərilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, hüquqi şəxs “xxxx” tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, şirkət tikintitəmir fəaliyyəti ilə məşğul olur, Ağdam rayonu Çullu kəndində həyata keçirilən tikinti işləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sifarişi əsasında icra edilmiş, tikinti ərazisi sifarişçi tərəfindən ayrılmışdır. Şikayətdə həmçinin qeyd edilmişdir ki, şirkət tərəfindən həmin ərazidə hər hansı qazıntı və ya qazma işləri aparılmamışdır. Iş materiallarının araşdırılması zamanı müəyyən olunur ki, hüquqi şəxsin nümayəndəsinin bu arqumentlərinin təkzib edilməsi və şirkətin bilavasitə qazma işləri aparmasını təsdiq edən kifayət qədər sübutlar işdə mövcud deyildir. Inzibati xəta protokolunda göstərilən əməlin məhz “xxxx” tərəfindən törədildiyini təsdiq edən sənədlər, qazıntı işlərinin icraçısını müəyyən edən müqavilələr, texniki sənədlər, şahid ifadələri və ya digər mötəbər sübutlar təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları tam araşdırmadan, yalnız inzibati xəta haqqında protokola və iş materiallarında olan məhdud məlumatlara əsaslanaraq hüquqi şəxsin təqsirli olması qənaətinə gəlmişdir. Halbuki inzibati məsuliyyətə cəlb edilən şəxsin təqsirinin sübuta yetirilməsi inzibati icraatı aparan orqanın vəzifəsidir və şəxsin təqsiri ehtimallara deyil, mötəbər və kifayət qədər sübutlara əsaslanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almamış, işə, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan baxaraq qərar qəbul etmişdir. IXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. IXM-nin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Ona görə də məhkəmə hesab edir ki, Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli Inzibati xəta haqqında materialın baxılması üçün icraata qəbul edilməsi haqqında Qərardadı və ##.##.2026-cı il tarixli Qərarı ləğv edilərək iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə göndərilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli Inzibati xəta haqqında materialın baxılması üçün icraata qəbul edilməsi haqqında Qərardadı və ##.##.2026-cı il tarixli Qərarı ləğv edilsin. Iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə göndərilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar