Məhkəmə qərarları › İş №3(3-7)-404/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-404/2026

06.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-404/2026 06.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz rayon Icra və Probasiya şöbəsinin böyük icra məmuru X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ##.##.2026-cı il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, **(***)-***/**** saylı icra sənədi üzrə yaranmış 5314 manat aliment borcunu ödəməkdən boyun qaçırır. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Tovuz Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli 3(5-163)-389/2026 saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati həbs edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati həbsə alınmanın əvvəli ## #### 2026-cı il tarixdən, saat 15:00-dan hesablanması, Qərarın icrasının Tovuz Rayon Polis Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu şikayət verərək Tovuz Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-c1 il tarixli inzibati qərarın ləğv olunmasına icra məmurunun təqdimatının rədd edilməsinə dair yeni qərar qəbul olunması məhkəmədən xahiş etmişdir. O, apellyasiya şikayətində qeyd etmişdir ki, Tovuz rayon Icra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində AR IXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə ##.##.2026-cı il tarixli MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, mən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30.0.92025-ci il tarixli **(***)-***/**** saylı icra sənədi üzrə yaranmış 5314 manat aliment borcunu ödəməkdən boyun qaçırır. Tovuz Rayon Məhkəməsinin *(*- ***)-***/**** saylı ##.##.2026-cı il tarixli inzibati qərarına əsasən AR IXM-nin 528.1-ci maddəsi ilə nəzərde tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 səkkiz gün müddətində inzibati qaydada həbs edilmişdir. Həmin borcu o, həmişə tələbkara əlbəəl vermişdir. Hazırda sübut edə bilmir. Buna baxmayaraq övladı xətrinə o, yığılmış borcdan 500 manat məhkəmə zalında ödəniş etmiş, qalan borcu da ödəməyə hazırdır, borcundan boyun qaçırmır. Hazırda bakı şəhərində yerləşən restoranlardan birində ofisiantların rəhbəri kimi işləyir, ayda 500 manat əmək haqqı alır. Borcunu hissə-hissə ödəyəcəkdir. Ona görə də barəsində olan Tovuz Rayon Məhkəməsinin 3(5-163)- ***/**** saylı ##.##.2026-cı il tarixli inzibati qərarın ləğv olunmasına dair yeni qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdi, əlavə olaraq bildirdi ki, 2000 azn ödəniş etmişdir və şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Protokol tərtib etmiş Tovuz rayon Icra və Probasiya şöbəsinə və tələbkar Zərərçəkmiş şəxs məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Apellyasiya instansiya məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayəti araşdıraraq, qeyd olunan izahatı dinləyərək və təqdim olunmuş inzibati materialı nəzərdən keçirib apellyasiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, 3(5-163)-389/2026 saylı qərarı dəyişdirilməlidir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayətdə inzibati xəta haqqında qərarın ləğv olunmasını və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun azadlığa buraxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun IXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun əməli IXM-in 528.1-ci maddəsinin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşdüyündən birinci instansiya məhkəməsi onu həmin maddə ilə təqsirli bilməkdə haqlı olmuşdur. Bununla belə, apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun əməlinin tövsifi ilə razılaşsa da, tətbiq edilmiş inzibati tənbehin növü ilə bağlı daha ədalətli qərar qəbul edilməsinin zəruriliyinə diqqəti yönəltməyi məqsədəuyğun hesab edir. IXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. IXM-in 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. IXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə təyin edilmiş tənbehlə bağlı aşağıdakıları qeyd edir: IXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Inzibati qanunvericiliyinin ədalətlilik prinsipinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. IXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. IXM-in 528.1-ci maddəsinə əsasən Icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi inzibati tənbeh təyin edərkən inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq ona inzibati həbs tənbehi təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. Iş materialları ilə müəyyən edilir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, **(***)-***/**** saylı icra sənədinə əsasən yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, ##.##.2013-cü il təvəllüdlü X3, ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2019-cu il təvəllüdlü X4 üçün hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,59 misli həddində sabit pul məbləğində aliment Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutulub Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Icra sənədi üzrə qanuna müvafiq olaraq ##.##.2025-ci il tarixli qərarla icraata başlanılmış və zəruri icra tədbirləri həyata keçirilmişdir. Lakin borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hazırki vaxta kimi ödənişlərini qismən ödəsədə, borcunu tamamilə ödəməmiş və nəticədə onun 5314 manat aliment borcu yaranmışdır. Ümumiyyətlə borclu icra sənədinin icrasından üzrsüz olaraq yayınır. Iş materiallarında olan və apellyasiya məhkəmə iclasında tıətqiq edilmiş Pashapay MMC-nin 0# #### 2026-cı il tarixli *********** saylı qəbzdən görünür ki, tələbkarın hesabına 2000 azn ödəniş edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, IXM-in 32.2-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyəti, əməlindən səmimi peşman olması və tələbkara 2000 azn ödəniş etməsi yüngülləşdirən hallar kimi qəbul edilməlidir. Qanunverici IXM-in 32.1.1- 2.1.7-ci maddələrində inzibati məsuliyyəti yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. IXM-in 32.2-ci maddəsinə görə, inzibati tənbeh tətbiq edilərkən həmin Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Beləliklə, IXM-in 32-ci maddəsinin məzmunundan görünür ki, inzibati məsuliyyəti yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş inzibati xətaya aid olan və müvafiq olaraq inzibati xəta törədənin özünün və əməlinin təhlükəliliyini azaldan və inzibati xəta tərkibindən kənarda qalan müxtəlif hallardır. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, inzibati tənbeh təyini zamanı inzibati xəta törətmiş şəxsin barəsində olan bütün yüngülləşdirici hallar, inzibati xəta törədildikdən sonrakı davranışı, təyin olunmuş inzibati tənbehin onun ailə üzvlərinin həyat şəraitinə təsiri səviyyəsi nəzərə alınmalıdır. Inzibati xətalar qanunvericiliyinin ədalət prinsipinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Inzibati xəta törətmiş şəxsi bağışlamaqla, ona qarşı humanist münasibət göstərməklə də şəxsin islah olunması mümkündür. Yəni sərt, ən ağır tənbehlərin təyin edilməsi həmişə öz islah təsirini göstərmir. Qeyd edilən halların hər birini ayrı-ayrılıqda araşdıraraq və təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğluna IXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə inzibati tənbehinin təyin edilməsi qanuni və əsaslıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində yuxarıda qeyd olunan hallar nəzərə alınaraq ona təyin olunmuş inzibati həbs tənbeh növü cərimə tənbeh növü ilə əvəz edilməlidir. Bu qaydada da onun islah olunması mümkündür. Apellyasiya instansiyası məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun şəxsiyyətini, əməlindən səmimi peşman olmasını və tələbkara 2000 azn ödəniş etməsini nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı, tətbiq edilmiş inzibati tənbehin növünə aid hissədə dəyişdirilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül tənbeh hesab olunan inzibati cərimə təyin edilməlidir. Məhkəmə yuxarıda sadalanan halları nəzərə alaraq, ona qanunla nəzərdə tutulmuş güzəşt edilməsini və ona cərimə tənbehi təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənləri yekunlaşdıraraq apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun IXM-in 528.1ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Tovuz Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, 3(5-163)-389/2026 saylı qərarı dəyişdirilməlidir. Şərh olunanları və IXM-in 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Tovuz Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati həbs tənbehi tətbiq edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı inzibati tənbeh hissəsində dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş inzibati həbs tənbehi 500 manat inzibati cərimə tənbehi ilə əvəz edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında inzibati həbsdən dərhal azad edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Sədrlik edən: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar