Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-405/2026 06.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun və müdafiəçisi Vəkil oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 206-cı maddəsi ilə təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Protokolu tərtib edən orqan Ictimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ##.##.2026-cı il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 206cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati həbsə almanın əvvəli ##.##.2026-cı il tarixdən saat 17:00-dan hesablanması, Qərarın icrasının Protokolu tərtib edən orqan həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil oğlu şikayət verərək Tovuz rayon Məhkəməsinin ##.#.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarını ləğv olunmasını və Imamaquluzadə Kamran Aslan oğlunun barəsində Azərbaycan Respublikasının IXM-nin 206-cı maddəsi inzibati həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. O, apellyasiya şikayətində qeyd etmişdir ki, inzibati xəta törədən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ##.##.2026-cı il tarixdə ailəsi birlikdə Niva markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Heydər Əliyev parkına getmişdir. Axşam saat 21 radələrində parkdan çıxıb evinə gedən zaman həyat yoldaşı ilə sözləri uyğun gəlmədiyinə görə avtomobildə səs küy yarandığı zaman Yol patrol xidmət saxlamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs avtomobildən düşən zamanı cibindən nə isə yerə düşüb, həmin vaxtı Polis onu yerdən götürəndə məlum olub ki, təmiz çəkisi olan 0,06 qram olan bitki mənşəli kütlə tərkibində narkotik vasitə olan qurudulmuş marixaunadır. Onun himayəsində 3 azyaşlı uşağı var, ailəyə qazanc gətirən yeganə şəxsdir. Ancaq Məhkəmə bunları nəzərə almadan ona əsassız olaraq 15 gün inzibati həbs vemişdir. Belə hesab edir ki, hakim qərəzli olaraq, heç bir əsas olmadan, araşdırma aparılmadan Imamaquluzadə Kamran Aslan oğlunun barəsində 15 gün həbs seçilməsi barədə qərar çıxarılmışdır. Buna görə də işə baxarkən, prosessual qaydalara əməl etmədən, qanun vericiliyimizə riayət etmədən, əsasız olaraq qərar çıxarmış, hesab edirəm ki,həmin qərar qanunsuz çıxarıldığı üçün ləğv olumalıdır. Məhkəmə iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun müdafiəçisi Vəkil apellyasiya şikayətini müdafiə edərək, himayəsində 3 az yaşlı uşaqlarının olmasını və əməlindən səmimi peşman olduğunu bildirərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, himayəsində 3 uşağının və xəstə həyat yoldaşının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, həyat yoldaşının xərçəng xəstəliyindən əziyyət çəkdiyini bildirərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Protokolu tərtib edən orqan məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Apellyasiya instansiya məhkəməsi işə Protokolu tərtib edən orqan nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayəti araşdıraraq, qeyd olunan izahatı dinləyərək və təqdim olunmuş inzibati materialı nəzərdən keçirib apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilməlidir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi şikayətdə inzibati xəta haqqında qərarın ləğv olunmasını və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun azadlığa buraxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 206cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun əməli IXM-in 206-cı maddəsinin dispozisiyasındakı əlamətlərlə üstüstə düşdüyündən birinci instansiya məhkəməsi onu həmin maddə ilə təqsirli bilməkdə haqlı olmuşdur. Bununla belə, apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinin tövsifi ilə razılaşsa da, tətbiq edilmiş inzibati tənbehin növü ilə bağlı daha ədalətli qərar qəbul edilməsinin zəruriliyinə diqqəti yönəltməyi məqsədəuyğun hesab edir. IXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. IXM-in 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. IXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə təyin edilmiş tənbehlə bağlı aşağıdakıları qeyd edir: IXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Inzibati qanunvericiliyinin ədalətlilik prinsipinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. IXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. IXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2026-cı il tarixli rəyinə əsasən, “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketi aşdıqda içərisindəki 1(bir) ədəd kağız bükümdə, tütünlə qarışıq, tütünlə birlikdə ümumi çəkisi 0.12 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 0,06 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2026-cı il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsində 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Tovuz RPŞ-nin ITB-yə göndərilməsi qərara alınmışdır. Iş materiallarında olan və apellyasiya instansiya məhkəməsində tətqiq olunmuş Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs keçmiş həyat yoldaşı X6 ## ######## 2011-ci ildə qaraciyər çatmamazlığından vəfat etmişdir. Iş materiallarında olan və apellyasiya instansiya məhkəməsində tətqiq olunmuş tibbi sənədlərin sürətlərindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həyat yoldaşı X2 xərçəng xəstəliyindən əziyyət çəkir. Birinci instansiya məhkəməsi inzibati tənbeh təyin edərkən inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq ona inzibati həbs tənbehi təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ədalətlilik prinsiplərinə əsaslanmamışdır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, IXM-in 32.2-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun şəxsiyyəti, əməlindən səmimi peşman olması, himayəsində 3 uşağının və xəstə həyat yoldaşının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olması yüngülləşdirən hallar kimi qəbul edilməlidir. Qanunverici IXM-in 32.1.1- 2.1.7-ci maddələrində inzibati məsuliyyəti yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. IXM-in 32.2-ci maddəsinə görə, inzibati tənbeh tətbiq edilərkən həmin Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Beləliklə, IXM-in 32-ci maddəsinin məzmunundan görünür ki, inzibati məsuliyyəti yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş inzibati xətaya aid olan və müvafiq olaraq inzibati xəta törədənin özünün və əməlinin təhlükəliliyini azaldan və inzibati xəta tərkibindən kənarda qalan müxtəlif hallardır. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, inzibati tənbeh təyini zamanı inzibati xəta törətmiş şəxsin barəsində olan bütün yüngülləşdirici hallar, inzibati xəta törədildikdən sonrakı davranışı, təyin olunmuş inzibati tənbehin onun ailə üzvlərinin həyat şəraitinə təsiri səviyyəsi nəzərə alınmalıdır. Inzibati xətalar qanunvericiliyinin ədalət prinsipinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Inzibati xəta törətmiş şəxsi bağışlamaqla, ona qarşı humanist münasibət göstərməklə də şəxsin islah olunması mümkündür. Yəni sərt, ən ağır tənbehlərin təyin edilməsi həmişə öz islah təsirini göstərmir. Qeyd edilən halların hər birini ayrı-ayrılıqda araşdıraraq və təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğluna IXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə inzibati tənbehinin təyin edilməsi qanuni və əsaslıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs C.Əsədovin barəsində yuxarıda qeyd olunan hallar nəzərə alınaraq ona təyin olunmuş inzibati həbs tənbeh növü cərimə tənbeh növü ilə əvəz edilməlidir. Bu qaydada da onun islah olunması mümkündür. Apellyasiya instansiyası məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, əməlindən səmimi peşman olmasını və ailə vəziyyətini nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı, tətbiq edilmiş inzibati tənbehin növünə aid hissədə dəyişdirilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül tənbeh hesab olunan inzibati cərimə təyin edilməlidir. Məhkəmə yuxarıda sadalanan halları nəzərə alaraq, ona qanunla nəzərdə tutulmuş güzəşt edilməsini və ona cərimə tənbehi təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənləri yekunlaşdıraraq apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun IXM-in 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilməlidir. Şərh olunanları və IXM-in 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Apellyasiya şikayət təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 206-cı maddəsi ilə təyin edilmiş 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi, 300 manat cərimə tənbehi ilə əvəz edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Sədrlik edən: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №3(3-7)-405/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-405/2026
06.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver