Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-406/2026 18.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 333.1-ci madəsi ilə təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ##.##.2026-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə, saat 18:50 radələrində Tovuz rayonu Əsrik Cırdaxan kəndində sərxoş vəziyyətdə **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş və İXM-nin 329.1,333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Hacıyev Süleyman) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXMnin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İŞİN HALLARI: İşdə olan ***** saylı, ##.##.2026-cı il tarixli saat 18:24-ə aid qəbzdən görünür ki, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkotester ilə sərxoşluq müayinəsi zamanı alkoqolun miqdarı 0.519 promill olduğu müəyyən edilmişdir. Protokol tərtib etmiş şəxs X1 tərəfindən məhkəməyə təqdim edilmiş 01 ədəd diskdə olan videogörüntülərə baxış zamanı müəyyən olunmuşdur ki, özünü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs kimi təqdim edən və avtomobilin sükanı arxasında əyləşmiş şəxs ona yaxınlaşan polis əməkdaşının yol hərəkət qaydasını pozması ilə bağlı xəbərdarlığına “olar” deyə cavab verir, alkotester vasitəsilə sərxoşluğunu yoxlamağı təklif edən polis əməkdaşına etiraz etmir və alkotesterə üfürdükdən sonra sərxoş olması diqqətinə çatdırıldıqda sürücü “əmələ gəlirsə...?” deyə əməkdaşa müraciət edir, polis əməkdaşı “bəs bayaq sərxoş olmadığınızı bildirirdiniz” deyə irad bildirdikdə sürücü “kim boynuna alar ki?!” deyə cavab verir. Polis əməkdaşı akt tərtib edildiyini sürücüyə bildirdikdə sürücü “aktınıza zad eliyim” deyə cavab vermişdir. Sürücü həkim müayinəsindən keçməyi tələb etmir. Sürücüyə qarşı polis əməkdaşları tərəfindən hər hansı formada kobudluq edilməsi müşahidə edilmir. İnzibati xəta haqqında materiala baxan Tovuz Rayon Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə saat 18 radələrində Tovuz rayonu, Əsrik postundan keçərkən yol polisi jezli yuxarı qaldırmış, o, polisin salam verdiyini zənn edərək hərəkətini davam etmiş, lakin YPX avtomobili onun arxası ilə gəlmiş və işarə verdiyi üçün avtomobili saxlamışdır. YPX ona yaxınlaşmış və təhlükəsizlik kəməri bağlı olmasına baxmayaraq guya kəməri taxmadığını bildirmişdir. Bundan sonra sərxoşluğunu yoxlamaq üçün alkotestə üfürməsini təklif etmişlər. Etiraz etməyərək bir neçə dəfə alkotestə üfürmüş və polis əməkdaşları onun sərxoş olduğunu deyərək avtomobildən düşməsini istəmişlər. Sərxoş vəziyyətdə avtomobili idarə etməsi ilə bağlı protokol yazıldığından protokola sərxoş olmadığını qeyd etmişdir. Sərxoşluqla bağlı həkim müayinəsi tələb etsə də polislər bunu təmin etməmişlər. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏSƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə məlumat verilsədə, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, inzibati xətaya dair işin materiallarını və şikayətin dəlillərini araşdırıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə toplanmış sübutlarla inzibati xətanın törədilməsinin tam sübuta yetirilməsi və törədilmiş əməlin İXMin 333.1-ci maddəsi ilə düzgün tövsif olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları“nın 2.4-cü bəndində göstərilir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Belə ki, iş materialında olan ##.##.2026-ci il tarixli inzibati xəta haqqında protokoldan, ##.##.2026-cı il tarixli alkotetr qəbzdən (alkoqolun miqdarı 0.519 promilli müəyyən edilmiş) və təqdim edilmiş 1 ədəd diskdəki görüntülərdən (yol polisi əməkdaşları və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasındakı dialoq) göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə, saat 18:50 radələrində Tovuz rayonu Əsrik Cırdaxan kəndində sərxoş vəziyyətdə **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətində sərxoş olmaması barədə yol polisi əməkdaşlarından müayinə üçün həkim tələb etməsi dəlilini təsdiq edən əsaslı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətmiş olduğu əməli düzgün olaraq İXM-nin 333.1-ci maddəsi ilə tövsif etməsi barədə gəldiyi nəticə əsaslı və qanunidir. Odur ki, apellyasiya məhkəməsi yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki verilmiş şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-406/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-406/2026
18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver