Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-408/2026 02.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərarından verdiyi şikayətin təmin olunması barədə Qazax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından 2 X4 və Təbii Sərvətlər Idarəsinin rəis əvəzi Elşən Şirinov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Qazax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə şikayət təmin edilmiş, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X4 və Təbii Sərvətlər Idarəsinin ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. IŞIN HALLARI Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X4 və Təbii Sərvətlər Idarəsinin rəisi əvəzi X1 tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, Qazax rayonu, Aşağı Salahlı kəndində ##.##.2026-cı il tarixdə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən odla ehtiyatsız davranma nəticəsində 1(bir) ədəd iydə ağacını zədələməsi aşkar edilmiş, 253.6-ci maddəsinə əsasən 1000 manat məbləğində cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X4 və Təbii Sərvətlər Idarəsinin rəisi X1 tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan məhkəmə qərarı qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI Birinci instansiya məhkəməsinin həmin qərarından 2 X4 və Təbii Sərvətlər Idarəsinin rəisi əvəzi Elşən Şirinov apellyasiya şikayət verərək ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərardan verilmiş şikayətin təmin edilməməsi, IXM-nin 253.6-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki,Qazax rayonu Aşağı Salahlı kənd sakini X2 tərəfindən 2 X4 və Təbii Sərvətlər Idarəsinə daxil olmuş “həmkəndlisi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ona məxsus ağacların yandırılması ilə bağlı” müraciəti əsasında əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilərkən, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 1 (bir) ədəd iydə ağacına od ilə ehtiyatsız davranmaqla, ağacı inkişafdan qalmayacaq dərəcədə zədələməsi faktı məlum olmuşdur. Qazax rayon Məhkəməsi tərəfindən əsassız olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 X4 və Təbii Sərvətlər Idarəsi tərəfindən Qazax rayonu Aşağı Salahlı kənd sakini Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli Inzibati tənbeh vermə haqqında qərarın ləğvi ilə bağlı qərar qəbul edilmişdir. Iş materialları ilə Qərardan şikayət verən orqan (şəxs) təqsirliliyi sübuta yetirildiyindən məhkəmə qərarı ləğv edilərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 X4 və Təbii Sərvətlər Idarəsi tərəfindən Qazax rayonu Aşağı Salahlı kənd sakini Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli Inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılmalıdır. PROSSESUAL MƏSƏLƏLƏR Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən inzibati tənbeh etmə haqqında qərar qəbul edən orqanın nümayəndəsi apellyasiya şikayətində göstərilən məzmunda çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini, həmçinin məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə gəlməyən proses iştirakçısının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını nəzərdən keçirib hesab edir ki, məhkəmənin barəsində şikayət verilən hazırki qərarı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. IХM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IХM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-in 253.6-cı maddəsində görə odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma nəticəsində ağacların, kolların və ya digər yaşıllıqların məhv edilməsinə və ya zədələnməsinə görə fiziki şəxslər min manatdan min iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X4 və Təbii Sərvətlər Idarəsinin rəisi əvəzi X1 tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, Qazax rayonu, Aşağı Salahlı kəndində ##.##.2026-cı il tarixdə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən odla ehtiyatsız davranma nəticəsində 1(bir) ədəd iydə ağacını zədələməsi aşkar edilmiş, o, IXM-in 253.6-ci maddəsinə əsasən 1000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X4 və Təbii Sərvətlər Idarəsinin ##.##.2026-cı il tarixli ****** nömrəli aktından görünür ki, Qazax rayonu, Aşağı Salahlı kəndində ##.##.2026-cı il tarixdə pay torpaq sahəsində odla ehtiyatsız davranma nəticəsində 1(bir) ədəd iydə ağacınının yanaraq zədələnməsi aşkar edilmişdir. Işə apellyasiya məhkəməsində baxılarkən təqdim edilmiş ## ###### 2026-cı il tarixli ərizədən görünür ki, X3 qonşusu, Aşağı Salahlı kənd sakini Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ona məxsus pay torpaq sahəsi ilə arada yerləşən iydə və söyüd cinsi olan ağacları yandırılaraq məhv edildiyini bildirmişdir. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X4 və Təbii Sərvətlər Idarəsinin təqdim etdiyi çıxarışdan görünür ki, X3 müraciəti quruma məxsus elektron sistemdə 3-14-41/1-X-##/#/2026 nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi yanlış olaraq IXM-in 53.2-ci maddəsinə istinad edərək iş üzrə icraata xitam vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən də ağacın yandırılmasından Qərardan şikayət verən orqan (şəxs) təqsirinin sübuta yetirilmədiyinə əsaslanmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Hazırda apellyasiya icraatında aparılmış araşdırma da nəzərə alınmaqla məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) təkzibedici ifadələri özünü müdafiə xarakteri daşımaqla əsaslı hesab oluna bilməz və Qərardan şikayət verən orqan (şəxs) IXM-in 253.6-cı maddəsində nəzərdə tutulmuş əməli törətməsi iş materialları ilə sübut edilir. IXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. IXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Qazax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Qazax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin olunmasın. Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-408/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-408/2026
02.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver