Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-409/2026 10.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, MÜƏYYƏN ETDI: IŞIN HALLARI: Işdə olan sənədlər: Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 10 877 manat məbləğində borc pul, hüquqi xidmət haqqına ödənilmiş 600 manat vəsait və ödənilmiş 129 manat məbləğində dövlət rüsumu tələbkar zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi qət edilmişdir; Goranboy Rayon Icra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli “Icraata başlamaq haqqında” qərarının surətindən və həmin tarixli “Tələbin könüllü icrası haqqında“ bildirişin surətindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli icra sənədini üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Inzibati xəta haqqında protokola əlavədən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbkar zərərçəkmiş şəxs2 xeyrinə 10 877 manat məbləğində borc pul, hüquqi xidmət haqqına ödənilmiş 600 manat vəsait və ödənilmiş 129 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədində göstərilən borcun ödənilməsi üçün bildiriş verilmiş və borcu ödəməyi tələb edilmişdir. Lakin borclu icra sənədi üzrə bu günə olan 11 606 manat borcunu ödəmədiyi üçün borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xəbərdarlıq edilməsinə baxmayaraq O, yenədə qərəzli olaraq 2022-ci ildən bu günə kimi borcunu ödəməmişdir. Bugünki tarixdə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çağırış əsasında şöbəyə gəlmiş və iş üzrə izahatı alınmışdır. Izahatında halhazırda məhkəmə qərarı üzrə 11 606 manat borcunu ödəniş edə bilmədiyini, məhkəmə qərarından razı olmadığını bildirmişdir. Inzibati xəta haqqında materiala baxan Goranboy Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 hüquqi varisi zərərçəkmiş şəxs1 şikayət verərək Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və yeni qərar qəbul olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmuruna verdiyi izahatında aylıq əmək haqqısını cəmi 300 manat göstərmiş, halbuki həmin şəxs əmək müqaviləsi əsasında işləyən şəxsdir və gəlirləri barədə icra orqanına tam və düzgün məlumat vermək öhdəliyi daşıyır. Borclunun gəlirlərini aşağı olduğundan göstərməsi onun məhkəmə qərarının icrasını mümkün qədər uzatmağa və öhdəlikdən yayınmağa yönəlmiş davranışını təsdiq edən haldır. Məhkəmə həmçinin nəzərə almamışdır ki, borclu məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra borcun könüllü ödənilməsi istiqamətində heç bir real təşəbbüs göstərməmiş, yalnız əməkhaqqısına yönəltmə tətbiq olunduqdan sonra icra tədbirlərinin nəticəsi kimi ödənişlərin həyata keçirilməsi mümkün olmuşdur. Belə olan halda məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsi iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi zərərçəkmiş şəxs1 və onun etibarnamə üzrə nümayəndəsi Elyanə Isayeva şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdilər və şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi varis zərərçəkmiş şəxs1 izahatında əlavə olaraq göstərdi ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ona ödənilməli və icra vərəqəsində göstərilən 11 606 manat pul vəsaitindən bugünki günədək heç bir ödəniş etməmişdir. Apellyasiya məhkəməsi iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərinə etiraz edərək əsassız olduğunu və şikayətin təmin edilməməsini xahiş etdi. Belə ki, o, 2022-ci ilin may ayında zərərçəkmiş şəxs2 5 faiz olmaqla 10000 manat pul götürmüşdür. Bir ildən sonra zərərçəkmiş şəxs2 ona dedi ki, aldığı pulu 10 faiz ilə ödəyəcək. O, da həmin faizlə pulu ona ödəyə bilməyəcəyini demişdir. O, əl yazması ilə 11.500 manat borcun olduğunu qeyd etmiş, hər ay faizlə 575 manat pulu zərərçəkmiş şəxs2 ödəmişdir. Hazırda “xxxx“ MMC-də satıcı işləyir. Hər ay 300 manat əmək haqqı alır. Həmin borcun 2026cı ilin may ayında onun əmək haqqına yönəlməsinə baxmayaraq bu günə kimi zərərçəkmiş şəxs1 heç bir ödəniş etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. IXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini və tərəflərin izahatlarını işin materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmalı və Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilərək işin mahiyyəti üzrə yeni qərar qəbul olunmalıdır. Məhkəmə, aşağıda qeyd olunanlara əsasən şikayətin dəlillərini əsaslı sayır. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli icra sənədinin icrası barədə hərəkətlər ##.##.2026-cı il tarixdə “Icraata başlamaq haqqında” qərar və “Tələbin könüllü icrası haqqında“ bildirişdən göründüyü kimi (borclu) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzərinə icra sənədində qeyd olunan tələbi yerinə yetirməsi, yerinə yetirməcəyi təqdirdə məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir Belə ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmadığı qənaətinə gələrkən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əmək müqaviləsi əsasında işlədiyi və gəlirindən tutulması ilə bağlı göstərilən borc pulun əmək haqqına yönəlməsini əsas götürərək tələbkara olan borcunu qismən ödəmək iqtidarında olması, onun icra sənədinin qərəzli olaraq boyun qaçırmamasını qeyd etmişdir. Halbuki, birinci instansiya məhkəməsi iş materialında olan sənədləri və izahatları müqayisəli şəkildə araşdırmamış, borclunun həqiqətən də icra sənədindən xəbərinin olubolmasını və qərəzli olaraq boyun qaçırıb-qaçırmaması, eyni zamanda əmək haqqından hansı məbləğdə pul tutulması hallarına diqqət yetirməməsi nəticəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi hallarının mövcud olmadığı qənaətinə gələrək onun əməlinə düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya şikayətinin dəlillərindən və məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ##.##.2026-cı il tarixli icra vərəqəsində qeyd olunan 11.606 manat puldan bugünki günədək heç bir ödəniş ödəməmiş, həmin xüsusatları Azu Abbasov da təsdiq etmişdir. “Icra haqqında” qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, iş materialında olan sənədlərdən göründüyü kimi həqiqətən də borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixli icra sənədindən və tələbin könüllü icrası barədə bildirişdən əvvəlcədən xəbəri olmuş, icra məmurunun onu xəbərdarlıq etməsinə baxmayaraq, borcunu tam ödəməkdən və məhkəmə qərarı ilə müəyyən edilmiş borcu ödəməkdən boyun qaçıraraq icra sənədinin icrası üçün yetərli tədbirlər görməmiş, maddi vəziyyətinin aşağı olmasını əsas gətirərək tələbkara borclu olduğu məbləği bir dəfəyə və ya ödənişi qismən də olsa hissə-hissə üzrlü səbəbdən ödəməkdən yayınmış, bununla da icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində qərəzliliyi təsdiq edən kifayət qədər hallar olsa da, birinci instansiya məhkəməsi tərəfindən həmin hallar nəzərə alınmamışdır. Bundan başqa, apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## ### 2026-cı il tarixli protokol tərtib edildikdən icra sənədi üzrə ümumilikdə 11.606 manat pul ödənişindən iş materialının birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində icraatda olduğu dövrdə belə ödəniş etməyə cəhd göstərməməsi onu göstərir ki, hazırki vəziyyətdə borclunun icra məmurunun qanuni tələblərinə tabe olması ağlabatan hal kimi qiymətləndirilə bilməz. Işin faktiki halları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi təsdiq olunduğundan o, IXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq edilməlidir. Apellyasiya məhkəməsi işin faktiki hallarını, eləcə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq ona IXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cərimə növündə inzibati tənbehin tətbiq edilməsi törədilən inzibati xətanın xarakterinə və inzibati xətanı törədənin şəxsiyyətinə uyğundur, ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsi ilə IXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədlərinə nail olunmasının təmin edilməsi mümkündür. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, tələbkar zərərçəkmiş şəxs1 apellyasiya şikayəti əsaslı hesab edilməli, hazırkı iş üzrə Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qərarı ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan 500 (beş yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə tətbiq edilməlidir. IXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və IXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbacan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Goranboy Rayon Icra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-409/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-409/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver