Məhkəmə qərarları › İş №3(3-7)-410/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-410/2026

18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-410/2026 18.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi nümayəndə1 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin nümayəndəsi nümayəndə2 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1 və 452.3-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli 3(5-121) ****/**** nömrəli qərarından Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1 və 452.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## ##### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Gəncə Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1 və 452.3-cü maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin nümayəndəsi apellyasiya şikayət verərək məhkəmənin qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində İXMnin 221.1 və 452.3-cü maddələri ilə tərtib olunmuş protokol üzrə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCyə məxsus ünvan 2 ünvanında yerləşən aptekdə plan üzrə yoxlama aparılmışdır. Həmin yoxlama zamanı aptekin divarlarının bəzi səthlərinin yararsız olduğu, əczaçılıq soyuducusunun çalışmadığı, bir sıra dərman vasitələrinin saxlanma rejiminə riayət edilmədiyi, yararlılıq müddəti bitmiş “Oksitoçin-Rixter” adlı dərman vasitəsinin satış məqsədilə saxlanılması faktları aşkar edilmişdir. “Oksitoçin-Rixter” adlı dərman vasitəsi soyuducuda digər yararlılıq müddəti bitməyən dərman vasitələri ilə (məsələn “Alburex” adlı dərman vasitəsi yararlılıq müddəti ##.##.2028) yanaşı saxlanılmışdır. Qeyd olunan yararlılıq müddəti bitməyən dərman vasitələri satış məqsədilə soyuducuda saxlanıldığından uyğun olaraq “Oksitoçin-Rixter” adlı dərman vasitələri də satış məqsədilə onların yanında saxlanılmışdır. Satış üçün nəzərdə tutulan dərman vasitələri təkcə satış zalında deyil, eyni zamanda anbar otağında və soyuducuda da saxlanıla bilir. Soyuducunun təyinatı məhz dərman vasitələrinin saxlanılması üçündür. Yararlılıq müddəti bitmiş dərmanların soyuducuda saxlanılması yolverilməzdir, onlar dərhal aptekdən kənarlaşdırılmalıdır. Onların aptekdən dərhal kənarlaşdırılmayıb hələ də soyuducuda saxlanılması onların satış məqsədilə saxlanılmasını açıq-aşkar bəlli edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 2025-ci il # ##### tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş “Etibarlı İstehsalat Təcrübəsinə dair tələblər” in 1.1-ci bəndinə əsasən bu tələblər dərman vasitələrinin istehsalının həyata keçirilməsinə dair tələbləri müəyyən edir. Aptekdə dərman vasitələrinin saxlanılmasına dair tələblər isə əczaçılıq fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 2018-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə müəyyən edilir. Bu səbəbdən aptekdə yararlılıq müddəti bitmiş dərman vasitələrinə dair münasibətlərin “Etibarlı İstehsalat Təcrübəsi”nə əsasən tənzimlənməsi yolverílməzdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasi Qanununun 17.3-cü maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə(növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Normanın mahiyyətinə uyğun olaraq yoxlama materiallarına əlavə edilmiş yoxlamanın həyata keçirilməsinə dair bildirişin ##.##.2026-cı il tarixdə yoxlamanın həyata keçirilməsindən azı 5 iş günü əvvəl sahibkara göndərildiyi açıq-aşkar görünür. Həmin bildiriş, onun məzmunundan da aydın olduğu kimi hüquqi şəxsə məxsus olan iki ünvandan biri olan sahibkarın fəaliyyət ünvanına göndərilmişdir. Məhkəmə qanunvericiliyin normalarına laqeyd münasibət göstərərək işin hallarını hərtərəfli araşdırmamış, nəticədə əsassız qərar çıxarmışdır. Belə olacağı təqdirdə isə digər aptek təşkilatları barəsində də analoji halların baş verməsi və onların da eyni şəkildə məhkəmə tərəfindən məsuliyyətdən azad edilməsi halları baş verə bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin nümayəndəsi şikayətin dəlillərinə uyğun çıxış edərək qərarın ləğv edilməsini və hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 221.1-ci və 452.3-cü maddələri ilə təqsirli bilinib barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, məhkəmənin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını nəzərdən keçirib hesab edir ki, məhkəmənin barəsində şikayət verilən hazırki qərarı ləğv edilməlidir. Belə ki, İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 221.1-ci maddəsinə əsasən bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İXM-in 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan: Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən ##.##.2026 cı il tarixli, KY********* nömrəli çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus əczaçılıq təşkilatının fəaliyyətinin yoxlanılması məqsədilə ##.##.2026 – ##.##.2026-cı il tarixdə həmin müəssisədə planlı (növbəti) yoxlama, yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında ##.##.2026-cı il tarixli, *-**-*/*-*-***/**** nömrəli qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus əczaçılıq təşkilatının fəaliyyətinin yoxlanılması məqsədilə ##.##.2026–##.##.2026-cı il tarixdə həmin müəssisədə planlı (növbəti) yoxlamanın aparılması qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin ##.##.2026-cı il tarixli ə-*** saylı aktından görünür ki, yoxlama zamanı (aptek divarlarının bəzi səthlərinin yararsız olduğu, əczaçılıq soyuducusunun çalışmadığı və oradakı dərmanların yararsız hala düşdüyü və soyuducuda saxlanılan “kükürd məlhəmi” və “kokarbaksiloz” adlı dərmanların otaqda saxlandığı və “oksitoçin-rixter” adlı dərmanların son istifadə müddəti bitərək satış məqsədi ilə saxlanması) faktı aşkar edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin baş direktoru tərəfindən təsdiq edilmiş yoxlama suallarının siyahısından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2026-cı il tarixli, *-**-*/*-*-***/**** nömrəli qərarına və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY********* nömrəli çıxarışa əsasən Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri üzrə lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına nəzarət (əczaçılıq fəaliyyəti) üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus ünvan 1 ünvanında aparılan planlı (növbəti) yoxlama zamanı “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının ##.##.2006-cı il tarixli, ***-lllQ nömrəli Qanunu, maddə 4.8, 6.1 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının ##.##.2018-ci il tarixli ** nömrəli Qərarı, * nömrəli əlavəsinin tələblərinin yerinə yetirilmədiyi müəyyən edilmişdir; ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC yə məxsus aptekdə ##.##.2026-cı il tarixdə, saat 09:30 radələrində aptek təşkilatlarına dair tələblərin pozulması və yararlılıq müddəti bitmiş dərman vasitələrini satış məqsədi ilə saxlanılması faktları aşkar edilmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 221.1 və 452.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, təqdim olunmuş sənədlərə əsasən müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən vaxtı keçmiş dərman vasitələrinin satışı məqsədilə saxlanılması, eyni zamanda aptek təşkilatlarına dair tələblərin pozulması faktları yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən aptekdə plan üzrə yoxlama aparılmışdır. Həmin yoxlama zamanı aptekin divarlarının bəzi səthlərinin yararsız olduğu, əczaçılıq soyuducusunun çalışmadığı, bir sıra dərman vasitələrinin saxlanma rejiminə riayət edilmədiyi, yararlılıq müddəti bitmiş “Oksitoçin-Rixter” adlı dərman vasitəsinin satış məqsədilə saxlanılması faktları aşkar edilmişdir. “Oksitoçin- Rixter” adlı dərman vasitəsi soyuducuda digər yararlılıq müddəti bitməyən dərman vasitələri ilə (məsələn “Alburex” adlı dərman vasitəsi yararlılıq müddəti ##.##.2028) yanaşı saxlanılmışdır. Qeyd olunan yararlılıq müddəti bitməyən dərman vasitələri satış məqsədilə soyuducuda saxlanıldığından uyğun olaraq “Oksitoçin-Rixter” adlı dərman vasitələri də satış məqsədilə onların yanında saxlanılmışdır. Satış üçün nəzərdə tutulan dərman vasitələri təkcə satış zalında deyil, eyni zamanda anbar otağında və soyuducuda da saxlanıla bilir. Soyuducunun təyinatı məhz dərman vasitələrinin saxlanılması üçündür. Yararlılıq müddəti bitmiş dərmanların soyuducuda saxlanılması yolverilməzdir, onlar dərhal aptekdən kənarlaşdırılmalıdır. Onların aptekdən dərhal kənarlaşdırılmayıb hələ də soyuducuda saxlanılması onların satış məqsədilə saxlanılmasını açıq-aşkar bəlli edir. Eyni zamanda, “Etibarlı İstehsalat Təcrübəsinə dair tələblər” in 1.1-ci bəndinə əsasən bu tələblər dərman vasitələrinin istehsalının həyata keçirilməsinə dair tələbləri əhatə etməsinə baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən həmin tələblər əsassız yerə apteklərdə dərman vasitələrinin saxlanmasına şamil edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən istehlak müddəti keçmiş dərman vasitələrinin hansı səbəbdən istehlaka yararlı dərman vasitələri ilə eyni yerdə saxlanılması əsaslandırıla bilməmişdir. Göründüyü kimi toplanmış sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-in 221.1-ci və 452.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsini sübut edir. İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin iş üzrə ## ### 2026cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 221.1-ci və 452.3-cü maddələri ilə təqsirli bilinərək tənbeh edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli 3(5-121) ****/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci və 452.3-cü maddələri ilə təqsirli bilinib 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar