Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-411/2026 22.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi, Quliyev Anar Elcan oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X1, Barəsində X6 iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, M Ü Ə Y Y Ə N E T D İ: Həmin qərardan narazı qalan barəsində X6 iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi kimi işə baxan Gəncə Şəhər Məhkəməsi onun şikayəti üzrə işə baxarkən tam, hərtərəfli, obyektiv araşdırma aparmamış, işin faktiki hallarına uyğun olmayan şikayətinin təmin edilməməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X21 ##.##.2026-cı il tarixli, MN******* nömrəli 1000 manat məbləğində X6 cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın dəyişdirilmədən saxlanılmasına dair şikayətçi kimi hesab edir ki, əsassız qərar qəbul etmişdir. Ona görə də həmin qərardan narazı qaldığından Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verməkdən başqa yolu qalmamışdır. Apellyasiya şikayəti verərək işin halları ilə bağlı bildirir ki, direktoru olduğu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin müəllimi X2 2026-cı ilin yanvar ayında əmək haqqından tutulmaların düzgün aparılmadığı və nəticədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 156-cı maddəsinin tələblərinin pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X20 yazdığı müraciəti əsasında X11 Xidməti X22 araşdırılma aparılmışdır. Araşdırma ilə bağlı X10 Xidməti X21 məsləhətçi-müfəttişi S.Məmmədovanın tərtib etdiyi ## ##### 2026-cı il tarixli, MN № ******* nömrəli X6 protokola əsasən “Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec” PHŞ direktoru, vəzifəli şəxs kimi onun barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192.4-cü (işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntusuna yol verilməsinə görə) 1000 manat inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Şikayətçi kimi hesab edir ki, həmin qərarla o kollecin direktoru, vəzifəli şəxs kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək, əsassız olaraq 1000 AZN şərti olaraq cərimə olunmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin müəllimi X2, X10 Xidməti X20 yazdığı müraciət əsasında onun vəzifəli şəxs kimi X10 Xidməti X21 ##.##.2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 AZN cərimə olunmağınla əsaslandırma apararaq qeyd edir ki, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin “Ümumixtisas və Avtomobillər” fənn birləşməsinin müəllimi X2 xəstə olduğu üçün 01,12.2025ci il tarixdən, ##.##.2025-ci il tarixə kimi xəstəliyi ilə əlaqədar bülletendə olmuşdur. ##.##.2025-ci il tarixdə isə üzrsüz səbəbdən dərslərdə iştirak etmədiyi üçün 2025/2026-cı tədris ilində Kollecin “Texniki” şöbənin 534A2 qrupunda “NV-in nəzəriyyəsi, konstruksiya edilməsi və hesabının əsasları” (18 saat), 533AI qrupunda “NV- in nəzəriyyəsi, konstruksiya edilməsi və hesabının əsaslan” (18 saat) və “NV-in quruluşu” (12 saat) fənlərindən qeyd olunan tarixlərdə, həmçinin “Qiyabi” şöbədə 2533A2 qrupunda “Nəqliyyat vasitələrinin quruluşu (24 saat) və NV-in texniki istismarı” (18 saat) fənnindən aparılan məşğələlərinin, məsləhət saatı və imtahan prosesinin araşdırılmasında (14 saat) və imtahan suallarının hazırlanması (5 saat) prosesinin heç birində iştirak etməmiş hesab edilmişdir. Bununla bağlı fənn birləşmə sədrinin təqdimatı və tədris hissə müdirinin məlumatına əsasən müəllim E.Abbasovun 109 saat dərs yükü başqa müəllim tərəfindən əvəz olunmuşdur. Hesab edir ki, Kollecin müəllimi X2 əmək haqqının hesablanılması və verilməsində tərəfimizdən AR IXM-nin 194.4-cü (işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntusuna yol verilməsinə görə) maddəsinin tələbləri pozulmamışdır. Qanunvericiliyin tələblərinə əməl etmişdir. Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə müəllimlərin dərs yükü bölünməsi qaydası "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının KQ-12 Qərarı (Ali təhsil müəssisələrində elmi tədqiqat və elmi-metodiki işlərin təşkili qaydalarının, professor-müəllim heyətinin tədris işi vaxtı normasının təsdiq edilməsi və “Orta ixtisas təhsili müəssisələrinin müəllim heyətinin tədıis işi üçün vaxt normaları barədə” Azərbaycan Respublkası Elm və Təhsil Nazirliyinin 2004-cii il 16 aprel tarixli, *** nömrəli əmrinin ləğv edilməsi haqqında”) əsasında müəyyən olunmuşdur. Bu Qərarın 3-cü (Professor-müəllim heyətinin fərdi iş və illik işçi tədris planları) bəndinin auditoriyadan kənar saatların müəyyənəşdirilməsi cədvəlinə əsasən: 1.Imtahan saatlarının təyini - 1 müəllimə qrupda olan hər bir tələbəyə 20 dəqiqə vaxt ayrılmaqla müəyyən olunur, (yəni 3 tələbəyə 1 saat); 1.1 X2 dərs yükündə 2533 A2 qrupunda 18 tələbə tədris alır. Həmin qrupda müəllim iki fənn tədris etdiyi üçün ona ‘Nəqliyyat vasitələrinin texniki istismarı" fənninə görə - 6 saat (18 tələbə:3=6 saat), “Nəqliyyat vasitələrinin quruluşu fənninə görə də - 6 saat (18 tələbə:3=6 saat) vaxt ayrılmışdır. Cəmi 12 saat; 2. Imtahan suallarının tərtibi və hazırlanması görə isə - 5 saat vaxt ayrılmışdır; 3. Məsləhət saatına isə hər fənnə görə 1 saat (cəmi 2 saat) vaxt ayrılmışdır, Beləliklə, saatların cəm 19 saat olmuşdur. Yuxarıda qeyd etdiyi sübutlarında yanaşı. Kollecin müəllimi X2 oglunun DƏMX-nin X20 şikayət etdikdən bir neçə gün sonra şikayətçi olmadığı, Kollecdən hazırda heç bir tələbi olmadığına dair X10 Xidməti X20 yazdığı təkrar müraciət də hesab edir ki, əsas verir Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru kimi o, müəllim E.Abbasovun əmək haqqının hesablanıb, verilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192.4-cü (işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntusuna yol verilməsinə görə) maddəsinin tələblərini pozmamış, eləcə də Qanunda nəzərdə tutulmuş qaydalara Kollecin əməkdaşları tamamilə riayət etmişdir. Bu qeyd etdiyi əsaslar, eləcə də şikayətə əlavə edib elelektron sistemə yerləşdirdiyi sübut xarakterli, məlumat, təqdimatlar, stasionar müalicə barədə tibbi sənədlər, sənədlərdən çıxarışlardan və s. aydın olur ki, onun barəsində X10 Xidməti X21 məsləhətçi-müfəttişi S.Məmmədovun tərtib etdiyi ## ##### 2026-cı il tarixli, MN № ******* nömrəli X6 protokol, eləcə də həmin protokol əsasında barəsində tərtib olunmuş ##.##.2026cı il tarixli X6 qərar qanunsuz olmaqla, hüquqi əsası yoxdur. Bildirir ki, Kollecin müəllimi E.X3 Müfəttişliyi Xidməti X20 yenidən müraciət edərək heç bir şikayətinin olmadığını bildirsə də, bu mühüm halın X6 Qərar qəbul edən vəzifəli şəxs, yuxarıda qeyd edilən mühüm hallan nəzərə almamaqla, qərəzli mövqeyini təsdiq etmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru kimi onun əməlində Azərbaycan Respublikası IXM-nin 192.4-cü maddəsinin əlamətləri olmasa da Gəncə şəhər məhkəməsi onun əsaslı şikayətini araşdırıb, nəticəyə gələrkən yanlışlığa yol verərək şikayəti təmin etmədən, X10 Xidmətinin X21 ##.##.2026-cı il tarixli, MN******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın dəyişdirilmədən saxlanılmasına dair ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərar qəbul etmişdir. Apellyasiya şikayətini əsaslandıraraq bildirir ki, kollecin müəllimi X2 01 dekabr tarixindən, 20 dekabr tarixinədək əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı əmək haqqının hesablanması zamanı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmayan hallar və ciddi maliyyə uyğunsuzluqları olmamışdır. Aparılmış təhlillər nəticəsində müəyyən olunmuşdur ki, yaranmış uyğunsuzluqların əsas səbəbi Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecin qiyabi şöbəsində tədris prosesinin dekabr ayından başlanması və bunun nəticəsində müəllimin həmin ay üzrə dərs yükünün müəyyən edilmiş normativ həddi aşması ilə bağlıdır. Bildirir ki, qüvvədə olan əmək və maliyyə qanunvericiliyinə əsasən müəllimlərin əmək haqqı yalnız faktiki tədris etdikləri dərs saatlarına uyğıın hesablanmalıdır. Təqdim olunmuş dərs məşğələ jurnallarında aparılmış qeydlərdən açıq şəkildə görünür ki, qeyd edilən dövr ərzində X2 dərs prosesində iştirak etməmiş, həmin dərslər digər müəllim tərəfindən tədris olunmuşdur. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən dərslər ildə yalnız bir dəfə, məhz dekabr ayında qiyabi şöbə üzrə keçirilir. Bu xüsusiyyət nəzərə alınmadan əmək haqqının günəmuzd prinsipi əsasında hesablanması ilin yekununda faktiki dərs yükü ilə ödənilmiş əmək haqqı arasında uyğunsuzluq yaradaraq qanunvericiliyin tələblərinin pozulmasına səbəb olur. Apellyasiya instansiyası məhkəməsinin diqqətini ona cəlb etmək istəyir ki, Gəncə şəhər məhkəməsi ##.##.2026-cı il tarixdə şikayətin təmin edilməməsi barədə sözügedən qərarı qəbul etdikdən sonra X7 Əmək Müfəttişliyi Xidmətinin X21 rəisi Ayaz Rəhimovun imzası ilə ## ##### 2026-cı il tarixli *-**-*/*-X-*****/**** nömrəli məktub daxil olmuşdur. Həmin məktubda qeyd olunur ki, Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq barəsində ##.##.2026-cı il tarixli MN ******* nömrəli X6 protokol tərtib olunaraq iş üzrə icraata başlanılmış və törədilmiş hüquq pozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunaraq ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tərtib edilməsi haqqında qərar qəbul olunmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq X2 əmək haqqının qanunvericiliyə uyğun olaraq hesablanıb ödənilməsi, təsdiqedici sənədlərin qeyd olunan müddət ərzində şöbəyə təqdim edilməsi tələb olunur. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası IXM 116.3-cü maddəsinə əsasən bu məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquq pozmalar aradan qaldırılarsa inzibati cərimə ödənilmir. Əks təqdirdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquq pozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Əmək Müfəttişliyi qeyd olunan tələbinə Regional Kollec tərəfindən tam əməl olunmuşdur. Belə ki, həmin tələbə əməl olunub ##.##.2026-cı il tarixli *** nömrəli məktubla X10 Xidmətinin X20 məlumat verilərək bildirilmişdir ki, Kollecin müəllimi X2 əmək haqqından ## ###### 2026-cı il üzrə 277.07 (iki yüz yetmiş yeddi manat, sıfır yeddi qəpik) AZN tutulmuşdur. Həmin məbləğ yenidən hesablanıb, ## ##### 2026-cı il tarixdə müəllimin hesabına ödənilmişdir. Ümumilikdə müəllimin hesabına ## ##### 2026-cı il tarixdə 1103.51 (bir min üç yüz manat, əlli bir qəpik) AZN köçürülmüşdür. (Həmin vəsaitin kollecin müəllimi X2 Hesabına köçürülməsi barədə mühasibat sənədləri, eləcə də bu barədə məktublar apellyasiya şikayətinə əlavə olunur.) Ona görə də, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində X6 iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və məhkəmənin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək şikayət əsassız olduğundan təmin edilməməsini və məhkəmənin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını nəzərdən keçirib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilməli və X6 iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. IXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, X6 hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən, X6 iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinin dəlillərini araşdıran məhkəmə təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X21 rəisi X5 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tam qanuni və əsaslıdır. Bununla da Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. IXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X6 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X6 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1 və 84.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Həmin Məcəllənin 192.4-cü maddəsində işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslərin yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. IXM-nin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilə bilər. Şəxsin qanunla nəzərdə tutulmuş inzibati xətanı törətməsi isə qanunla müəyyən edilmiş qaydada əldə edilmiş sübutlarla təsdiq edilməlidir. Bu sübutlara barəsində X6 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi və maddi sübutlar aiddir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadan, işin bütün faktiki halları aydınlaşdırılmadan qərar qəbul edilmişdir. Məhkəmə işə baxarkən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X21 rəisi X5 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş X6 iş üzrə toplanmış materialı tələb edib tədqiq etməmiş, səlahiyyətli orqanın hansı sübutlar əsasında vəzifəli şəxsin istinad edilən inzibati xətanın törədilməsində təqsirli olduğu qənaətinə gəldiyini aydınlaşdırmamış, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında kollecin müəllimi X2 əmək müqaviləsinə əsasən standart əmək haqqı ödənilməli olduğunu iddia etdiyi halda əmək müqaviləsi tələb edilib həmin xüsusat araşdırılmamış, X2 əmək haqqının mövcud qaydalara uyğun hesablanıb-hesablanmadığını müəyyən etmək məqsədi ilə mütəxəssis (ekspert) rəyi əldə edilməmiş, yalnız X6 protokola əsaslanaraq barəsində X6 iş üzrə icraat aparılan şəxsin IXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinin sübuta yetirilməsi qənaətinə gələrək səlahiyyətli orqan tərəfindən vəzifəli şəxs barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı olduğunu hesab etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli araşdırma aparılmadan qərar qəbul edilmiş, bununla da qanunun tələblərinə əməl edilməmişdir. Belə olan halda şikayət üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X21 ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanuni və əsaslı olub-olmamasının aydınlaşdırılması baxımından həmin qərarın qəbul edilməsinə əsas olmuş X6 işin materialı, o cümlədən X2 ilə bağlanmış əmək müqaviləsi səlahiyyətli orqandan tələb edilib tədqiq edilməli, zərurət olarsa X2 əmək haqqının mövcud qaydalara uyğun hesablanıb-hesablanmadığını müəyyən etmək məqsədi ilə mütəxəssis cəlb edilərək (və ya məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməklə) bu barədə rəy alınmalı və yalnız bundan sonra səlahiyyətli orqan tərəfindən barəsində X6 iş üzrə icraat aparılan vəzifəli şəxsin IXM-nin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək ona inzibati tənbehin tətbiq edilməsinin qanuni olubolmamasına hüquqi qiymət verilməlidir. Işə baxılarkən nəzərə alınmalıdır ki, barəsində X6 iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməkdə təqsirli olub-olmaması mötəbər sübutlarla sübut edilməlidir. IXM-nin 134.1.4-cü maddəsinə əsasən X6 iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X6 işin yenidən baxılması üçün hakimə göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması X6 iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd edilənləri yekunlaşdıraraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilməli, X6 iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməli, işə yenidən baxılarkən qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən halların araşdırılması üçün zəruri tədbirlər görülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə olan X6 iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilsin. Iş yenidən araşdırılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-411/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-411/2026
22.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver