Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-412/2026 19.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X4 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsrafilov Cavid Kamal oğlunun iştirakı ilə İsrafilov Cavid Kamal oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 328.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İsrafilov Cavid Kamal oğlu barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərar ona görə qəbul edilmişdir ki, o, KİA SORENTO minik markalı **-EV- *** dövlət qeydiyyat nişanlı avtomobillə ##.##.2026-cı il tarixdə yolda müəyyən edilmiş hərəkət sürətini 31 km/saat həddində aşmış, nəticədə İXM-nin 328.2-ci maddəsində nəzərə tutulmuş xətanı törətmişdir. Bu inzibati xəta haqqında elektron qərarla İsrafilov Cavid Kamal oğluna 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İsrafilov Cavid Kamal oğlu şikayət ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək İXM-nin 328.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair ##.##.2026-cı il tarixli, EQ/******** saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ilə (sədrlik edən hakim K.F.Bayramova) şikayət təmin edilməmiş, İsrafilov Cavid Kamal oğlunun İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsrafilov Cavid Kamal oğlu apellyasiya şikayəti verərək Gəncə Şəhəri Baş Polis İdarəsinin DYPŞ-nin inspektoru tərəfindən ## #### 2026-cı il tarixdə tərtib edilmiş EQ/******** saylı protokolun və həmin protokol əsasında olan cərimənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “## #### 2026-ci il tarixdə Gəncə şəhəri 1500 ailəlilik məcburi köçkün qəsəbəsindən Samux rayonu Alıuşağı kəndi istiqaməti üzrə KIA SORENTO minik **-EV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə işə gedərkən (20 ilə yaxındır ki, bu yolla işə gedib-gəlir) magistral yolda hərəkət edərkən **-YP-*** markalı avtomobil qeyri-qanuni video çəkiliş etmişdir (yolda heç bir radar işarəsi olan yol nişanı quraşdırılmamışdır), yol patrulu hərəkətdə olarkən video çəkiliş edərkən sayrışan işıqlardan istifadə etməmişdir. Həmçinin, protokolda qeyd olunan adres səhvdir, protokolda qeyd olunan adres Gəncə, Dədə Qorqud, 1a GPS: 40.6859,46.4548 olmuş, o, hərəkət etdiyi yol isə Nəriman Nərimanov pr. olmuşdur. Şəkildən görünür ki, adres fərqli, çəkiliş olan ərazi isə başqadır. Yol patrulu qanunla nişan olmayan yerdə qeyri-qanuni çəkiliş etmişdir. O həmin yolda 90-100 sürətlə hərəkət etmiş və yol patrulu heç bir sürət və ya radar işarəsi qurlaşdırılmayan yerdə qeyri-qanuni sürətə görə cərimə yazmışdır. DYP əməkdaşı tərəfindən elektron protokol tərtib edilərkən onun qanunla qorunan hüquqları kobud şəkildə pozulmuşdur. Əlavə olaraq qeyd edir ki, protokol tərtib edilərkən qanunla nəzərdə tutulmuş maddələrə düzgün istinad edilməmişdir”. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsrafilov Cavid Kamal oğlu apellyasiya şikayətini müdafiə edib onun dəlillərinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*- ***)-****/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb, işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə - əlli manat məbləğində cərimə tətbiq edilir. İş materiallarında olan CD diskdə olan videogörüntüdən görünür ki, KİA SORENTO minik markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2026-cı il tarixdə yolda müəyyən edilmiş hərəkət sürətini aşmışdır. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından görünür ki, X3 şikayəti qismən təmin edilmiş, X3 barəsində İXM-nin 328.2-ci maddəsi ilə çıxarılmış ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilərək həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin səlahiyyətli vəzifəli şəxsinə göndərilmişdir. Həmin qərarın qəbul edilmə əsası keçirilmiş məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 etibarnamə üzrə nümayəndəsiİsrafilov Cavid Kamal oğlunun ## #### 2026-cı il tarixdə saat 18:22-də sözügedən inzibati xətanın onun tərəfindən törədildiyini, lakin sonuncu etibarnamə qardaşı X3 verildiyindən sonuncu etibarnamə üzrə inzibati cərimənin S.Kazımova tətbiq edildiyini bildirməsi olmuşdur. Göründüyü kimi iş materiallarında olan ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli inzibati tənbeh vermə haqqında qərar, CD diskdə olan videogörüntü, həmçinin Gəncə Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarında İsrafilov Cavid Kamal oğlunun inzibati xətanın onun tərəfindən törədildiyini etiraf etməsi ilə onun İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal özünü müdafiə xarakteri daşıdığından əsassız hesab edilir, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qərar qəbul etmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İsrafilov Cavid Kamal oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə # #### 2026-cı il tarixli *(*- ***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-412/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-412/2026
19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver