Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-413/2026 25.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Vəzifəli şəxs-Azərbaycan Respublikası Müdafiə Nazirliyi Qərardan şikayət verən orqan (şəxs) komandiri Vəzifəli şəxs İsbəndiyar oğlunun barəsində qəbul edilmiş ## ######## 2025-ci il tarixli MN № ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarından verilmiş şikayətin təmin edilməsinə dair Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından X1 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : DƏMX-nin Qazax-Tovuz regional şöbəsi tərəfindən qəbul edilmiş ## ######## 2025ci il tarixli MN № ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” Qərardan görünür ki, Vəzifəli şəxs İsbəndiyar oğlu İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 (otuz) gün müddətin müəyyən olunması qərara alınmışdır. Bu müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Qəniyev Həsən) ilə şikayət təmin edilmiş, vəzifəli şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Qərardan şikayət verən orqan (şəxs)sinin komandiri Vəzifəli şəxs İsbəndiyar oğlu barəsində qəbul edilmiş ## ######## 2025-ci il tarixli MN № ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərar ləğv edilmiş və İXM-nin 192.6cı maddəsi ilə aparılan hazırki inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilmişdir. İŞİN HALLARI: Etibar İsgəndərov tərərfindən Qərardan şikayət verən orqan (şəxs) komandiri Vəzifəli şəxs ünvanlanmış # ### 2025-ci il tarixli ərizədən görünür ki, Etibar İsgəndərov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə (öz arzusu ilə) işdən azad olunmasına köməklik göstərilməsini xahiş etmişdir. DƏMX-nin ## #### 2026-cı il tarixli “Müraciət vərəqəsi”nin surətindən görünür ki, İsgəndərov Etibar Eyvaz oğlu ## #### 2025-ci il tarixdə ***-***-**-** saylı mobil nömrə ilə zəng edərək, azad olunduğu iş yerindən son haqq-hesabının ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən DƏMX-nin Qazax-Tovuz regional şöbəsinə ## #### 2025-ci il tarixli məktubuna cavab olaraq göndərilmiş # ###### 2025-ci il tarixli məktubdan görünür ki, hərbi hissənin sabiq mülki işçisi İsgəndərov Etibar Eyvaz oğluna ## #### 2025-ci il tarixində 244,67 manat son haqq hesab ödənilmişdir. Qərardan şikayət verən orqan (şəxs) komandirinin # #### 2025-ci il tarixli *** nömrəli əmrindən görünür ki, maddi-texniki təminat taqımının mənzil istismar hissəsinin ventiliyasiya sistemləri məntəqəsinin 2-ci dərəcəli operatoru İsgəndərov Etibar Eyvaz oğlunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçi öz arzusu ilə) əsasən # ### 2025ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən əvvəlcədən istifadə etmədiyi (##.##.2023-##.##.2024 və ##.##.2024-##.##.2025-ci iş illəri üçün) əsas məzuniyyətə görə 39 (otuz doqquz) təqvim günü üçün məzuniyyət pulu əvəzi pul kompensasiyasının ödənilməsi əmr edilmişdir. DƏMX-nin Qazax-Tovuz regional şöbəsi tərəfindən Vəzifəli şəxs İsbəndiyar oğlu barəsində tərtib edilmiş ## ######## 2025-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi, əmək qanunvericiliyinə əməl olunmama dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) tam təqdim edilməməsi müəyyən edilmiş, nəticədə Vəzifəli şəxs İsbəndiyar oğlu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir”. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Qərardan şikayət verən orqan (şəxs)si barəsində İXM-nin 539.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş və Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İnzibati xəta haqqında materiala baxan Kəlbəcər Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkəmənin qərarı ilə razılaşmayan DƏMX-nin Hüquq İdarəsinin nümayəndəsi şikayət verərək Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını və ## ######## 2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, İsgəndərov Etibar Eyvaz oğlu tərəfindən Xidmətin Qazax-Tovuz regional şöbəsinə təqdim edilən ##.##.2025-ci il tarixli izahatında sözügedən şəxsin ##.##.2023-cü il tarixindən Qərardan şikayət verən orqan (şəxs)də gözətçi vəzifəsində işə qəbul olduğunu, ##.##.2024-cü il tarixindən həmin hərbi hissədə operator vəzifəsinə təyin olunduğunu, səhhəti ilə əlaqədar olaraq 2024-cü ilin fevral ayında xəstəliyə çıxdığını, həmin dövr üçün xəstəlik pulunun ödənildiyini, lakin 2024-cü ilin noyabr ayında yenidən səhhətində yaranmış problemlə əlaqədar xəstəliyə çıxdığını, altı ay xəstəlikdə olduğunu, may ayının birindən işə başladığını, lakin səhhəti ilə əlaqədar ərizəsinə əsasən işdən azad olunduğunu, işdən çıxarılan zaman altı aylıq xəstəlik pulunun və işlədiyi dövr ərzində istifadə etmədiyi əmək məzuniyyəti üçün kompensasiyanın ödənilmədiyini, ##.##.2025-ci il tarixində hesabına köçürülmüş pulun may ayında işlədiyi günlər üçün əmək haqqı olduğu qeyd edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini iş materialları ilə araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, iş materialına əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, vəzifəli şəxs Vəzifəli şəxs İsbəndiyar oğlunun təqsirliliyinin sübuta yetirilməsi istiqamətində səlahiyyətli orqan tərəfindən tam və hərtərəfli araşdırma aparılmamışdır. Belə ki, işdə olan Qərardan şikayət verən orqan (şəxs) komandirinin # #### 2025-ci il tarixli əmrindən görünür ki, maddi-texniki təminat taqımının mənzil istismar hissəsinin ventiliyasiya sistemləri məntəqəsinin 2-ci dərəcəli operatoru İsgəndərov Etibar Eyvaz oğlunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçi öz arzusu ilə) əsasən # ### 2025-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi, həmin Məcəllənin 144-cü maddəsinin 2-ci bəndinə əsasən əvvəlcədən istifadə etmədiyi (##.##.2023-##.##.2024 və ##.##.2024-##.##.2025-ci iş illəri üçün) əsas məzuniyyətə görə 39 (otuz doqquz) təqvim günü üçün məzuniyyət pulu əvəzi pul kompensasiyasının ödənilməsi əmr edilmişdir. Məhkəmə onu da qeyd ki, vəzifəli şəxs Vəzifəli şəxs tərəfindən işçiyə ödənilməli işdən çıxartma müavinətinin işçiyə vaxtında tam şəkildə ödənilməməsi istisna olunmasa da belə, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Qərardan şikayət verən orqan (şəxs)si tərəfindən DƏMX-nin Qazax-Tovuz regional şöbəsinə ## #### 2025-ci il tarixli məktubuna cavab olaraq göndərilmiş # ###### 2025-ci il tarixli məktubdan görünür ki, işçiyə ödənilməli olan son haqq-hesab ## #### 2025-ci il tarixində ödənilmiş, yəni ## ######## 2025-ci il tarixli MN № ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərar tərtib olunmamışdan əvvəl qeyd olunan pozuntunun ictimai təhlükəliliyi aradan qaldırılmışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 8-ci maddəsinə görə şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi hazırkı halda DƏMX-nin Qazax-X2 üzərinə qoyulsa da, həmin orqan tərəfindən apellyasiya şikayətində mübahisələndirilən dəlilləri ilə vəzifəli şəxs Vəzifəli şəxs İXM-nin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, inzibati orqan tərəfindən ## ######## 2025-ci il tarixli MN № ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərar tərtib edilməmişdən əvvəl vəzifəli şəxs tərəfindən qeyd olunan nöqsanların aradan qaldırıb-qaldırılmaması araşdırmamış, qanunvericiliyin tələblərini düzgün qiymətləndirilməmiş, tam və ətraflı araşdırma aparmadan vəzifəli şəxs Vəzifəli şəxs barəsində qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlmişdir. Beləliklə, vuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-413/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-413/2026
25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver