Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-414/2026 22.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun nümayəndəsi X5 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-1955/2026saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət üzrə materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə Şəhəri üzrə Icra Idarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Həmin protokolda qeyd edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2024cü il tarixli icra sənədi üzrə tələbi icra etməməklə IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Protokol məhkəməyə təqdim edilən günədək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcu 13070 manat təşkil edir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat miqdarındaməbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Gəncə şəhər məhkəməsinin barəmdə olan ##.##.2026-cı il tarixli 3(5-121)-****/**** №-li qərarını ləğv edib, inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. O, şikayətini belə əsaslandırmışdır ki, məhkəmənin həmin qərarını qanunsuz və əsassız hesab edir.Belə ki, 2(104)-****/**** №-li ##.##.2024-cü il tarixli icra sənədi üzrə mən həqiqətən X2 ilə müştərək olaraq tələbkar X1 16.700 manat ödəməlidir. Digər borclu Eldar Quliyev onun sabiq həyat yoldaşıdır. Nədənsə, borcu ondan tələb edən yoxdur, yalnız onu yaxalamışlar. O, işləmir, iki yeniyetmə uşağa baxır. Buna baxmayaraq həmin müştərək borcu ödəməkdən imtina etməmiş və etmir. Ödəniş üçün o, Gədəbəy rayonunun Slavyanka kəndində olan torpaqlarını satmalıdır. Hər iki torpağı üzrə şərikləri var. Şərikləri qohumlarıdır. Onlarla razılaşmışdır. Müştəri axtarırlar. Onlara vaxt lazımdır.Bütün bunları o icra məmuruna demişdir. Lakin o, eşitmək istəmir, ondan dərhal ödəniş tələb edir. O, “yoxdu”, “vaxt ver” sözlərini də başa düşmür. Ödənişin borclunun əmlakına yönəldilməsi qaydasını ya bilmir, ya da bilmək istəmir. Belə başa düşür ki, məqsədi tələbkardan aldığı sifarişi zor gücü ilə həyata keçirməkdir. Yəni hərəkəti qərəzlidir.O, bu sözləri məhkəmədə də demiş, torpağın mövcudluğunu bildirmişdir. Məhkəmə sözlərini eşidib, qərara yazsa da, ifadəsini qiymətləndirməmiş, ödənişdən yayınmağıma dair sübut olmasa da, icra məmurunun uydurmasına dəstək verib, 7 vərəqdən ibarət qərar yazaraq qanunsuz olaraq onu 500 manat cərimə edib, bu amansız hərəkəti ilə borc ödənişini də çətinləşdirmişdir.Belə işlərdə məhkəmə həqiqəti müəyyən etmək üçün borclunun imkanlarını yoxlayıb, vəziyyətə hüquqi qiymət verməlidir. Lakin məhkəmə onun borc ödənişindən qərəzlə yayınmağını müəyyən etməsə də, yəqin ki, özünü bilikli, qərarını isə sanballı göstərmək üçün yersiz, aidiyyətsiz hüquq normalarına dəm vermiş, fikir verməmişdir ki, nə icra məmuru H.Hacıyevin, nə də tələbkar R.Dilonovun sözlərinin arxasında sübut durmur. Məhkəmə onun ifadəsini qiymətləndirmək, nə dərəcədə əsaslı olmasını öyrənmək istəməmişdir.Odur ki, qeyd olunanların nəzərə alınmasını və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Apellyasiya məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun nümayəndəsi Vəkil Xandıəmir qızı apellyasiya şikayətini müdafiə etdilər, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı Qərarının ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər tərəflərə məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Repubilkası IXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi ilə Gədəbəy rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi cavabdeh X2 16700 manat pul vəsaiti alınaraq iddiaçı Zərərçəkmiş şəxs qaytarılması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək cavabdehlər X2 və Quliyeva Könül Həsrət qızından müştərək qaydada 16700 manat pul vəsaiti alınaraq iddiaçı Zərərçəkmiş şəxs qaytarılması qərar alınmışdır. Iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi əsasında ##.##.2025-ci il tarixdə icraata başlanılmışdır.. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, Məhkəmə qanunvericiliyin müvafiq normalarına, inzibati xəta ilə bağlı tərtib edilmiş protokola və ona əlavə edilmiş sənədlərə istinad edərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara yol verdiyindən o, həmin maddə təqsirli bilinməli və inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədlərinə nail oluna bilər Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və həmin inzibati xətaya görə ilk dəfə məsuliyyətə cəlb olunmasını, o cümlədən iş üçün əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnu törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh etməklə qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlarа məcmu halında щцгуги гиймят веряряк hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirlmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-1955/2026saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №3(3-7)-414/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-414/2026
22.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver