Məhkəmə qərarları › İş №3(3-7)-415/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-415/2026

17.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-415/2026 17.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin sədri Əli Toğrul Məhəmməd oğlu Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar üzrə, birinci instansiya məhkəmələri arasında məhkəmə aidiyyəti ilə əlaqədar yaranmış fikir ayrılığına dair məsələyə baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.R.Mustafayeva) ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadına əsasən iş aidiyyəti üzrə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərardadda işin aidiyyəti üzrə göndərilməsinin əsası kimi qeyd edilmişdir ki, inzibati xətanın törədildiyi yer Qazax şəhərinin ərazisidir. Belə ki, ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus Qazax şəhəri, Heydər Əliyev prospekti 88 ünvanında yerləşən aptek təşkilatında ## ### 2026-cı il tarixdə saat 11:00-da aptek təşkilatlarına dair tələblərin pozulması faktı aşkar edilmişdir. Qazax Rayon Məhkəməsinin (hakim N.İ.Məmmədova) ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli, qərardadına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən daxil olmuş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qazax Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1 və 485.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2025-ci il tarixli və İXM-nin 110.1-ci maddəsinin şərhinə dair ## #### 2021-ci il tarixli Konstitusiya Məhkəməsinin Qərarlarında əks edilən hüquqi mövqeni hazırki işini faktiki halları ilə müqayisəli tədqiq etdikdə aydın olur ki, İXM-nin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta formal tərkibli inzibati xəta kimi qiymətləndirilməli, eyni zamanda qeyd edilməlidir ki, İXM-nin 452.3-cü maddəsinin dispozisiyasında göstərilən inzibati xəta hərəkətsizliklə törədilir və törədildiyi andan inzibati xəta başa çatmış olur. Həmin inzibati xəta hüquqi şəxs tərəfindən törədildiyi halda onun hüquqi ünvanında törədilmiş hesab edilir. Çünki hüquqi şəxs müvafiq sənədləşmələrini, üzərinə düşən öhdəliklərinin icrasını öz hüquqi ünvanında realizə edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin qeydiyyatda olduğu hüquqi ünvan AZ1010, ünvan 1 yəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati ərazisində yerləşir. Buna görə də, məhkəmə hesab etmişdir ki, qeyd olunan inzibati xəta haqqında materiala inzibati xətanın törədildiyi yerdə deyil barəsində protokol tərtib edilmiş şəxsin hüquqi ünvanı üzrə olan rayon məhkəməsində baxılmalıdır. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara Qazax Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” # ###### 2016-cı il tarixli qərarında göstərilir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. İXM-in 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Qazax Rayon Məhkəməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1 və 485.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2025-ci il tarixli və İXMnin 110.1-ci maddəsinin şərhinə dair ## #### 2021-ci il tarixli Konstitusiya Məhkəməsinin Qərarlarında istinad edərək hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-nin 452.3-cü maddəsinin dispozisiyasında göstərilən inzibati xətanın hərəkətsizliklə törədilməsi və törədildiyi andan inzibati xətanın başa çatmış olduğu, qeyd olunan inzibati xəta haqqında materiala inzibati xətanın törədildiyi yerdə deyil barəsində protokol tərtib edilmiş şəxsin hüquqi ünvanı üzrə olan rayon məhkəməsində baxılmalı olduğunu qeyd etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, İXM-nin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta, yəni “aptek təşkilatlarına dair tələblər”in pozulması həm qanuna zidd hərəkət, həm də hərəkətsizliklə törədilə bilər. İş materialları ilə müəyyən edilir ki, səlahiyyətli orqan tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə istinad edilən inzibati xəta aptek təşkilatlarına dair qaydalara zidd hərəkətlərin edilməsində ifadə olunur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 2021-ci il ## #### tarixli Qərarında göstərilmişdir ki, hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. Beləliklə iş materiallarından müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə istinad edilən inzibati xətanın törədildiyi yer Qazax Rayonunun ərazisidir. Ona görə də, inzibati xəta haqqında işə onun törədildiyi yerin məhkəməsində yəni, Qazax Rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsasən və İXM-in 110.1, CPM-in 77.1, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 66-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Qazax Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar