Məhkəmə qərarları › İş №3(3-7)-416/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-416/2026

09.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-416/2026 09.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in nümayəndəsi nümayəndə1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsi barədə Qazax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində EP ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Qazax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə «xxxx» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 17218.82 ABŞ dollarının iyirmi faiz, yəni 3443.76 ABŞ dolları miqdarında (pozuntunun baş verdiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə) inzibati cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hal-hazırda "xxxx" şirkəti tərəfindən 16975 ABŞ dolları məbləğində vəsait Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin bank hesabına qaytarılmışdır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə "RİM" (REGENCY İNTERNATİONAL MARKETİNG) şirkəti arasında mebel məhsullarının alqı-satqısı ilə əlaqədar ##.##.2024-cü il tarixdə AZ**-** saylı "Alqı- Satqı" müqaviləsi bağlanmışdır. Sözügedən müqavilənin icrası məqsədilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ##.##.2024-cü il tarixli köçürmə ərizəsinə əsasən xxxx vasitəsilə "xxxx" şirkətinin hesabına 200.000 ABŞ dolları məbləğində avans ödənişi həyata keçirilmişdir. Sonradan məlum olmuşdur ki, "RİM" şirkəti 17000 ABŞ dolları dəyərində olan mebel məhsullarını deyilən vaxta istehsal edib vaxtında təqdim edə bilməyəcək. Bu səbəbdən hər iki şirkət öz aralarında razılaşmışdırlar ki, həmin pulu "RİM" şirkəti Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə geri qaytarsın. Lakin kadr dəyişilikləri (mühasib və satınalma əməkdaşlarınin işdən azad edilməsi) səbəbindən həmin pulun vaxtında geri göndərilməsi təmin edilməmiş və gecikdirilmişdir. Sonradan yoxlama zamanı bu hal müəyyən edilən kimi həmin məbləğ "xxxx" şirkətindən istənilmiş və onlar da öz növbəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin onlara göndərmiş olduğu 200000 ABŞ dolları avans məbləğdən ##.##.2026-cı il tarixdə SWIFT ödənişi ilə 16975 ABŞ dolları məbləği Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə geri qaytarmışlar. Belə ki, geri qayıtmayan 17218.82 USD məbləğdən 16975 USD dəyərində pul geri qaytarılmış yerdə qalan 243.82 USD məbləği açıq qalmışdır. Azərbaycan Respublikasının "Valyuta tənzimi haqqında" qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyyəti sədrinin ## ###### 2016-ci il **/* saylı "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın təsdiq edilməsi barədə qərarının 4.3.1.3-cı maddəsinə əsasən AR-nın İXM-nin 430.4-cü maddəsinin tərkibi o halda yaranır ki, qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) ödənişin aparıldığı gündən 2 (iki) il keçdikdən sonra banka təqdim olunmalı və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dollari ekvivalenti məbləğindən çox olmalıdır. Beləliklə də, bu vəziyyətdə ölkəyə idxal edilməyən və ya geri qaytarılmayan məbləğin dəyəri 10 000 (on min) ABŞ dollarını keçmədiyindən (243.82 ABŞ dolları) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində AR-nın IXM-nin 430.4-cü maddəsinin tərkibi yaranmır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdi, geri qayıtmayan 17218.82 USD məbləğdən 16975 USD dəyərində pulun da “xxxx" MMC-yə geri qaytarıldığını, hazırda hüquqi şəxsin əməlində inzibati xəta tərkibi yaranmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş inzibati tənbeh vermə haqqında protokol tərtib etmiş səlahiyyətli orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə baxışı barədə qabaqcadan məlumat verilmiş inzibati tənbeh vermə haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq, məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qazax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə tərtib olunmuş inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş sənədlərlə tanış olub, sübutları qiymətləndirərkən hesab edir ki, “xxxx” MMC-in İXM-in 430.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, “xxxx” MMC-in əməli ona istinad edilmiş maddənin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşdüyündən birinci instansiya məhkəməsi onun İXMin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün nəticəyə gəlmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokoldan və əlavə edilmiş “xxxx” ASCnin Mərkəzi Banka ünvanladığı ##.##.2026-ci il tarixli, KB-***/*-**/**** nömrəli məktubundan görünür ki, «xxxx» MMC tərəfindən aparılan qabaqcadan ödəniş günündən 2 (iki) il keçib, lakin gömrük bəyannaməsi təqdim edilməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş EP ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 200000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ###### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yaxxxxbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 35901.52 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ###### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi nümayəndə2 ərizə ilə müraciət edərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Mərkəzi Bank tərəfindən protokol tərtib edildikdən sonra 18682.70 USD dəyərində ************** saylı yük gömrük bəyannaməsini banka təqdim etmişdir. "xxxx" ASC tərəfindən bəyannamə araşdırılmış və avans qismən bağlanmışdır. Bank tərəfindən daxil olmuş məlumata əsasən hazırda ##.##.2024-cü il tarixli 200,000.00 USD avans köçürməsinin bəyan edilməyən hissəsi 17218.82 USD təşkil edir. Odur ki, tərtib edilmiş ##.##.2026-cı il tarixli ******* saylı protokola münasibətdə bəyan edilməyən və geri qaytarılmayan 17218.82 USD avans köçürməsinə münasibətdə inzibati cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etmişdir. İşə apellyasiya məhkəməsində baxılarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in nümayəndəsi tərəfindən təqdim edilmiş "xxxx" ASC tərəfindən tərtib edilən şəxsi hesabdan çıxarışa əsasən ## #### 2026-cı il tarixdə “Regency İnternational İNC Brandynwin” tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-yə məxsus hesaba 16975 ABŞ dolları məbləğində ödəniş edilmişdir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, “xxxx” MMC-in əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlaməti vardır. Apellyasiya şikayətində qeyd edilən əsaslar yalnız mülahizədən ibarətdir, heç bir sənədlə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının **/* №-li, ## ###### 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması» Qaydalarının 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 (iki) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir. Hazırda isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ## ###### 2024-cü il tarixində avans olaraq 200000.00 ABŞ dolları məbləğində vəsaitin bank vasitəsilə ## ###### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülməsinə baxmayaraq məbləğinin iki il müddətində yük gömrük bəyannaməsi ilə tam bağlanması və yaxud həmin məbləğin tam olaraq geri qaytarılması halı təsdiqini tapmır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in nümayəndəsi tərəfindən təqdim edilmiş sonuncu çıxarışa əsasən isə 16975 ABŞ dolları məbləğində ödəniş ## #### 2026-cı il tarixdə, yəni inzibati xəta hadisəsindən sonra ödənilmişdir. Odur ki, şikayətin dəlilləri tam əsassız olmaqla hər hansı bir sübutla təsdiq olunmur. Şikayətin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Bununla yanaşı, Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Bununla belə, məhkəmə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirsizliyi,həmçinin malların gətirilməsi, xidmətlərin göstərilməsi və ya ödənişin geri qaytarılmasının həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilməsi halı iş materialları ilə təsdiqini tapmır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Birinci instansiya məhkəməsi törədilən inzibati xətanı törədilmə şəraitini, inzibati xətanın necə törədildiyini, inzibati xəta tərkibinin yaranması üçün əsasları araşdırmışdır. Bu da qanunun tələblərinin düzgün tətbiq və təfsir edilməsidir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: “xxxx” MMC-in direktoru tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsi barədə Qazax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar