Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-417/2026 13.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxssinin komandiri X2 iştirakları ilə Hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxssinin IXM-nin 266.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Qəniyev Həsən) ilə hüquqi şəxs qismində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN **********) IXM-nin 266.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8500 (səkkiz min beş yüz) manat məbləğində cərimə edilmişdir. IŞIN HALLARI: Iş materialında olan sənədlər: ## ###### 2026-cı il tarixli nömrəli aktdan görünür ki, ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ###### 2026-cı il tarixli ** nömrəli Sərəncamına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Kəlbəcər rayonu Çaykənd kənd sakini, ## ###### 1971-ci il təvəllüdlü şahid3 tərəfindən ünvanlanmış “Yazıb Sizdən xahiş edirəm, bu məktuba reaksiya verəsiniz; Kəlbəcər rayonunun Çaykənd kəndində yerləşən “N” nömrəli hərbi hissə kəndi zibil poliqonuna çevirib. Kənddə “su idarəsi” və “novlu bulaq” deyilən ərazilər dəhşət saçır; xahiş edirəm, tədbir görəsiniz” məzmunlu məlumat tərəflərindən yerində araşdırılmışdır. Araşdırma müddətində şikayətçi şahid3 ilə 077-506-81-30 mobil nömrə vasitəsi ilə telefon əlaqəsi saxlanılmış və araşdırmada iştirakını təmin etmək üçün araşdırma aparılan əraziyə dəvət edilmişdir. Lakin şahid3 Gəncə şəhərində yaşadığını və Kəlbəcərə gəlmək üçün Daxili Işlər Nazirliyi tərəfindən tərtib edilən portal qeydiyyatının olmadığını və araşdırmanın onun iştirakı olmadan aparılmasına etiraz etmədiyini bildirmişdir. Araşdırılmanın aparılmasını təmin etmək üçün Kəlbəcər rayonunun Çaykənd kəndində yerləşən Müdafiə Nazirliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxssinin rəhbər şəxsləri ilə, hərbi hissə komandiri ilə aparılan danışıqlar zamanı mövcud olan vətəndaş müraciəti ilə bağlı onlar ətraflı məlumatlandırılmışdır. Hərbi hissə rəhbərliyi ilə aparılan danışıqlar zamanı müraciət edən vətəndaşın təqdim etdiyi videoyazı onlara təqdim edilmişdir. Həmin videoyazıya əsasən hərbi hissədə formalaşan tullantılar hərbi hissəyə məxsus “O-***-QQ” qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə Çaykənd kəndi ərazisində daşınaraq qalaqlanmışdır. Hərbi hissə rəhbərliyi bildirmişdir ki, Kəlbəcər rayonunda tullantı poliqonu olmadığından, hərbi hissədə formalaşan tullantılar müxtəlif ərazilərdə quyu qazılaraq həmin quyulara daşınaraq basdırılır. Hərbi hissə rəhbərliyi müraciət edən vətəndaşın təqdim etdiyi videoyazıda olan, hərbi hissədə formalaşan tullantıları həmin əraziyə daşıyan “O-***-QQ” qeydiyyat nömrəli nəqliyyat vasitəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsyə aid olduğunu təsdiq etmişdir. Müraciət edən vətəndaşın qeyd etdiyi əraziyə keçirilən baxış zamanı həmin ərazidə qalaqlanan tullantıların hərbi təyinatlı qida qablaşdırılan qablar olduğu müəyyən edilmişdir. Beləliklə də, həmin hərbi hissənin rəhbərliyi tərəfindən ## #### 1998-ci il tarixli (№***-IQ) “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuşdur. Hərbi hissə rəhbərliyi araşdırmada iştirak etsələr də, aparılan araşdırma ilə bağlı tərtib edilən aktın tərtibatında iştirak etməktən imtina etmişlər. Müdafiə Nazirliyinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxssinin komandirinə ünvanlanmış ## #### 2026-cı il tarixli“ Inzibati xətalar haqqında işlər üzrə bildiriş”in surətindən görünür ki, ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşları tərəfindən Kəlbəcər rayonu Çaykənd kəndi ərazisində formalaşan tullantıların daşınaraq qalaqlanması faktı ilə əlaqədar barəsində inzibati araşdırma başlanmışdır; inzibati xəta ilə bağlı araşdırmaya ## #### 2026-cı il tarixdə, saat 10:00-da ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsində baxılacağı, inzibati xəta haqqında işə baxış zamanı hərbi hissə komandirinin özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsi xahiş edilmiş, əks təqdirdə inzibati xəta barədə araşdırmaya iştirakları olmadann baxılacağı bildirilmişdir. Inzibati xəta haqqında materiala baxan Kəlbəcər Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs hüquqi şəxs Müdafiə Nazirliyinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxssinin nümayəndəsi apellyasiya şikayəti verərək Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hüquqi şəxsin rəhbəri tullantıların qeyd olunan əraziyə atılması barədə əvvəlcədən məlumatlı olmamışdır. Hadisədən xəbər tutduqdan sonra isə dərhal münasibət bildirərək işçisinə iradını bildirmiş, tullantıların ərazidən yığışdırılması və ərazinin təmizlənməsi üçün müvafiq tədbirlər görülmüşdür. Bundan əlavə nəticələrin aradan qaldırılması məqsədi ilə adiyyəti dövlət orqanları ilə əlaqə saxlanılmış və vəziyyət barədə məlumat verilmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxssinin komandiri Xəyyam Əlizadə şikayətinin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, sözügedən əraziyə atılmış zibil tullantıları hərbi hissəyə məxsusdur. O, həmin zibil tullantılarını görən kimi tədbir görmüşdür. Hərbi hissədən tullantılar Ural markalı “O-***-QQ” qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə onun çıxarılıb. Onun bundan xəbəri olmamış, əgər bunu bilsəydi qarşısını alardı. Sürücü mülki şəxs X5 olmuşdur. O, bunu bilən kimi həmin tullantıları oradan götürüb hərbi hissənin ərazisində yer qazdırıb ora tullamışlar. Bunu hadisə baş verən günü etmişlər. Protokol isə bu hadisədən təxminən 15-20 gündən sonra ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsində onun iştirakı olmadan tərtib edilmişdir. Tullantılar növbətçi maşın tərəfindən hərbi hissədən çıxarılmışdır. Tullantıların çıxarılmasına cavabdeh şəxs hərbi hissənin təmir bölüyünün komandiri l-n/t X3r. Tullantıların çıxarılan maşın sürücüsü X5, maşın böyüyü isə R X1 olmuşlar. Bu məsələ ilə bağlı əvvəllər vəzifəli şəxs kimi inzibati məsluiyyətə cəlb olunmamışdır. Məhkəmə iclasında iştirak edən X5 və maşın böyüyü R X1 şahid Xəyyam Əlizadənin göstərdiklərini təsdiq etmişlər. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini iş materialları ilə araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmalı, iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, iş materialına əlavə edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, baş vermiş hadisə üzrə hüquqi şəxsin təqsirliliyinin sübuta yetirilməsi istiqamətində səlahiyyətli orqan tərəfindən tam və hərtərəfli araşdırma aparılmamışdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində şahid2 izahatında göstərmişdir ki, ## ######## 2025-ci il tarixdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdə mülki işçi olaraq işləyir- sürücüdür; hərbi hissəyə məxsus olan və yol vərəqəsində qeyd edilən bütün avtomobilləri idarə edir. Təxminən 2026-cı ilin yanvar-fevral aylarında hərbi hissəyə məxsus “Ural” markalı avtomobillə hərbi hissəyə aid tullantıları Kəlbəcər rayonunun Çaykənd kəndi ərazisində boş əraziyə tökmüş, daha sonra həmin ərazini təmizləyərək fotoşəkillərini çəkmiş və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşına göndərmişlər. Zibili əraziyə atan zaman onun yanında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ramin adında avtomobil rəhbəri olan hərbi qulluqçu olmuş, onlara bu barədə heç kim əmr verməmişdir. Tullantıların atılması ilə bağlı özü şəxsən komandiri ilə birgə Ekologiya və Təbii Sərvətlər Idarəsinə müraciət etmiş, Idarədən onlara zibil qutularının olmadığı bildirilmişdir. Sözügedən əraziyə yalnız bir dəfə zibil tökmüşlər. Birinci instansiya məhkəməsində şahid qismində şahid1 izahatında göstərmişdir ki, ## ###### 2024-cü il tarixdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Maliyyə bölüyündə mülki işçi olaraq baş mühasib vəzifəsində işləyir. Kəlbəcər rayonu Çaykənd kəndi ərazisində üç hərbi hissə yerləşir. Qeyd olunan ərazidə aşkar edilmiş tullantıların yalnız az bir hissəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən atılmışdır. Bundan əlavə, tullantıların atılması üçün onların hərbi hissəsi tərəfindən Xüsusi Nümayəndəliyə müraciət edilmiş, Xüsusi Nümayəndəlikdən onlara “Təmiz şəhər” layihəsinin hələlik tam hazır olmadığını bildirmişlər. Eyni zamanda hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxssinin komandiri izahatında göstərmişdir ki, baş vermiş hadisədən xəbərinin olmadığını və hadisəni bilən kimi elə həmin günü zibil tullantıları ərazidən yığışdırılaraq hərbi hissənin ərazisində yer qazılaraq ora tullandığını göstərmişdir. Konstitusiya Məhkəməsinin 05.05.26-ci il tarixli Plenumun Qərarında göstərilir ki, hüquqi şəxsin inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı işin bütün halları, xüsusilə əməlin onun xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilib-törədilməməsi müvafiq icraat çərçivəsində ətraflı araşdırılmalı və qiymətləndirilməlidir. Vəzifəli şəxsin törətdiyi inzibati xəta ilə bağlı hallar hüquqi şəxsin məsuliyyəti məsələsinin həlli üçün də əhəmiyyət kəsb edir. Bu səbəbdən həmin subyektlər barəsində aparılan icraatların qarşılıqlı əlaqəsi nəzərə alınmalıdır. Həmçinin IXM-nin 31.3-cü maddəsinə uyğun olaraq hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsin maliyyə və əmlak vəziyyəti də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan 2023-cü il ## ###### tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, inzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Belə ki, hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. “Arzu etmək”, “şüurlu” kimi kateqoriyalar hüquqi şəxs üçün səciyyəvi olmadığından, inzibati xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyən edilir. Vəzifəli şəxsin törətdiyi inzibati xəta ilə bağlı hallar hüquqi şəxsin məsuliyyəti məsələsinin həlli üçün də əhəmiyyət kəsb edir. Bu səbəbdən həmin subyektlər barəsində aparılan icraatların qarşılıqlı əlaqəsi nəzərə alınmalıdır. Işin faktiki hallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxssi tərəfindən zibil tullantılarının qeyd edilən əraziyə atılması istisna olunmasa da belə, lakin hüquqi şəxsin xəbəri və icazəsi olmadan onun səlahiyyətli şəxsinin qeyd edilən inzibati xəta hadisəsini törətməsindən xəbərdar olan kimi hüquqi şəxs tərəfindən qeyd edilən pozuntu aradan qaldırılmış və birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul olunanadək hüquqi şəxs tərəfindən qeyd olunan pozuntunun ictimai təhlükəliliyi aradan qaldırılmışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, IXM-nin 8-ci maddəsinə görə şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi hazırkı halda inzibati orqanın üzərinə qoyulsa da, həmin orqan tərəfindən apellyasiya şikayətində mübahisələndirilən dəlilləri ilə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxssi tərəfindən IXM-nin 266.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam araşdırma apararaq düzgün nəticəyə gəlməmiş, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxssinin IXM-nin 266.1-ci maddəsi təqsirli bilinməsinə dair iş üzrə onun təqsirliliyinin sübuta yetirilməməsini nəzərə almamışdır. Bütün qeyd edilən xüsusatlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticədə qanunvericiliyin tələbləri ilə uzlaşmayan məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, səlahiyyətli orqan inzibati xəta haqqında protokol tərtib edərkən inzibati xətanın subyektini düzgün müəyyən etməmiş, məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxssinin əməlində hüquqi şəxs qismində IXM-nin 266.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlaməti mövcud deyildir. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayət təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. IXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunur. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxssinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin məsləhətçi-müfəttişi nümayəndə2 tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol ləğv edilsin. Hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxssinin Azərbaycan Respublikası IXM-nin 266.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-417/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-417/2026
13.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver