Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-418/2026 17.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, Qasımov Behbud Taleh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin 12 iyun 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin 12 iyun 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Z.Hünmətov ) ilə ##.##.1984-cü ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, öz deməsinə görə əvvəllər məhkum olunmamış və əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, inzibati həbsdə saxlama müddətinin əvvəli ##.##.2026-cı il saat 17:00-dan hesablanmışdır. İŞİN HALLARI: İş materialında olan Tovuz Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 18200 manat pul və 145 manat ödənilmiş dövlət rüsumu alınaraq X2 verilməsi qət edilmişdir. İcra sənədi üzrə ##.##.2022-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş və həmin tarixli tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bundan sonra borclu həmin qətnamədən apellyasiya şikayəti verdiyindən ##.##.2022-ci il tarixli qərarla icra sənədi üzrə icraat dayandırılmışdır. Apellyasiya məhkəməsində işə baxılmış, lakin şikayət təmin edilməmişdir. Bundan sonra icra tədbirləri davam etdirilmiş, lakin borclu borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında borclunun verdiyi izahatından da görünür ki, o hər hansı üzürlü səbəblər olmadan icra sənədini icra etmir. Əksinə qətnamə ilə razı olmadığını əsas gətirərək onun yalnız 5.000 manat borcunun olduğunu iddia edir ki, o heç 5.000 manatı da ödəməkdən imtina etmişdir. Tələbkarın maddi imkanına gəldikdə isə Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, o sahibkarlıq fəaliyyətinin subyektidir. Buna baxmayaraq o bu məhkəmə iclasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını etiraf etməyərək, vergi ödəyicisi kimi necə qeydə alınmasını bilməsə də, işdəki Tovuz Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarından görünür ki, qeyd edilən vaxt işə baxılarkən izahatında göstərmişdir ki, o kiçik sahibkarlıqla məşğuldur. Bu da onu deməyə əsas verir ki, borclunun icra sənədini icra etmək üçün kifayət qədər imkanları vardır və hər vəchlə icra sənədinin icrasından boyun qaçırır. Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ##.##.2026-cı il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında materiala baxan Tovuz Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkəmənin qərarından barəsində inzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı inzibati xəta haqqında qərarı qanunsuz və əsassız olduğundan hesab edir ki, Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı tamamilə ləğv edilməli və inzibati xəta haqqında materialın icraatına xitam verilməlidir. Belə ki, onun barəsində hazırkı protokolu tərtib etmiş icra məmuru Məmmədov İlqar Əhməd oğlu olduğu halda icra məmuru kimi X6 adını qeyd etmişdir. X6 bir ildən artıqdır ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olmaqla Tovuz Rayon Vəkil Bürosunun vəkilidir. Tovuz Rayon Məhkəməsinin hakimi Zaur Hünmətovun onun barəsində qəbul etmiş olduğu hazırkı qərarının qərəzli olaraq qəbul edildiyini aşağıda qeyd etdikləri ilə sübut edir: Tovuz Rayon Məhkəməsinin ## ### 2022-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin icrası ilə bağlı əvvəllər də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati protokol tərtib edilərək, baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmiş və Tovuz Rayon Məhkəməsinin ## ### 2024- cü il tarixli *(***)-***/**** saylı inzibatı xəta haqqında qərarı ilə (sədrlik edən hakim Zaur Hünmətov) o, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir.Həmin qərardan haqlı olaraq narazı qaldığı üçün Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin ## ### 2024-cü il tarixli *(***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim cənab Salman Hüseynov) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Tovuz Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli 3(062)- ***/**** nömrəli qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmiş, onun təqsirli bilindiyi İXM-in 528.1-ci maddəsi ilə 500 (beş yüz) manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Necə ola bilir ki, eyni icra sənədinin irası üçün Tovuz Rayon Məhkəməsi onu həbs edir, onun qərarını Gəncə Apellyasiya Məhkəməsi ləğv edir, yenə də eyni icra sənədinin icrası üzrə də Tovuz Rayon Məhkəməsi onu yenidən həbs edir? Mahiyyət, tələb işin halları dəyişmir. Burada dəyişən yalnız onun həbs olunmağına hər vəclə nail olmağa çalışan hakimin mövqeyidir. Gəncə Apellyasiya Məhkəməsi qərarının əsası kimi xüsusi olaraq qeyd etmişdir ki, apellyasiya şikayətinə əlavə edilmiş barışıq sazişindən və aktdan göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həyat yoldaşından ayrılmış və onun himayəsində 3 azyaşlı uşağı var. Oeyd olunan haldan göründüyü kimi Elnur.Əsgərovun həbsdə saxlanılması uşaqlarının həyat şəraitinə mənfi təsir göstərə bilər. Nəzərə almaq lazımdır ki, Gəncə Apellyasiya Məhkəməsinin ## ### 2024-cü il tarixli *(***)-***/**** saylı qərarı qəbul edildiyi andan qüvvəyə mindiyindən hal-hazırda da qanuni qüvvədədir. Yuxarı instansiya məhkəməsinin yəni Gəncə Apellyasiya Məhkəməsinin təsdiq edib qərarının əsası kimi mötəbər sübut növündə qəbul etdiyi bu halı isə Tovuz Rayon Məhkəməsinin hakimi Zaur Hünmətov özünün ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarında apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini öz xəyalında don geyindirərək qeyd etmişdir ki, guya "o, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icrası üzrə həbs növündə tənbehin verilməsindən yayınmaq, boyun gaçırmaq məqsədi ilə uşaqların onun himayəsində və yanında saxlanılmalarına dair saxta barışıq sazışı bağlamışdır." Bir sözlə Zaur Hünmətov heç bir orqan tərəfindən ləğv edilməmiş, bu günədək də heç kəs tərəfindən mübahisələndirilmədiyi və ya ləğv edilib etibarsız sayılmadığı üçün qüvvədə olan Tovuz * saylı Mediasiya Təşkilatının ## ##### 2024-cü il tarixli MTŞ/MT***/****-**** nömrəli barışıq sazişini öz qanunsuz qərarını zənginləşdirib qanuniləşdirmək, həmçinin ona qarşı olan qərəzli münasibətinə və mövqeyinə nail olmaq məqsədi üçün həm barışıq sazişini həm də onun yanında və himayəsində olmaları danılmaz və təgzib olunmaz faktlarla sübuta yetirilmiş 3 nəfər azyaşlı uşağın mənafelərini heçə sayaraq onu qanunsuz və əsassız olaraq 15 gün müddətinə inzibati qaydada həbs etmişdir. Hörmətli, Məhkəmə! Onu da qeyd edir ki, ## ##### 2024-cü il tarixdə arvadı Cəlilova Gülnar İbrahim qızı ilə onun arasında Tovuz * saylı Mediasiya Təşkilatında "Tərəflər ## ###### 2009-cu il tarixdə anadan olmuş X5, ## ###### 2010-cu il tarixdə anadan olmuş X1 və ## ###### 2015ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək ataları yəni onun yanında və himayəsində qalması barədə razılığa gəlmişlər." şərtləri daxilində MTŞ/MT***/****-**** nömrəli barışıq sazişi bağlanmışdır və ## ##### 2024-cü il tarixdə arvadı Cəlilova Gülnar İbrahim qızı Tovuz Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq, onların birgə nikahlarından anadan olmuş 3 nəfər azyaşlı uşaqlarının təlim-tərbiyəsində çətinlik çəkdiyindən və həmçinin uşaqların saxlanılmasında maddi çəhətdən çətinlik çəkdiyi üçün uşaqların onun himayəsində və yanında saxlanılmalarına etiraz etmədiyini, razı olduğunu bildirmişdir. Bundan sonra yəni ## ##### 2024-cü il tarixdə o, qanunla müəyyən edilmiş qaydada və məbləğdə 100 (bir yüz) manat dövlət rüsumu ödəməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə uyğun olaraq Tovuz * saylı Mediasiya Təşkilatının ## ##### 2024-cü il tarixli MTŞ/MT***/****-**** nömrəli barışıq sazişinin təsdiq edilməsinə dair rəsmi ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsi isə öz növbəsində özünün ## ### 2024-cü il tarixli *(***)-****/**** saylı qərardadı ilə iş üzrə icraata xitam verməklə elə həmin tarixdə də qərardadı elan etdikdən təxminən 5 dəqiqə sonra onu 10 gün müddətində inzibati qaydada həbs etmişdir. Qərardadının əsası kimi isə qeyd etmişdir ki, uşaqların anaları barışıq sazişinə etiraz etmədiyi və uşaqların atalarının yanında və himayəsində saxlanılmalarına etiraz etmədiyi üçün mübahisəyə məhkəmə qaydasında baxılmalı deyildir. O da öz növbəsində Tovuz Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli *(***)-****/**** saylı qərardadından şikayət vermişdir. Yenə də Tovuz Rayon Məhkəməsinin hakimi Zaur Hünmətov onunla qərəzli mövqeyini bir daha nümayiş etdirərək, onun Tovuz Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli *(***)-****/**** saylı qərardadından verdiyi şikayəti ## ### 2024-cü il tarixli *(***)-****/**** saylı qərardadı ilə geri qaytarmışdır. Geri qaytarmanın əsası kimi isə verilmiş şikayətin elektron qaydada göndərilməməsini göstərmişdir. O, Tovuz Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli *(***)-****/**** saylı qərardadında göstərilənlərə riayət edərək,yenidən qanunla müəyyən edilmiş qaydada və məbləğdə 50 (əli) manat dövlət rüsumu da ödəməklə ## #### 2024-cü il tarixdə elektron qaydada apellyasiya şikayəti versə də Zaur Hünmətov onun verdiyi apellyasiya şikayətini bilərəkdən apellyasiya məhkəməsinə göndərmədi. O, şikayətinin göndərilməsini tələb etdikdə isə Zaur Hünmətov məhkəmənin inzibati binasında olan Elvin adlı mühafizəçini arxasınca göndərib zorla məhkəmə iclas zalına salmaq istədi. Burada məqsəd isə onun barəsində həqiqətə uyğun olmayan akt tərtib etdirib onu həbs etmək idi. O, qanunsuz və əsassız həbs olunduğundan qorxduğu üçün bir daha Tovuz Rayon Məhkəməsinə getmədiyi üçün vermiş olduğu apellyasiya şikayətinin aqibətindən xəbər ala bilmədi. Hətta bu gün də həmin şikayətin taleyi barədə heç kəsdə məlumat yoxdur (Zaur Hünmətov istisna olmaqla). Çünki Elvin adlı məhkəmə mühafizəçisi məhkəmənin yerləşdiyi küçədə onun arxasınca qaçıb onu zorla məhkəmə iclas zalına salmaq istəyərkən ayağı dolaşaraq müvazinətini itirdiyi üçün yıxıldım və bu zaman əlində olan içərisində də şəxsi Asan İmza nömrəsi olan mobil telefonum suya düşdüyü üçün həm mobil telefonu həm də Asan İmza nömrəsi yararsız vəziyyətə düşdü. Hətta həmin gündən sonra o, qorxduğu üçün nəinki Tovuz Rayon Məhkəməsinə heç Tovuz Rayon Məhkəməsinin yerləşdiyi Arif Qasımov küçəsinə də ayağını basmadı. Göründüyü kimi Tovuz Rayon Məhkəməsinin hakimi Zaur Hünmətov onunla qərəzli mövqedə olduğu üçün onun barəsində hazırda mübahisə etdiyi qanunsuz və əsassız qərarı qəbul etmişdir. Bu səbəbdən də hesab edir ki, Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı inzibati xəta haqqında qanunsuz və əsassız qərarı tamamilə ləğv edilməli və inzibati xəta haqqında materialın icraatına xitam verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Tovuz Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli *(*-***)-***/**** saylı inzibati xəta haqqında qanunsuz və əsassız qərarının tamamilə ləğv edilməli və inzibati xəta haqqında materialın icraatına xitam verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, 500 manat cəriməni də ödəməyibdir, həmin məbləği hissə-hissə ödəyə bilər, lakin qarşı tərəf buna razılıq vermir, tam ödəməyini istəyir. Ödəniş etmək istəyir, iki ya üç min borcdan, lakin qarşı tərəf etirazını bildirir, tam şəkildə ödənişi istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin yeddinci (VII) hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmin Konstitusiyanın 129-cu maddəsinin üçüncü (III) hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Mübahisə olunan qərardan görünür ki, inzibati xəta haqqında işə baxan hakim inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərlə, habelə tərəfin izahatları ilə İXM-nin 528.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xəta hadisəsinin baş verməsini sübuta yetirilmiş hesab edib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 15 (on beş) gün müddətində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair yekun nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı inzibati işin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmış, istər inzibati xəta haqqında protokol tərtib etmiş orqan, istərsə də işə baxmış birinci instansiya məhkəməsinin hakimi İXM-nin 75-85-ci maddələrinin tələblərinə əməl edərək inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birini mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Aşağıda qeyd olunanlara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş 15 (on beş ) gün müddətində həbs növündə tənbeh tədbiri qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayətin dəlillərini araşdıran məhkəmə təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsində iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Məmmədov İlqar Əhməd oğlu tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, Tovuz Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 18200 manat pul və 145 manat ödənilmiş dövlət rüsumu alınaraq X2 verilməsi qət edilmişdir. İcra sənədi üzrə qanuna müvafiq olaraq ##.##.2022-ci il tarixli qərarla icraata başlanılmış və zəruri icra tədbirləri həyata keçirilmişdir. Lakin borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hazırki vaxta kimi ödənişlərini etməmiş və nəticədə onun 18345 manat borcu yaranmışdır. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətmiş olduğu əməli düzgün tövsif etmişdir, çünki iş materialına əlavə edilmiş sənədlərdən göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin öhdəliklərin yerinə yetirilməsini üzrsüz səbəbdən etməmişdir. “İcra haqqında” AZərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Plenum qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd edir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair“ # ######## 2018-ci il tarixli qərarında göstərilir ki, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır“. Həmin Plenum qərarında qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir“. İş materialına əlavə edilmiş sənədlərdən və tərəfin izahatından göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun qanuni tələbləri barədə əvvəlcədən yazılı qaydada tanış olmuş, onun üzərinə qoyulmuş vəzifənin yerinə yetirilməməsi barədə məsuliyyət daşıması ilə əlaqədar rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənişlərini vaxtlı-vaxtında ödəməmiş, hazırda ödənilməmiş borc məbləğini nəinki birdəfəlik ödəməyə, hətta hissə-hissə ödənilməsi belə mötəbər sübutlarla təsdiqini tapmır. Beləliklə, apellyasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb 15 (on beş) gün müddətində həbs növündə inzibati tənbehin tətbiqini məqsədə müvafiq saymışdır. Məhkəmə barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi İXM-nin 528.1-ci maddəsinin sanksiyasında müəyyən olunmuş tənbeh tədbirlərinin həddində olan tənbeh tətbiq etmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti inzibati tənbeh tədbirinin inzibati xəta törətmiş şəxsin islah olunmasına, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması, habelə törədilmiş inzibati xətanın xarakteri, onun törədilməsi halları baxımından qanuni və ədalətli olmuşdur. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda qeyd olunanlara qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilərək 15 (on) gün müddətə inzibati qaydada həbs növündə inzibati tənbeh tədbirini tətbiq edərkən sonuncunun törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla qanuni və əsaslı nəticəyə gəlmişdir, ona görə də verilmiş şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. Həmin Məcəllənin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 136 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 12 iyun 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-418/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-418/2026
17.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver