Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-419/2026 01.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*- **)-****/**** saylı qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə Şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Həmin protokolda qeyd edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədi üzrə tələbi icra etməməklə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə (sədrlik edən hakim K.F.Bayramova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin qeyd olunan qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini və icra məmuru tərəfindən verilmiş təqdimatın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İcra məmuru tərəfindən icra tədbirləri barədə məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Borclunun əmlakının siyahıya alınması və eləcədə gəlirləri barədə məlumatlar yoxdur. Məhkəmə "araşdırmaları" hakimin şəxsi maraqları çərçivəsində aparılmışdır. Onun tərəfindən verilmiş vəsatətlərə məhəl qoyulmamışdır. Buradan belə bir nəticəyə gəlmişdir ki, borclu tərəfindən hakimə dolayısı yolla təsir edilmişdir. Buna sübut kimi hakimin işi qeyri obyektiv, qanunevriciliyin tələblərinə zidd aparmasını göstərmişdir. Maddi hüquq normalarının və eləcədə prosessual normaların pozulması qərarda aydın görünür. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbləri bilə-bilə qərəzli surətdə pozulmuşdur. Əfsuslar olsun ki, hakim K.Bayramova icraata xitam verməklə dövlətin adından çıxarılmış qətnaməyə hörmətsiz yanaşmasına sübutdur. Borclunun icradan yayınmasında hakim qərəzli mövqe tutaraq, Konstitusiyanın 129 tələblərini bilə-bilə pozmuşdur. Məhkəmə araşdırmaları zamanı borclu tərəf heç bir əsas, sübut, dəlil məhkəməyə təqdim edə bilmədiyi halda, hakim qərar çıxarmaqla icra işinə xitam vermişdir. ##.##.2026-cı il tarixli qərar çıxarılmaqla hakim tərəfindən Qanunların Aliliyinə hörmətsizlik olunmuşdur”. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edərək ona uyğun çıxış etdi və bildirdi ki, icra məmuru işə səhlənkarlıq göstərir, ona borcdan cəmi 290 manat ödənilmişdir, lakin o, borcunun tam ödənilməsini tələb edir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinə etiraz edərək işsiz olduğunu, himayəsində 2 azyaşlı övladının olduğunu, borcu bir dəfəyə ödəməyə imkanının olmadığını, hissə-hissə ödənişlər edərək 2-3 ay ərzində borcunu tam bağlaya biləcəyini bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı icra məmuru X1 bildirdi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adına hər hansısa əmlak və onun gəlir yeri müəyyən edilməmişdir. Apellyasiya şikayəti üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı icra vərəqəsindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iddiaçıya məxsus avtomaşına dəymiş maddi zərərin əvəzi kimi 1000 (bir min) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 1030 (bir min otuz) manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 “İcraata başlamaq haqqında” ##.##.2026-cı il tarixli qərarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı icra vərəqəsi üzrə icraata başlanılması, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcunu 10 gün müddətində könüllü icra etməsi, icranı könüllü icra etmədikdə məcburi icra tədbirləri görülməsi qərara alınmışdır. “Tələbin könüllü icrası haqqında” ## ##### 2026-cı il tarixli e******/****-**-** nömrəli bildirişdən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuş, bu müddət ərzində tələbi üzürsüz səbəbdən icra etmədikdə, icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə məlumatlandırılmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, məhkəmənin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair # ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Beləliklə, qərəzliliyin ümumi əlamətləri ondan ibarətdir ki, təqsirkara məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin qətnaməsini icra edilmir və s. Belə hallarda İXM-nin 528.1-ci maddəsində təsvir olunan qərəzlilikdən söhbət gedə bilər. Birinci instansiya məhkəməsinə təqdim edilmiş qəbzlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən 20 manat və 50 manat olmaqla, cəmi 70 manat borcdan ödəniş edilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş qəbzlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən 20 manat və 200 manat olmaqla, cəmi 220 manat borcdan ödəniş edilmişdir. İş materiallarında olan qəbzlərdən göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə 1030 manat borcundan hissə-hissə cəmi 290 manat ödəniş ediyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icrasından üzrsüz olaraq yayınması müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən apellyasiya məhkəməsi hesab edir ki, icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icrası ilə bağlı hərəkətlərində hər hansı qərəz yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin olunması və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya məhkəməsi hazırki qərarın dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə # #### 2026-cı il tarixli, *(*- ***)-****/**** saylı qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-419/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-419/2026
01.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver