Məhkəmə qərarları › İş №3(3-7)-420/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-420/2026

24.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-420/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) oğlunun, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X3 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı üzrə icraata xitam verilməsinə dair Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-153)-310/2026 nömrəli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək, 2000 manat cərimə edilmişdir. Inzibati tənbeh vermə haqqında qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə şikayət verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin müfəttişi X4 inzibati xəta haqqında protokolda göstərmişdir ki, ##.##.2026-cı il tarixdə onun tərəfindən Qarayeri qəsəbəsində yaşayış evinin qarşısında bir ədəd çəkil (tut) növlü ağacın kəsildiyi halı məlum edilmişdir. Nəticədə bir ədəd çəkil (tut) ağacı məhv olmuşdur. Bununla əlaqədar, ##.##.2026-cı il tarixdə MN ******* nömrəli protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol qeyriqanuni və əsassızdır. Belə ki, yaşayış evinin qarşısındakı yaşıllığı onun anası X1, orada onun anası tərəfindən ağaclar əkilmişdir. Mövsümü olaraq həmin sahədə anası Səfərova AsyaHəsən qızı əkilmiş ağaclara aqro-texniki qulluq göstərmişdir. Ekologiyanın əməkdaşları yol ilə hərəkət edən zaman anası X1 ağaclarda budama işlərini görürmüş. Faktiki olaraq anası çəkil (tut) ağacını kəsməmiş, həmin ağacın qurumuş budağını kəsərək budama əməliyyatı aparmışdır. Ağacın kötüyü və qurumamış budağı sağlamdır və hazırda yarpaqlamışdır. Qeyd olunan səbəblərə görə tərtib edilmiş protokol qeyri-qanuni və əsassızdır. Belə ki, ağacın faktiki qurumuş budağını kəsərək budayan anası X1 olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşları oradan keçən zaman həqiqətən də anası X1 tərəfindən ağacların budandığını görmüşlər, lakin ona məlum olmayan səbəblərdən protokolda onun adı göstərilmişdir. O, həmin vaxt orada olmamış və heç bir ağac kəsməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən inzibati xəta törətmiş şəxs düzgün müəyyən edilməmişdir, hətta ağacın budanması ilə əlaqədar onun anası X1 izahat alınmışdır. Həmin izahat materialı naməlum səbəblərdən işə əlavə edilməmişdir. O, faktiki olaraq heç bir inzibati xəta törətməmişdir. ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-153)-310/2026 saylı qərarı ilə Şikayət təmin edilmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi şikayət verərək Qərardan şikayət verən orqan (şəxs) fiziki şəxs qismində ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli MN:******* saylı Qərardan verdiyi şikayəti ilə bağlı Samux Rayon Məhkəməsinin qəbul etdiyi ## ### 2026- cı il tarixli *(*-***)-***/**** saylı məhkəmə Qərarı ləğv edilməsini və ** saylı RETS Idarəsi tərəfindən barəsində qəbul edilmiş cərimə Qərarı qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Samux Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı Qərarı ilə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ** saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati tənbehin tətbiq edilməsi haqqında ##.##.2026-cı il tarixli icrası məcburi sayılan MN:******* saylı Qərarının ləğv olunmasına dair şikayəti təmin edilmişdir. Samux Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı Qərarını aşağıda göstərilənlərə görə əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin (RETSI) ##.##.2026-cı il tarixli 0054 və **** saylı sərəncamlarına əsasən X11 Xidmətinin Əməkdaşları ilə birgə Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində "Ətraf mühitin mühafizəsi haqqında", "Yaşıllıqların mühafizəsi haqqında" Qanunun və digər normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzərət etmək məqsədilə idarə əməkdaşları tərəfindən reyd keçirilmişdir. Keçirilən reyd zamanı Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində Qərardan şikayət verən orqan (şəxs) tərəfindən yaşayış evinin qarşısında diametri 8 sm olan 1(bir) ədəd yaş halda çəkil cinsli ağacın kökboğazından kəsilərək məhv edilməsi halı aşkar edilmişdir. Araşdırma zamanı Qərardan şikayət verən orqan (şəxs) yazılı izahat verməkdən imtina edərək, yaşayış evinin qarşısında olan yaşıllıqların onun tərəfindən əkildiyini və 1 ədəd çəkil ağacını onun yaxınlığında olan ağaca maneəçilik törətdiyi üçün kəsdiyini şifahi olaraq bildirmişdir. Bundan əlavə qeyd edilən ağac Qərardan şikayət verən orqan (şəxs) evinin qarşısındakı ərazidə olmuş və başqa şəxslər tərəfindən kəsilərək məhv edilməsi qeyri-mümkündür. Ilkin araşdırma zamanı ağacın anası tərəfindən kəsildiyini bildirsə də, yaşlı qadının balta ilə ağacı kəsməsi mümkün deyildir. Beləliklə də, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikası qanununun tələbləri pozularaq inzibati xəta törədilmişdir. Faktla bağlı Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2026-cı il tarixli MN ******* saylı Inzibati xəta haqqında Protokol tərtib edilmiş və ##.##.2026-cı il tarixli icrası məcburi olan MN:******* saylı Qərar çıxarılmış və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.2 maddəsinə əsasən fiziki şəxs qismində 2000 (iki min) manat məbləğində cərimə olunmuşdur. ##.##.2026-cı il tarixində Qərarın bir nüsxəsi Qərardan şikayət verən orqan (şəxs) yaşadığı ünvana poçt vasitəsilə göndərilmişdir. Samux Rayon Məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) şikayətini təmin etməsi və ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin Icrası məcburi sayılan ##.##.2026-cı il tarixli MN:******* saylı Qərarını ləğv etməsi barədə Qərar qəbul etməsi qanuna ziddir. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə etiraz etdi və birinci insansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X3 bildirdi ki, faktiki olaraq ağacın kim tərəfindən kəsilməsi onlara məlum deyildir, lakin Qərardan şikayət verən orqan (şəxs) ev sahibi olduğu üçün və həmin vaxt orada olduğu üçün sonuncunun barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə - fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarında olan ** saylı RETSI-nin məsləhətçi müfəttişi X5 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Samux rayonu, Qarayeri qəsəbəsində yaşayış evinin qarşısında 1 (bir) ədəd çəkil cinsli ağacın kəsilməsi halı məlum edilmiş, nəticədə 1 (bir) ədəd çəkil ağacı məhv olmuşdur. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul olunmuş inzibati xəta haqqında ##.##.2026-cı il tarixli MN 2249480 qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Samux rayonu, Qarayeri qəsəbəsində yaşayış evinin qarşısında 1 (bir) ədəd çəkil cinsli ağacın kəsilməsi halı müəyyən edildiyindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) 2000 manat məbləğində fiziki şəxs qismində cərimə tənbeh növü tətbiq edilmişdir. Iş materiallarında olan ****** nömrəli vəsiqənin surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) müharibə veteranıdır. Iş materiallarında olan Samux rayonu Qarayeri bələdiyyəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ** nömrəli arayışdan görünür ki, ##.##.2026-cı il tarixdə Qarayeri qəsəbə sakini X2 bələdiyyəsinə şifahi müraciət edərək evinin qarşısındakı özləri qulluq etdikləri yaşıllıqla mövsümü budama işləri aparılmasını bildirmişlər, budama aparılan vaxt bir ədəd çəkil ağacının bir hissəsi qurumuş olduğu üçün kəsmişlər. Iş materiallarında olan Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində diametri 8 sm olan 1 (bir) ədəd çəkil cinsinə aid ağacın kökbağızandan kəsilərək məhv olunması nəticəsində təbiətə dəymiş ziyanın hesabatından görünür ki, diametri 8 sm 1 (bir) ədəd yaş halda olan çəkil cinsli ağacın məhv olması nəticəsində təbiətə 100 (yüz) manat məbləğində ziyan dəymişdir. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, inzibati orqan tərəfindən tərtib olunmuş sənədlərdən görünür ki, ##.##.2026-cı il tarixdə keçirilən reyd zamanı Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində Qərardan şikayət verən orqan (şəxs) məxsus yaşayış evinin qarşısında diametri 8 sm olan 1 (bir) ədəd yaş halda çəkil cinsli ağacın kök bağlarından kəsilərək məhv edilməsi halı aşkar edilmişdir, lakin məhkəmə iclasında ağacın məhz Qərardan şikayət verən orqan (şəxs) tərəfindən kəsilməsi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X5 öz izahatında bildirdi ki, ağacın kim tərəfindən kəsilməsi onlara məlum deyil. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşı Əlizamin Əhmədzadəyə (inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə) ağacın onun tərəfindən kəsilmədiyini bildirsə də, protokol tərtib etmiş şəxs bu hala əhəmiyyət verməmiş, natamam araşdırma aparmış və Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta hadisəsini törətməsinə dair ##.##.2026- cı il tarixdə müvafiq inzibati xəta haqqında protokol tərtib etmişdir ki, bu da, şikayətçinin əsassız olaraq 2000 manat inzibati cərimə edilməsi barədə ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinin tərkibi olmadığına görə onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə 2000 (iki min) manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin inzibati xəta haqqında iş üzrə ##.##.2026cı il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və müəyyən etmişdir ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin qanun qeyd olunan normasına riayət etməməsi təqsirli olmayan Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətə cəlb olunması ilə nəticələnmişdir. IXM-nin 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə aparılmış araşdırma zaman Qərardan şikayət verən orqan (şəxs) qeyd edilən inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-153)-310/2026 saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar