Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-421/2026 25.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsi ilə təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokolu tərtib edən orqan İTB-nin sahə rəisi, X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlama haqqında qərar qəbul edilmiş və material baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Tovuz Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv olunmasını və barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində tərtib edilən inzibati xəta haqqında protokol və qərarda qeyd olunur ki, ona məxsus olan telefonda öz nömrə və şəxsiyyət vəsiqəsi ilə “PİN-UP” qanunsuz idman mərc oyunları və kazino saytından qeydiyyatdan keçərək qumar oynaması qeyd olunmuşdur. Halbuki o, heç bir zaman PİN-UP vasitəsilə qumar oynamamışdır. Bunu nömrə, kart və mobil telefon araşıdırılaraq görmək mümkündür. Belə ki, o ölkədə rəsmi mərc oyunu olan topaz vasitəsilə oyun oynasa da və ora pul göndərsə də, ümumilikdə həmin futbol mərc oyununa göndərdiyi puldan başqa heç bir oyunda iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən zaman da məhkəməyə məlumat vermişdir ki, həmin proqram telefonunda mövcud olsa da heç bir vaxt ondan istifadə etməmiş və mərc oyununda iştirak etməmişdir. Bir müddət əvvəl telefonu satmış, telefonu satarkən saytdakı həmin hesabı açıq qalmış başqa şəxs isə onun hesabından sayta daxil olmuşdur. Onun kartından hər hansı ödəniş olmamış və iş üzrə düzgün qərar qəbul olunmamışdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs şikayətini müdafiə edərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini inzibati xəta haqqında materiallarla birlikdə araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Məhkəmə şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq, qeyd olunan izahatları dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, iş materiallarında olan inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş sənədlərlə tanış olub, sübutları qiymətlədirərkən hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli ona istinad edilmiş maddənin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşdüyündən birinci instansiya məhkəməsi onun İXM-in 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, Protokolu tərtib edən orqan CAB-in əməliyyat müvəkkili, R Elşad Zeynalov tərəfindən tərtib olunmuş raportdan görünür ki, ##.##.2026-cl il tarixdə Tovuz şəhəri E.Quliyev küçəsində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “PİN-UP” qanunsuz idman mərc oyunları və kazino saytından qeydiyyatdan keçərək qanunsuz idman mərc və kazino oyunları oynaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında şəxs Tovuz RPŞ-yə gətirilmiş, mobil telefonuna baxış keçirilən zaman şəxsin “PIN-UP” qanunsuz idman mərc oyunları və kazino saytından qeydiyyatdan keçərək qanunsuz idman mərc və kazino oyunları oynaması müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Protokolu tərtib edən orqan verdiyi izahatdan görünür ki, 2021-ci ildə “PİN-UP” saytından qeydiyyatdan keçib,həmin ildə də bu sayta pul yükləmiş, lakin heç bir uduşu olmamış, qoyduğu pulları uduzmuşdur. Sonrakı illərdə də həmin sayta pul yükləmiş və uduzmuşdur. 2026-cı ildə də dəfələrlə mərc oynayaraq pul yükləmiş, lakin heç bir uduşu olmamışdır. Son olaraq ##.##.2026-cı il tarixdə bu saytda mərc etmiş,130 manat pul uduzmuşdur. Ümumilikdə, həmin saytdan udduğu pulları müxtəlif dostlarına məxsus kartlara göndərmişdir. İş materiallarına əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus mobil telefonun foto-şəkil və video çəkilişlərindən “PİN-UP” saytında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus hesab olması, həmçinin qeyd olunan hesabdan müxtəlif vaxtlarda mədaxil və məxariclərin olması, hesabın aktiv şəkildə istifadə edilməsi müəyyən olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayətində və apellyasiya məhkəməsində çıxışında telefonu başqa şəxsə satdığını və həmin şəxs tərəfindən qeyd olunan sayta giriş edildiyini və həmin saytdan istifadə olunduğunu iddia etsə də, bu hal iş materialları ilə öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmədə verdiyi izahatın və apellyasiya şikayətinin dəlillərinin isə özünü müdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Odur ki, şikayətin dəlilləri tam əsassız olmaqla hər hansı bir sübutla təsdiq olunmur. Şikayətin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Təyin edilmiş tənbeh ilə bağlı apellyasiya instansiya məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilinərək inzibati qaydada tənbeh edildiyi İXM-in 525-ci maddəsinin sanksiyasında oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə inzibati həbs tənbeh növü nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, əmlak vəziyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində aşağı həddə inzibati cərimə tənbeh növü tətbiq edilməsini məqsədəmüvafiq hesab edərək onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi həmin Məcəllənin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edən tənbeh təyin etmişdir. Eyni zamanda, inzibati xəta haqqında materiallarda və məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, eləcə də inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Birinci instansiya məhkəməsi törədilən inzibati xətanı törədilmə şəraitini, inzibati xətanın necə törədildiyini, inzibati xəta tərkibinin yaranması üçün əsasları araşdırmışdır. Bu da qanunun tələblərinin düzgün tətbiq və təfsir edilməsidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati tənbeh tətbiq edilmiş tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsi ilə təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-421/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-421/2026
25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver