Məhkəmə qərarları › İş №3(3-7)-422/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-422/2026

29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-422/2026 29.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxs “xxxx“ MMC-nin nümayəndəsi nümayəndə2, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi“ PHŞ-nin hüquq məsləhətçisi etibarnamə üzrə nümayəndəsi nümayəndə3 iştirakı ilə Hüquqi şəxs “xxxx“ MMC-nin İXM-nin 215.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi“ PHŞ-nin nümayəndəsinin tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ## #### 2026-cı il tarixdə, saat 12:30-a Ağstafa şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCyə məxsus klinikada sertifikasiya şəhadətnaməsi olmadan USM-həkim X1 tərəfindən praktik tibb fəaliyyəti həyata keçirilməsi ilə məşğul olmaq faktı planı yoxlama zamanı aşkarlanmış, ona görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsMMC barədə İXM-nin Məcəlləsinin 215.4cü maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Mürsəlova Heyran) ilə “xxxx“ MMC (Ünvan: Ağstafa şəhəri Heydər Əliyev prospektində yerləşən, VÖEN **********) İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsinə görə 6000 (altı min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İŞİN HALLARI: Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən ##.##.2026-cı il tarixli KY********* nömrəli çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ##.##.2026-##.##.2026-cı il tarixlərdə Ağstafa şəhəri, Heydər Əliyev prospekti 9A ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də plan üzrə yoxlama aparılması reyestrdə qeydə alınmışdır. Planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında ## ###### 2026-cı il tarixli *-**-*/*- ****/**** nömrəli bildirişdən görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamanın tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən Ağstafa şəhəri, Heydər Əliyev prospekti 9A ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus özəl tibb təşkilatının fəaliyyətinin yoxlanılması məqsədilə ##.##.2026-##.##.2026-cı il tarixlərdə həmin müəssisədə planlı (növbəti) yoxlamanın keçirilməsinə şərait yaradılması xahiş edilmişdir. T-*** nömrəli, ## #### 2026-cı il tarixli X2 Planlı (Növbəti) Yoxlama aktından görünür ki, Ağstafa şəhəri, Heydər Əliyev prospekti 9A ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də yoxlama keçirilərkən USM-həkim X1 keçmədən praktik tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Türkiyə Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş ##.##.2012-ci il tarixli mütəxəssislik sənədindən görünür ki, X1 üzrə mütəxəssis ünvanı qazanmışdır. ## ####### 2022-ci il tarixli **** nömrəli tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamədən görünür ki, X1 baza ali tibb təhsili Şüa diaqnostikası ixrisası üzrə tibbi (əczaçılıq) fəaliyyəti ilə məşğul ola bilər. İnzibati xəta haqqında materiala baxan Ağstafa Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həkim V.Həsənovun sənədləri Səhiyyə Nazirliyi tərəfindən araşdırıldıqdan sonra ona ## ####### 2022-ci il tarixdə tibbi və əczaçılıq fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə verilmiş və həmin şəhadətnamənin verilməsi ixtisas uyğunluğunu və fəaliyyət hüququnu təsdiq edir, həmçinin həmin şəhadətnamənin qüvvədə olma müddəti 2027-ci ildə bitir. Həmin şəhadətnamə verilərkən həkim V.Həsənovun sertifikasiyaya cəlb olunmalı olduğu bildirilməmiş, əksinə onun fəaliyyətinə rəsmi icazə verilib. Eyni zamanda birinci instansiya məhkəməsi həkimin əsas (baza ali) təhsilini 2003-cü ildə almasını əsas gətirərək onun guya 2008-ci ildə sertifikasiyadan keçməli olduğunu qeyd etsə də belə, lakin həkimin sonra 2012-ci ildə uzmanlıq (rezidentura) təhsili alması və Səhiyyə Nazirliyi tərəfindən ona 2022-ci ildə rəsmi buraxılış şəhadətnaməsi verilməsi faktını hüquqi cəhətdən düzgün araşdırmamışdır. Bundan başqa, planlı yoxlamanın keçirilməsi barədə yoxlayıcı orqan sahibkara azı 10 iş günü əvvəl yazılı məlumat verməli olmasına baxmayaraq, inzibati orqan tərəfindən həmin müddət tələbinə riayət olunmamış, bildiriş vaxtında MMC-yə göndərilməmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında iştirak edən hüquqi şəxs “xxxx“ MMC-nin nümayəndəsi nümayəndə2 şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən inzibati orqanın nümayəndəsi nümayəndə3 şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini və nümayəndənin izahatını, iş materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün və qanunidir. Belə ki, iş materialında olan ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən göründüyü kimi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus klinikada sertifikasiya şəhadətnaməsi olmadan USM-həkim X1 tərəfindən praktik tibb fəaliyyəti həyata keçirilməsi ilə məşğul olmaq faktı mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi hüquqi şəxs “xxxx“ MMC tərəfindən törətmiş olduğu əməli düzgün tövsif etmişdir. Belə ki, apellyasiya şikayətində göstərilən dəlillər inzibati məsuliyyətdən boyun qaçırma kimi qiymətləndirildiyindən hazırda inzibati xəta haqqında protokolun qanunsuz olması və ləğv edilməsi əsasları müəyyən edilməmişdir. Qeyd olunan inzibati xəta hadisəsini hazırki işin faktiki halları ilə müqayisəli şəkildə təhlil etdikdə hüquqi şəxs “xxxx“ MMC-nin İXM-nin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayətin təmin edilməsi üçün hər hansı əsas yoxdur, ona görə də birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar