Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-423/2026 09.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X4 iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Gəncə Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından X7 Xidmətinin Hüquq İdarəsinin rəis müavini tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X6 Xidmətinin Gəncə-X10 ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 (min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Gəncə X10 rəisi X1 tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə şikayətin təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 192.3-cü maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində inzibati cərimə olunmasına dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından X7 Xidmətinin Hüquq İdarəsinin rəis müavini apellyasiya şikayət verərək məhkəmənin qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli elektron qərarının qüvvədə saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli və Xidmətin ##.##.2026-ci il tarixli, MN ******* nömrəli elektron qərarı qüvvədə saxlanılmalıdır. Belə ki, X2, X5 məxsus olan qüvvədə olan əmək müqaviləsinin daxil edilməsi ilə bağlı əmək müqavilələrinin bildirişinə əsasən işəgötürən qismində Qərardan şikayət verən orqan (şəxs) qeyd edilmişdir. Həmçinin, işçilərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından (400 manat) aşağı əmək haqqının verildiyi müəyyən edilmişdir. Göründüyü kimi, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsinin tələbinə əməl edilməməsi nəticəsində öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ pozulmuşdur. Məhkəmə tərəfindən işin faktiki halları nəzərə alınarkən qeyd edilən əmək müqavilələri üzrə müəyyən edilmiş əmək haqqlarına hüquqi qiymət verilməmişdir. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikasi Prezidentinin ## ###### 2024-cü tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmişdir. Hazırkı iş üzrə "Əmək və Məsğulluq” ait sistemindəki müqavilələrə baxış keçirilərkən faktiki olaraq işçilərin əmək haqlarının minimum əmək haqqından az alduğu müəyyən edilmişdir. Bununla da, işəgötürənin əsas vəzifələrindən biri olan Əmək Məcəlləsinin 12-ci maddəsinin "b" bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək vəzifəsi yerinə yetirilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 ve 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunur ki,inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərar həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Həmçinin Bakı Apellyasiya Məhkəməsində analoji işə baxılmış və Xidmətin elektron qərarı qüvvədə saxlanılmışdır. Xidmətin ##.##.2026-ci il tarixli, MN ******* nömrəli elektron qərar tam qanuni və əsaslıdır. Məhkəmə iclasında barəsində inzibati tənbehetmə haqqında qərar qəbul edən orqanın nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və X6 Xidmətinin ##.##.2026-ci il tarixli, MN ******* nömrəli qərarının qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə şikayətin dəlillərini inzibati xəta haqqında materiallarla birlikdə araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Sertifikatın aktivləşdirilməsi haqqında **************** nömrəli, ##.##.2026-cı il tarixli bildirişdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) sahib olduğu asan imza qeyd edilən ##.##.2026-cı il tarixdən aktivləşdirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş İdarəsinin “vergi ödəyicilərinin fəliyyətinin dayandırılması və bərpa edilməsi barədə məlumat” cədvəlindən görünür ki, ********** nömrəli VÖEN üzrə fəliyyətin dayandırılması üzrə müəyyən edilmiş vaxt bitdiyindən ##.##.2020-ci il və ##.##.2026-cı il tarixlərində qeyd edilən VÖEN üzrə fəliyyət bərpa edilmiş, ##.##.2026-cı il tarixində isə yenidən dayandırılmışdır. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) məxsus ********** nömrəli VÖEN sahibkarlıq fəaliyyətinin dayandırılması üçün həmin şəxs tərəfindən edilmiş müraciətdə qeyd edilmiş dayandırılma müddəti başa çatdığından və yenidən dayandırılma üçün müraciət olunmadığından fəaliyyətin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən etibarən fəaliyyət aktivləşmişdir. Lakin həmin fəaliyyət dayandırılmamışdan öncə vergi ödəyicisi olan Qərardan şikayət verən orqan (şəxs) qeyd etdiyi və artıq fəliyyət göstərməyən çay evində əmək müqaviləsi üzrə işləyən işçilərin əmək müqaviləsinə fəaliyyətinin dayandırılması üçün vergi orqanına müraciət edərkən xitam verməli olduğu halda etməmiş və ********** nömrəli VÖEN-in aktivləşməsi nəticəsində inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd edilən işçilərlə (X3 və X5) bağlanmış əmək müqavilələri də aktivləşmiş, bununla da minimum əmək haqqı məbləğindən aşağı məbləğə əmək haqqının mövcud olması dövlət informasiya sistemlərindən istifadə edilməklə aşkar edilərək cərimə olunmuşdur. İnzibati xəta haqqında elektron qərarı qəbul edən səlahiyyətli orqan tərəfindən işin halları tam, hərtərəfli araşdırılmadığından, inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd edilən şəxslərin (X3 və X5) həqiqətən də, işəgötürən Qərardan şikayət verən orqan (şəxs) arasında bağlanmış əmək müqavilələri üzrə öz əmək funksiyalarını hal-hazırda icra etmələrini və icra etdikləri təqdirdə həqiqətən də, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqın məbləğindən aşağı məbləğdə əmək haqqı almasını təsdiq edə biləcək hər hansı mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmır. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, inzibati xəta hadisəsi olmadığından Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Birinci instansiya məhkəməsi inzibati xəta tərkibinin yaranması üçün əsasların olmadığını tam araşdırmışdır. Bu da qanunun tələblərinin düzgün tətbiq və təfsir edilməsidir. Beləliklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X7 Xidmətinin Hüquq İdarəsinin rəis müavini tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Gəncə Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-423/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-423/2026
09.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver