Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-424/2026 18.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş şəxslər – Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, R nümayəndə2 və Tovuz RPŞ-nin YHN inspektoru, R nümayəndə1 İlqar oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi – Tovuz Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 334.1, 334.3, 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim P.Z.İsaqlı) ##.##.1974-cü ildə Tovuz rayonu Hacıhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, öz deməsinə görə məhkumluğu olmayan, işsiz, əlilliyi olmayan, Bakı şəhəri Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsi ev 52 mənzil 57 ünvanında qeydiyyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 334.1, 334.3, 510.1 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 334.3-cü maddəsinin sanksiyası çərçivəsində 1 (bir) ay müddətində inzibati həbs edilməsi, inzibati həbsə alınmanın əvvəlinin ## #### 2026-cı il tarixdən, saat 10:00-dan hesablanması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)- ***/**** saylı qərarının ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati cərimə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilk dəfədir ki, inzibati məsuliyyətə cəlb olunur, indiyə qədər heç bir orqanda barəsində hər hansı bir təqsirləndirici material olmamışdır. Himayəsində 3 uşağı, arvadı və xəstə anası vardır, ailəsində yeganə işləyən şəxsdir, törətdiyi əməldən səmimi peşmandır, 2-ci qrup əlildir, müharibə veteranıdır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Lakin məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində həbs seçməklə ağır növdə və kifayət qədər ağır həddə inzibati tənbeh tətbiq etmişdir. Halbuki, yuxarıda qeyd olunan yüngülləşdirici halları nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh verməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olardı. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq məhkəmə onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq etməklə ədalətli qərar qəbul etmiş olar. İnzibati həbs yalnız müstəsna hallarda, xətanın xarakterinə və törədənin şəxsiyyətinə görə bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, hakimin qərarı ilə tətbiq olunur”. Müdafiəçi apellyasiya şikayətinə əlavəsində bildirmişdir ki, “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xətanın göstərilən maddələri ilə heç bir təqsiri yoxdur. Belə ki işdən və kameradan göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis xidmətdə olarkən nalayiq ifadə işlətməmiş, hər hansı tabesizlik olmamışdır. Ümumiyyətlə orada polis olmamışdır. Necə ola bilər şəxs həm xırda xuliqanlıq edir, gecə vaxtı ərazidə belə adam yoxdur. Həmdə şəxs hansı hərəkəti edir ki, polisə tabe olmur, bu inandırıcı deyil. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uşaq deyil, adı inzibatidə cinayətdə hallanmır. əksinə şəxs əlildir. Vətən uğrunda döyüşərkən əlil olub. Ahıl yaşındadır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hadisədən sonra evinə gəlmişdir. Əgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polisə müqavimət göstərsə yaxud xırda xuliqanlıq etsə idi onu evə buraxardırlarmı? Habil hadisədən sonra evinə gəlmişdir. Bu barədə hər hansı sübutları belə mövcud deyil. ##.##.2026-cı ildə tezdən saat 08 radələrində Habil işə gedərkən onun maşınını saxlamışlar və qeyd etmişlər ki, şöbədə səni rəis çağırır. Habil də sakitcə şöbəyə gəlmişdir. Bundan sonra onu saxlamışlar və onun barəsində tutma tətbiq etmişlər. Hansı ki tutma ən geci 3 saat ola bilər. Tutulma protokolunda tutulmanın saatı belə göstərilməmişdir. Həm də tutma o şəxsə tətbiq olunur ki, şəxs qaçar gəlməz və s. Habil özü şöbəyə gəlmişdir. şəxsi heç müvəqqəti saxlama yerinə belə salmamışlar. Maşın toqquşmasına gəldikdə isə heç müəyyən olunmur ki, günah Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdır. Bu barədə nə ekpert rəyi var, nədə ki kamera görüntüsü mövcuddur. Ancaq sözlərlə deyilir. Sübutu əsası mövcud deyil. Sxem qayı əməkdaşının təsəvvürü ilə çəkilmişdir. Hal şahidləri belə olmamışdır. Göründüyü kimi hava yağışlı dumanlı olduğundan Habil maşını görməmişdir. Surət belə olmayıb. Sadəcə Habil istəyib ki, razılşama olsun, digər şəxs də bundan istifadə etmişdir. Heç rayon məhkəməsi zərərçəkəni dindirməmişdir. Məhkəmə onun Polisdə Polisin yanında yazdığı izahatla kifayətlənib, onun hazırda şikayəti olub-olmamasını, ziyanın ödənilibödənilməməsini araşdırmamışdır. Ziyan belə ağlabatan miqdarda deyil. Həmçinin məhkəmə qeyd edir ki, şəxs içkili olub. İçkili hansı hallarda olur: sərxoşluq müayinə aktı və növbətçi həkim feldşerin rəyi. Bunlar belə mövcud deyil. Sadəcə Habilin dediyi ilə şəxsi içkili kimi qələmə verirlər. Şəxs məhkəmədə özünə müdafiəçi istəsə belə, məhkəmə təmin etməmişdir. Onun müdafiəçidən imtina ərizəsini almışlar. Hansı ki şəxs müdafiəçidən imtina etsə belə prosesdə müdafiəçinin iştirakı vacibdir. Imtina onun iştirakı ilə həyata keçirilməlidir. Həmçinin zalda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əlilliklə bağlı sənədlərini məhkəmə qəbul etməmişdir. Odur ki, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı inzibati qərarı ilə inzibati təqsirli bilinmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati işin icratına xitam verilsməsini xahiş etmişdir”. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil apellyasiya şikayətini müdafiə edərək ona uyğun çıxış etdilər və Tovuz Rayon Məhkəməsinin ## #### 2026 -cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında protokol tərtib etmiş şəxslər – Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, R nümayəndə2 və Tovuz RPŞ-nin YHN inspektoru, R nümayəndə1 İlqar oğlu apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qanuni və ədalətli qərar qəbul etdiyini bildirərək Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb, işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İş materiallarında olan: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, R nümayəndə2 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə tərtib edilmiş #.##.2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 00:30 radələrində Tovuz şəhəri, Heydər Əliyev prospektində uca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamışdır. Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru, R nümayəndə1 İlqar oğlu tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 327.2, 327.6, 332.1, 334.1 və 334.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə tərtib edilmiş ##.##.2026-cı il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 23:30 radələrində Tovuz şəhəri, Heydər Əliyev prospektində maddi zərərlə nəticələnən yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmışdır. Nəticədə onun əməlində İXM-nin 332.1, 327.2, 327.6, 334.1 və 334.3cü maddələrinin tərkibi aşkar edilmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə 3(5- 163)-422/2026 və *(*-***)-***/**** saylı işlər bir icraata birləşdirilmişdir. Arayışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları və yaddaşın enməsi diaqnozu qoyulmuşdur. CD diskdə olan videogörütülərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 00:30 radələrində Tovuz şəhəri, Heydər Əliyev prospektində uca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamışdır. İş materialları ilə müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə sərxoş vəziyyətdə “MERCEDES BENZ ML” minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobili Tovuz şəhəri, Heydər Əliyev prospektində idarə edərkən X1 idarə etdiyi avtomobili ötmək istəyən zaman maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində zərərçəkmiş şəxsin nəqliyyat vasitəsinə 1100 manat məbləğində ziyan dəymişdir. Həmçinin müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hadisə törədən vaxt sərxoş vəziyyətdə olmuş və nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Daha sonra isə polis əməkdaşlarının və zərərçəkmiş şəxsin ünvanına ucadan nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə tabe olmamışdır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iş materialında olan sübutlarla öz təsdiqini tapmır. İş materiallarında olan videogörüntü və protokol tərtib etmiş şəxslərin izahatları ilə şikayətin dəlilləri təkzib edildiyindən həmin dəlillər formal özünü müdafiə xarakterli olmaqla məsuliyyətdən yayınmağa yönəlmişdir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətaları törətməsi iş materiallarında olan mötəbər sübutlarla təsdiq olunur. Odur ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilməkdə düzgün nəticəyə gəlmiş və işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qanuni və əsaslı qərar qəbul etmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati tənbehlə bağlı məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, İXM-nin 31.1 və 31.2ci maddələrinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdən görünür ki, birinci instansiya məhkəməsi inzibati tənbeh təyin edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olmasını və məsuliyyətini ağırlaşdıran hal kimi isə xəta törədən zaman sərxoş halda olmasını nəzərə alıb ona 1 (bir) ay müddətə həbs tənbehi təyin edilməsini məqsədə müvafiq bilmişdir. Belə olan halda, yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1, 334.3, 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)- ***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli *(*- ***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-424/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-424/2026
18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver