Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-425/2026 10.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin ## #### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmasına dair Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-153)-303/2026 saylı qərarından Əmirasianov Həmzə Hüseyn oğlu tərəfindən verilmiş şikayət üzrə materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin ## #### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ## #### 2026-ci ildə Gəncə şəhər H.Əliyev prospektindən sola Ş.İ.Xətai prospektinə dönmə əməliyyatı həyata keçirərkən saat 11.34.28də oan əsassız olaraq sanki idarə etdiyi “Hunday Sonata” markalı, dövlət qeydiyyat nişanı **- ZU-*** olan nəqliyyat vasitəsini idarə edən Əmirasianov Həmzə Hüseyn oğluna IXM-nin 327.2 maddəsinin tələblərini pozduğuna görə inzibati tənbeh vermə haqda tərtib edilmiş EQ 34733821 aşağıda göstərdiyi faktlara görə əsassız olduğu üçün ləğv edilməlidir. Həmin pozuntu telefon və ya planşet kamerası vasitəsi ilə qeydə alınmışdır. Bu səbəbdən pozuntunun ünvanı H.Əliyev prospekti olaraq göstərilmişdir. Dəqiq ünvan göstərilməmiş elektron qərarın pasport hissəsində kameranın qarşısında heç bir məlumat yoxdur. IXM. 100.1.0-cı maddəsinə əsasən IX aşkar olunmasında xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitələrin tipi markası modeli yerləşdiyi yer qeyd olunmalıdır. IXM-nin 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. IX-lara görə nəqliyyat vasitələrini dayandıraraq törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh vermə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq Icra hakimiyyəti X2 Sisteminə inteqrasiya olunaraq həmin texniki vasitənin köməyi ilə aşkar edilmişdir. İ.X yalnız bu məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Şəhərin bir sıra yol ayrıclarında yolun asfalt örtüyü sarı xətlərlə damalarla rənglənmişdir. Həmin hissədə intensiv hərəkətdən xəbər verir. Bu haqda yolayrıclarında heç bir xəbərdaredici nişanlar quraşdırılmayıb.Sözügedən yolayrıcına o, işıqforun yaşıl işığında daxil olmuşdur və qarşısında olan nəqliyyat vasitələri qarşı tərəfdən gələn nəqliyyat vasitələrinə yol verərək sola dönmə əməliyyatının tələblərinə tm riayət edərək həyata keçirmişlər. Hərəkət hissəsinə yaşıl işıqda daxil olmuş nəqliyyat vasitəsi qarşıdan gələn nəqliyyat vasitələrinə yol verib sonra piyada xəttindəki piyadalara yol verdikdən sonra işıqforun hansı rəngdə yanmasından asılı olmayaraq sola dönmə əməliyyatını başa vurmalıdır. Şikayətinin təmin olunmasını və barəsində qəbul edilmiş sözügedən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-153)-303/2026 saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin ## #### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin ## #### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Samux Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası DIN ,BDYPl-nin heç bir pozuntu törətmədiyi halda ##.##.2026-ci il tarixli EQ ****İ**** nömrəli Inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğu üçün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, 30 Mart 2026-ci ildə Samux Rayon Məhkəməsinə şikayət verərək DIN BDYP idarəsinin ## #### 2026-ciı il tarixli EQ ******* nömrəli Inzibati tənbeh vermə haqqında qərarını ləğv etməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi ilə ##.##.2026-cı ildə şikayətimə baxaraq verilmiş şikayətin təmin edilməməsi barədə *(*-***)- ***/**** nömrəli qərar qəbul edilmişdir. İ.X.M.-122.8 -ci maddəsinə əsasən ,inzibati tənbeh vermə haqqında elektron qərardan şjkayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir Hakim Yol Polisinin təqdim etdiyi yolun hərəkət hissəsinin yol ayrıcındakı çəkilmiş görüntünü əsas götürməklə onun dəfələrlə xahiş və təkidinə baxmayaraq işıqforun dayan xəttindəki vəziyyətindəki görüntüsünü idarə etdiyi nəqliyyat vasitəsinin məhz işiqforun icazə verən yaşıl işiğinda dönmə əməliyyatına başladığını sübut edən görüntünü DYP -dən tələb etmək əvəzinə ,DYP -nin təqdim etdiyi görüntünü əsas tutaraq xahişini təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər tərəfə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə digər tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı ******** nömrəli, ## #### 2026-cı il tarixli “Inzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə ona 100 manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Sözügedən elektron qərarda öz əksini tapan, xüsusi texniki vasitə ilə qeydə alınmış foto görüntüdən görünür ki, “Hunday Sonata” markalı, dövlət qeydiyyat nişanı **-ZU-*** olan nəqliyyat vasitəsini idarə edən sürücü işıqforun qırmızı işığının yanmasına baxmayaraq nizamlayıcının tələblərinə zidd olaraq hərəkətini davam etdirmiş və piyada keçidinin üzərindən keçərək yola davam etmişdir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və müəyyən etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxsin həmin xətanı törətməkdə təqsiri təsdiq olunur. Inzibati orqan tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün məhkəmə araşdırması zamanı hər hansı əsas müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Göstərilənlərə əsasən Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin ## #### ****nömrəli inzibati tənbeh vermə haqqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. Qərardan şikayət verən orqan (şəxs) dəlilləri isə işdə olan sübutlarla təsdiq edilmir. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №3(3-7)-425/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-425/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver