Məhkəmə qərarları › İş №3(3-7)-426/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-426/2026

25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-426/2026 25.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi, Quliyev Anar Elcan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair şikayətinin təmin edilməməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) Gəncə Şəhər Məhkəməsinə şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində ##.##.2026-cı il tarixdə barəsində EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Qərara əsasən, guya Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş qayda pozuntusuna yol vermişdir. Lakin hadisənin baş verdiyi yol ayrıcında yerləşən işıqfor düzgün işləməmişdir. Belə ki, işıqforun sarı işığı ümumiyyətlə yanmamış, bu isə sürücülər üçün gözlənilməz və çaşdırıcı vəziyyət yaratmışdır. Bu nasazlıq nəticəsində sürücülər işıqforun dəyişmə ardıcıllığını düzgün müəyyən edə bilmir və bu da faktiki olaraq inzibati xətanın yaranmasına şərait yaradan haldır. Belə şəraitdə törədilmiş hərəkət sürücünün qəsdli qayda pozuntusu kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 26-cı maddəsinə əsasən, şəxs yalnız öz təqsiri olduqda inzibati məsuliyyətə cəlb edilə bilər. Mövcud vəziyyətdə isə təqsir yol hərakətinin təşkilindəki texniki nasazlıqla bağlıdır. Bundan əlavə elektron qərarda onun şəxsiyyət vəsiqəsi məlumatları da səhv göstərilmişdir. Belə ki, onun şəxsiyyət vəsiqəsinin seriyası AA******* olduğu halda, qərarda məlumat AZE 14616714 seriyası ilə qeyd edilmişdir. Bu isə qərarın düzgün tərtib edilmədiyini və məlumatların qeyri-dəqiq olduğunu göstərir. Bundan əlavə sözügedən yol ayrıcında yerləşən işıqforun (nizamlayıcının) düzgün işləməməsi halını o, müxtəlif günlərdə videoçəkilişlərlə qeydə almış və həmin görüntüləri sübut kimi məhkəməyə təqdim etməyə hazırdır. Həmçinin hazırda da həmin işıqfor nasaz vəziyyətdədir, xüsusilə sarı siqnalın işləməməsi davam edir. Bu isə sürücülərdə mütəmadi olaraq çaşqınlıq yaradır və yol hərəkəti qaydalarının pozulmasına şərait yaradan davamlı hal kimi qalır. Bu fakt bir daha göstərir ki, baş vermiş hadisə onun iradəsindən asılı olmayaraq yol hərəkətinin təşkilində mövcud texniki nasazlıq nəticəsində yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli qərar dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarın və Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh tətbiq edilmiş Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır, iş üzrə əhəmiyyətli hallar tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, hadisənin baş verdiyi yol ayrıcında yerləşən işıqfor nasaz vəziyyətdə olmuşdur. O, həm inzibati orqana, həm də məhkəməyə bildirmişdir ki, hadisə vaxtı işıqforun sarı işığı işləmirdi. Bu hal sürücülərdə çaşqınlıq yaradır və yol hərəkəti iştirakçılarının işıqfor siqnallarını düzgün qiymətləndirməsinə mane olur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü və 12-ci maddələrinin tələblərinə görə şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün onun təqsiri müəyyən edilməlidir. Məhkəmə isə işıqforun texniki vəziyyətinin yoxlanılması üçün heç bir əlavə araşdırma aparmamış, aidiyyəti qurumlardan məlumat tələb etməmiş və təqdim etməyə hazır olduğum videogörüntüləri araşdırmamışdır. Təqdim edilən sübutlar tam və obyektiv qiymətləndirilməmişdir. Elektron qərarda şəxsiyyət məlumatları düzgün göstərilməmişdir. Onun şəxsiyyət vəsiqəsinin seriyası AA******* olduğu halda, elektron qərarda AZE 14616714 göstərilmişdir. Bu hal inzibati qərarın tərtib edilməsində qeyri-dəqiqliyin olduğunu göstərir. Məhkəmə bu xüsusata hüquqi qiymət verməmişdir. Yolayrıcında yaranmış vəziyyətin səbəbləri tam araşdırılmamışdır. Məhkəmə qərarında yolayrıcında tıxacın yarandığını qeyd etsə də, həmin vəziyyətin yaranmasına təsir göstərən amilləri, o cümlədən işıqforun nasaz işləməsi barədə irəli sürdüyü dəlilləri lazımi qaydada araşdırmamışdır. Ona görə də Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarın və Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi və şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq Gəncə Şəhər Baş Polis Idarəsinin Dövlət X1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə baxışına gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Dövlət Yol Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə birlikdə yoxlayaraq və işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sübutlarla müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ##.##.2026-cı il tarixdə saat 14:05-də Gəncə şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən yol ayrıcında tıxac yarandığından hərəkəti dayandırmalı olduğu halda dayandırmayaraq yolayrıcına daxil olmuş və svetoforun qırmızı işığının yanmasına məhəl qoymayaraq hərəkətini davam etdirib yolayrıcını keçmişdir. Bununla da o, Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsinin İ və II hissələrini, 75-ci maddəsinin IV hissəsinin tələblərini pozmuşdur. Iş materiallarında olan DVD-diskdə olan video-görüntüyə baxış keçirilmiş və videogörüntüdə Qərardan şikayət verən orqan (şəxs) yuxarıda qeyd edilən qayda pozuntusunu törətməsinin əks olunduğu müəyyən edilmişdir. Iş üzrə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirmədən saxlamaqla işin halları üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qeyd edir ki, Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh vermə xəta haqqında qərar IXM-nin tələblərinə əməl olunmaqla qəbul edilmiş, qərar qəbul edilərkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, inzibati qanunvericiliyinin ədalətlilik prinsipinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. IXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun İ hissəsinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. II hissəsinin birinci bəndinə əsasə yol ayrıcında svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında- kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla) dayanmalıdırlar. Həmin Qanunun 75-ci maddəsinin IV hissəsinə əsasən, əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Barəsində inizbati tənbeh tətbiq edilmiş Qərardan şikayət verən orqan (şəxs) şikayətində dəlil kimi göstərmişdir ki, onun qayda pozuntusu törətməsinə səbəb işıqforun sarı işığının işləməməsi, yalnız yaxınlaşanda dərhal qırmızı işığın yanması və onun həmin yol kənarında sola dönməni həyata keçirməsi olmuşdur. Lakin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan, inzibati xəta haqqında iş materiallarında olan və eləcə də şikayət verən şəxsin təqdim etdiyi video-görüntüdən aydın şəkildə görünür ki, Qərardan şikayət verən orqan (şəxs) nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yol ayrıcında tıxac yarandığından hərəkəti dayandırmalı olduğu halda dayandırmayaraq yolayrıcına daxil olmuş və svetoforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirmişdir. Inzibati xəta haqqında qərara əlavə edilmiş foto şəkillərdən, eyni zamanda şikayətçinin özü tərəfindən iş materiallarına əlavə edilmiş video görüntüdən svetoforun qırmızı işığının yanması və sürücünü həmin işıq yanandan sonra nəqliyyat vasitəsinin sola dönməsinin kifayət qədər aydın göründüyü müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə alaraq belə hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarını ləğv edərək, işin icraatına xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz təsdiqini tapması qənaətinə gələrək onu həmin maddə ilə təqsirli bilib barəsində inzibati tənbeh tətbiq etməkdə haqlı olmuşdur. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bu səbəbdən apellyasiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində qeyd etdiyi dəlilləri qəbul etmir və həmin dəlilləri əsassız hesab edərək onun məsuliyyətdən yayınma məqsədi güdməsi kimi qiymətləndirir. Ona görə də apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında işə baxılarkən maddi və prosessual normalara əməl olunmuş, işin tam, hərtərəfli və obyektiv araşdırılmasını istisna edən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. IXM-nin 134-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalı, hazırkı iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair şikayətinin təmin edilməməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, dərhal qanuni qüvvəyə minir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar