Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-427/2026 17.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Azərbaycan Respublikası SHXÇDX-nin Gəncə Idarəsinin etibarnamə üzrə nümayəndələri R X2 və müfəttiş X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-nin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası SHXÇDX-nin Gəncə Idarəsinin nümayəndəsi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2026-cı il tarixdə MN seriyalı, ******* nömrəli “Inzibati tənbeh vermə” haqqında qərar ona görə qəbul edilmişdir ki, o, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməmiş, bu hərəkətləri ilə IXM-in 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermiş və qeyd edilən əmələ görə o, 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı (hakim Bayramova Kəmalə) ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilmiş, onun IXM-nin 606.3-cü maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunmasına dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon şöbəsi tərəfindən qəbul edilmiş “Inzibati tənbeh vermə haqqında” MN seriyalı, ******* nömrəli, ##.##.2026-cı il Qərar ləğv verilmişdir. IŞIN HALLARI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən məhkəməyə təqdim edilmiş SX seriyalı, ******* nömrəli hərbi biletdən görünür ki, ##.##.2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon şöbəsi Qərardan şikayət verən orqan (şəxs) dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edərək təkrar tibbi müayinənin vaxtının ##.##.2024-cü il olması müəyyən edilmişdir. Inzibati xəta haqqında materiala baxan Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarı ilə razılaşmayan Azərbaycan Respublikası SHXÇDX-nin Gəncə Idarəsinin nümayəndəsi şikayət verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını və şikayətin təmin edilməməsi xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, hərbi vəzifəli Qərardan şikayət verən orqan (şəxs) 2024-cü ilin II rüb çağırış dövrü üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq hərbi vəzifəlilərin təkrar tibbi müayinəsindən keçməli idi və bu barədə ona məxsus hərbi biletdə müvafiq qeydlər aparılmışdır, lakin o, hərbi biletində göstərilmiş tarixdə tibbi müayinədən keçməkdən yayınmışdır. Qərardan şikayət verən orqan (şəxs) tibbi müayinədən yayınmağa davam etdiyi üçün ##.##.2025-ci il tarixdə ona SMS bildiriş göndərilmişdir, lakin o, tibbi müayinə olunması üçün heç bir üzürlü səbəb olmadan tibb müəssisələrinə müayinədən keçmək üçün yaxınlaşmamışdır. Bununla da onun əməlində IXM-nin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yaranmışdır. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında iştirak edən inzibati orqanın nümayəndələri R Sənan Qasımov və müfəttiş Nail Bağırlı şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdilər və şikayətin təmin edilməsini xahiş etdilər. Nail Bağırlı əlavə olaraq göstərdi ki, 2026-cı ilin may ayında Qərardan şikayət verən orqan (şəxs) təkrar tibbi müayinədən keçib. Lakin 2024-cü ilin iyul ayında Qərardan şikayət verən orqan (şəxs) təkrar tibbi müayinədən keçməli idi. Qərardan şikayət verən orqan (şəxs) 050-734-08-70 mobil nömrəsinə sms vasitəsi ilə məlumat verilmiş, lakin həmin sms-dən onun məlumatlı olubolmamasını bilmir. Buna görə də o, inzibati qaydada cərimə olunmalıdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, onun komissarlıqdan çağırış və SMS barədə xəbəri olmayıb. Onun qeyd edilən nömrəsi yoxdur. O, epilepsiya xəstəsdirir və Gəncədə yaşayır, lakin işləmir. O, 2026-cı ilin may ayında komissarlığa yaxınlaşaraq təkrar tibbi müayinədən keçmişdir. Onu heç kim komissarlığa çağırmayıb. O, ölkədən kənara çıxmamışdır. 2024-cü ildə heç kim onu komissarlığa çağırmamışdır. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini iş materialları ilə və tərəfin izahatı ilə araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialına əlavə edilmiş sənədləri təkrar etməyə zərurət görmədən qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, eləcə də düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialında olan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən təqdim edilmiş SX seriyalı, ******* nömrəli hərbi biletdən göründüyü kimi ##.##.2021-ci ildə SHXÇDX-nin Nizami rayon şöbəsi Qərardan şikayət verən orqan (şəxs) dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edərək təkrar tibbi müayinənin vaxtının ##.##.2024-cü il olması müəyyən edilmişdir. Belə olan halda Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ##.##.2024-cü il tarixdə tibbi müayinədən keçməli olduğu barədə özünün məlumatı olmasına baxmayaraq, o, müayinəyə gəlməmiş, həmin tarixdən başlayaraq inzibati xəta pozuntusuna yol verməsi öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən tibbi müayinəyə (tibbi şəhadətləndirilmə) üzrlü səbəblər olmadan gəlməməsi ##.##.2024-cü il tarixdən başladığı üçün onun əməlində IXM-nin 606.3-cü maddəsinin tərkib əlamətlərinin yaranması istisna edilmir. Lakin IXM-nin 38.1-ci maddəsinin tələbinə görə IXM-nin 606.3-cü maddəsi “Hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalar” fəslində yerləşdiyindən bu inzibati xətaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 (bir) il keçənədək verilə bilər. Apellyasiya məhkəməsi qeyd edir ki, inzibati orqan tərəfindən Qərardan şikayət verən orqan (şəxs) iki ildən sonra törətdiyi inzibati xətaya görə barəsində inzibati tənbehin tətbiq edilməsi qanuni sayıla bilməz. Bununla da birinci instansiya məhkəməsi haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraata müddətin ötürülməsi əsası ilə xitam vermişdir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-427/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-427/2026
17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver