Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-428/2026 10.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Hüquqi şəxs “X1-Nur” MMC-nin barəsində IXM-nin 539.3-cü maddəsi ilə başlanmış işin icraatına xitam verilməsinə dair Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından X3 Xidmətinin Hüquq Idarəsinin rəisi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : # #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X4 və X2 şikayəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “X1-Nur” MMC-yə uyğun olaraq müəssisəyə *-**-*/*-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli sorğu məktubu göndərilərək, məktubda qeyd olunan sənədlərin DƏMX-nin Qazax-Tovuz regional şöbəsinə təqdim edilməsi tələb edilmiş, lakin qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində təqdim olunmamışdır. Nəticədə “X1-Nur” MMC tərəfindən IXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, bu səbəbdən sonuncunun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Məhəmmədi Həvayət) ilə “X1-Nur” MMC barəsində IXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam xitam verilmişdir. IŞIN HALLARI: Iş materialında olan sənədlər: ##.##.2026-cı il tarixli məktubdan görünür ki, vətəndaş X4 və X2 “X1-Nur” MMC-də əmək hüquqlarının pozulması barədə idarəyə şikayət ilə müraciət etmişdir. Müraciətə baxılması məqsədi ilə sənədlərin DƏMX-nin Qazax-Tovuz regional şöbəsinə təqdim edilməsi xahiş edilmişdir. Inzibati xəta haqqında materiala baxan Şəmkir Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından X3 Xidmətinin Hüquq Idarəsinin rəisi şikayət verərək Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını və “X1-Nur” MMCnin inzibati məsuliyyətə cəlb olunması xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, vətəndaşların şikayətləri əsasında Xidmətin Qazax-Tovuz regional şöbəsində aparılan araşdırma zamanı "X1-Nur” MMC-yə ##.##.2026-cı il tarixli məktub göndərilərək vətəndaşların müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətin Qazax-Tovuz regional şöbəsinə verilməsi tələb olunmuşdur. Lakin tələb olunan sənədlər "X1-Nur" MMC tərəfindən təqdim edilməmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və inzibati protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən nümayəndələrin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini iş materialları ilə və tərəfin izahatı ilə araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialına əlavə edilmiş sənədləri təkrar etməyə zərurət görmədən qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, eləcə də düzgün nəticəyə gəlmişdir. Belə ki, şikayətin dəlillərindən göründüyü kimi inzibati orqan tərəfindən “X1-Nur” MMCyə ünvanladığı ##.##.2026-cı il tarixli məktubun sözügedən MMC-yə çatdırılmasını təsdiq edən hər hansı rəsmi sənəd, sübutedici materiallar, məktubun bilavasitə qəbul edilməsi və yaxud poçt vasitəsi ilə göndərildiyi halda poçt reyestri və ya xəbərnaməsi iş materialında mövcud deyil, eləcə də inzibati orqan tərəfindən təqdim olunmamışdır. Eyni zamanda inzibati orqan tərəfindən birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizəsində inzibati xəta haqqında protokolda göstərilən sənədlərin təqdim edilməsi ilə bağlı ##.##.2026-cı il tarixli sorğunun hüquqi şəxsə elektron kabinet vasitəsi ilə göndərildiyini qeyd etsə də belə, həmin tarixli məktubun həqiqətən də MMC-nin elektron kabinetinə yerləşdirilməsini təsdiq edən hər hansı çıxarış və ya mötəbər sənəd təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə iş materialında olan sənədləri şübhə altına alan mötəbər sübutlar inzibati orqan tərəfindən təqdim edilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, IXM-nin 8-ci maddəsinə görə şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi hazırkı halda DƏMX-nin Qazax-Tovuz regional şöbəsinin üzərinə qoyulsa da, həmin orqan tərəfindən apellyasiya şikayətində mübahisələndirilən dəlilləri ilə ”X1-Nur” MMC-i tərəfindən IXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunan iş materialına əlavə edilmiş sənədlərdən göründüyü kimi inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan qanunvericiliyin tələblərini düzgün qiymətləndirməmiş, tam və ətraflı araşdırma aparmadan, ”X1-Nur” MMC barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə olan halda ”X1-Nur” MMC-nin əməlində IXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Beləliklə, birinci instansiya məhkəməsi düzgün olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-428/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-428/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver