Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-429/2026 29.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 Protokolu tərtib edən orqan nümayəndəsi X3 iştirakları ilə, Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Protokolu tərtib edən orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası IXM-nin 452.3-cü maddəsi ilə ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərmişdir. Inzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəmkir şəhəri, Təzəkənd kəndində (Barlı-bağ yolunda, ərzaq və un məmulatları mağazalarının yanı) ünvanında fəaliyyət göstərən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus aptekdə ##.##.2026-cı il saat 11:30-da aptek təşkilatlarına dair tələblərin pozulması faktı aşkar edilmişdir. Nəticədə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i IXM-nin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i IXM-nin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i şikayət verərək Şəmkir rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Şəmkir rayon Məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, apellyasiya şikayətində qeyd etmişdir ki, Protokolu tərtib edən orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası IXM-nin 452.3- cü maddəsi ilə ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə qərarında qeyd olunur ki, məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərin nümayəndələri məhkəməyə gəlməmişdir. Şəmkir rayon Məhkəməsinin bu mövqeyi ilə qəti surətdə razı deyilik və bildiririk ki, məhkəmənin iclası barədə məlumatımız qərar çıxarılandan sonra olmuşdur. Bununla bağlı apellyasiya məhkəməsinin diqqətinə çatdırır ki, *(*-***)-***/**** saylı inzibati xətaya dair iş üzrə materiallar elektron məhkəmə sistemində qoşma ekran çıxarışına əsasən ##.##.2026- c il tarix, saat 17:56-da iş gününün sonunda göründüyündən, məhkəmə iclası barədə məlumatları yalnız o vaxt bəlli olmuşdur, məhkəmə prosesi isə ##.##.2026-cı il tarix, saat 09:40-da keçirilmişdir. Bununla bağlı ##.##.2026-cı il tarixdə günün birinci yarısı dərhal məhkəmə ilə telefon əlaqəsi saxlayaraq şifahi etiraz bildirmişlər, eləcə də həmin tarixdə EMS-də iş üçün səlahiyyətli nümayəndəmizin etibarnaməsini, iş yerinə dair arayışını, şəxsiyyət vəsiqəsini yerləşdirməyimizlə yanaşı, məhkəmə işi barədə gec məlumatlı olmaqlarına dair qoşma məlumatı və onun sübutuna dair EMS-dən çıxarışı da yerləşdirmişlər. Hesab edir ki, Şəmkir rayon Məhkəməsi tərəfindən mövcud işin baxılmasına dəvət üçün cəmiyyətimizlə əlaqə saxlanılmasına səy göstərilməmiş, müvafiq sms bildiriş göndərilməmiş, əks təqdirdə ən azından məhkəmə iclasını heç bir tərəfin nümayəndəsi iştirak etmədiyi üçün bir dəfə təxirə sala bilərdi. Hesab edir ki, sözügedən məhkəmə qərarı çıxarılarkən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 60-cı maddəsinin tələblərinə riayət edilməmişdir. Belə ki, həmin maddəyə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Bildiriş bu Məcəllənin 57.1 – 57.5-sі maddələrində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və va digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. Hesab edir ki, mövcud iş üzrə hüquqlarını müdafiə edilməsi üçün Şəmkir rayon Məhkəməsi tərəfindən hüquqi imkanlarımızın təmin olunması həyata keçirilməmişdir. Halbuki, bu hüquqlar Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində sadalanmışdır. Bu səbəbdən hesab edirik ki, hazırki məhkəmə qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, qeyd olunan pozuntuların qısa müddət ərzində aradan qaldırılaraq bu barədə Səhiyyə Nazirliyinə məlumat verildiyini, aptekin kənd ərazisində fəaliyyət göstərməsini və dövriyyələrinin az olmasını nəzərə alıb, təyin olunmuş cərimənin azaldılmasını xahiş etdi. Məhkəmə iclasında Protokolu tərtib edən orqan nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz etdi və şikayətin təmin edilməməsini, təyin olunmuş cərimənin məbləğinin azaldılmasına isə etiraz etmədiyini bildirdi. Şikayəti araşdıraraq, qeyd olunan izahatı dinləyərək və təqdim olunmuş inzibati materialı nəzərdən keçirib apellyasiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilməlidir. Məhkəmə şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus Şəmkir şəhəri, Təzəkənd kəndində (Barlı-bağ yolunda, ərzaq və un məmulatları mağazalarının yanı) fəaliyyət göstərən aptekdə ##.##.2026-cı il tarixində plan üzrə yoxlama aparılan zaman aptek təşkilatlarına dair tələblər pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X1 Şəxsi tərəfindən ##.##.2026-cı il tarixdə keçilmiş yoxlamanın nəticəsində sözügedən aptekdə plan üzrə növbəti yoxlama zamanı aptek təşkilatında dərman vasitələrin xüsusi saxlanması rejimini və işçi heyətinin normal iş şəraitini təmin etmək üçün aptekdə uyğun şəkildə bir-birindən ayrılmış inzibati-məişət sahələri (işçi heyət üçün otaq, müdir otağı və sarğı-material otağı) təşkil olunmaması faktı aşkar edilmişdir, bununla da, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası IXMnin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməli IXM-in 452.3-cü maddəsinin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşdüyündən birinci instansiya məhkəməsi onu həmin maddə ilə təqsirli bilməkdə haqlı olmuşdur. IXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. IXM-in 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. IXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə təyin edilmiş tənbehlə bağlı aşağıdakıları qeyd edir: IXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Inzibati qanunvericiliyinin ədalətlilik prinsipinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. IXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. IXM-in 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görəvəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəmkir şəhəri, Təzəkənd kəndində (Barlı-bağ yolunda, ərzaq və un məmulatları mağazalarının yanı) ünvanında fəaliyyət göstərən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus aptekdə ##.##.2026-cı il saat 11:30-da aptek təşkilatlarına dair tələblərin pozulması faktı aşkar edilmişdir. Nəticədə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X1 Şəxsinin pərakəndə satış əczaçılıq müəssisələrinin plan üzrə ##.##.2026-cı il tarixdə təsdiq edilmiş Ə-*** nömrəli yoxlama aktından görünür ki, yoxlama aparılan zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus aptekdə dərman vasitələrin xüsusi saxlanması rejimini və işçi heyətinin normal iş şəraitini təmin etmək üçün aptekdə uyğun şəkildə bir-birindən ayrılmış inzibati-məişət sahələri (işçi heyət üçün otaq, müdir otağı və sarğımaterial otağı) təşkil olunmaması faktı aşkar edilmişdir, faktlar üzrə IXM-nin 452.3- cü maddəsi üzrə protokol tərtib edilmişdir. Iş materiallarında olan foto şəkillərindən görünür ki, dərman vasitələrin xüsusi saxlanması rejimini və işçi heyətinin normal iş şəraitini təmin etmək üçün aptekdə uyğun şəkildə bir-birindən ayrılmış inzibati-məişət sahələri (işçi heyət üçün otaq, müdir otağı və sarğı-material otağı) təşkil olunmaması faktı aşkar edilmişdir. Iş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən ## ##### 2026-cı il tarixli KY262510674 seriyalı çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plan üzrə (növbəti) yoxlamanın keçirilməsi haqqında ##.##.2026-cı il tarixli Qərar əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus Şəmkir şəhəri, Təzəkənd kəndində (Barlı-bağ yolunda, ərzaq və un məmulatları mağazalarının yanı) ünvanında yerləşən aptekdə aparılacaq yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında ##.##.2026-cı il tarixli 3- 28-1/3-2- ***/**** saylı Qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus Şəmkir şəhəri, Təzəkənd kəndində (Barlı-bağ yolunda, ərzaq və un məmulatları mağazalarının yanı) ünvanında yerləşən aptekdə AEM-nin Əczaçılıq müfəttişliyi şöbəsinin tərəfindən plan üzrə (növbəti) yoxlamanın keçirilməsi qərara alınmışdır. Iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X1 Şəxsinin ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** saylı məktubundan görünür ki, Şəmkir şəhəri, Təzəkənd kəndində (Barlı-bağ yolunda, ərzaq və un məmulatları mağazalarının yanı) ünvanında yerləşən aptekdə keçiriləcək yoxlama barədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məlumat verilmişdir. Iş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X1 Şəxsə ünvanlanmış ##.##.2026-cı il tarixli məktudan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Şəmkir şəhəri, Təzəkənd kəndində (Barlı-bağ yolunda, ərzaq və un məmulatları mağazalarının yanı) ünvanında yerləşən aptekdə keçirilmiş yoxlama nəticəsində aşkar olunmuş pozuntular aradan qaldırılmışdır. Birinci instansiya məhkəməsi inzibati tənbeh təyin edərkən hesab etmişdir ki, məhkəmə araşdırması zamanı hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Lakin apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ədalətlilik prinsiplərinə əsaslanmamışdır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, hüquqi şəxs tərəfindən törədilmiş inzibati xəta faktı öz təsdiqini tapsa da, tətbiq edilmiş 2000 manat məbləğində inzibati cərimə törədilmiş xətanın xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və iş üzrə mövcud yüngülləşdirici hallara tam uyğun deyildir. Hüquqi şəxsin əvvəllər analoji inzibati məsuliyyətə cəlb olunmaması, inzibati xəta nəticəsində hər hansı ağır nəticələrin baş verməməsi inzibati tənbehin fərdiləşdirilməsi prinsipinə uyğun olaraq daha yüngül inzibati tənbeh tətbiq edilməsinin mümkün olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini və təyin edilməsinin ümumi qaydalarını nəzərdə tutan müddəalarına əsasən, tənbeh ədalətli və törədilmiş xətaya mütənasib olmalıdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin təyin etdiyi 2000 manat məbləğində inzibati cərimənin həddi azaldılaraq 1000 manat məbləğinə endirilməlidir. Qanunverici IXM-in 32.1.1- 2.1.7-ci maddələrində inzibati məsuliyyəti yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. IXM-in 32.2-ci maddəsinə görə, inzibati tənbeh tətbiq edilərkən həmin Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Beləliklə, IXM-in 32-ci maddəsinin məzmunundan görünür ki, inzibati məsuliyyəti yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş inzibati xətaya aid olan və müvafiq olaraq inzibati xəta törədənin özünün və əməlinin təhlükəliliyini azaldan və inzibati xəta tərkibindən kənarda qalan müxtəlif hallardır. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, inzibati tənbeh təyini zamanı inzibati xəta törətmiş şəxsin barəsində olan bütün yüngülləşdirici hallar, inzibati xəta törədildikdən sonrakı davranışı, təyin olunmuş inzibati tənbehin onun ailə üzvlərinin həyat şəraitinə təsiri səviyyəsi nəzərə alınmalıdır. Inzibati xətalar qanunvericiliyinin ədalət prinsipinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində yuxarıda qeyd olunan hallar nəzərə alınaraq ona təyin olunmuş 2000 manat məbləğində inzibati cərimə məbləği azaldılaraq 1000 manat məbləğinə endirilməlidir. Məhkəmə yuxarıda sadalanan halları nəzərə alaraq, ona qanunla nəzərdə tutulmuş güzəşt edilməsini və ona cərimə tənbehinin həddinin endirilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənləri yekunlaşdıraraq apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin IXM-in 452.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-159)-388/2026 qərarı dəyişdirilməlidir. Şərh olunanları və IXM-in 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilsin. Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə təyin edilmiş 2000 manat məbləğində inzibati cərimənin həddi azaldılaraq 1000 manat məbləğinə endirilsin. Qərarın icrası barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin qeydiyyat yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Sədrlik edən: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №3(3-7)-429/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-429/2026
29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver