Məhkəmə qərarları › İş №3(3-7)-431/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-431/2026

25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-431/2026 25.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X2 iclas katibliyi ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-nin) 327.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Tərtər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarından Bakı Şəhər Baş X1 Idarəsinin Dövlət Yol Polis Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-nin 327.1-1-ci maddəsi ilə ##.##.2026-cı il tarixdə saat 10:48-də EQ ******** saylı inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir ondan ötrü ki, o, ##.##.2026-cı il tarixdə saat 11:44-də idarə etdiyi “HyundaI Terracan” minik markalı ** UF *** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda hərəkət edərək IXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X1 Idarəsi tərəfindən əsassız olaraq texniki səhv tərtib edilmiş ##.##.2026-cı il tarixli EQ ******** nömrəli elektron qərarın etibarsız hesab edilməsi və qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim K.A.Rzayev) Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilərək barəsində ##.##.2026-cı il tarixdə qəbul edilmiş EQ ******** nömrəli elektron qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Bakı Şəhər Baş X1 Idarəsinin Dövlət Yol Polis Idarəsi tərəfindən apellyasiya şikayəti verilərək Tərtər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarının ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-nin 327.1-1-ci maddəsinə əsasən xüsusi texniki vasitə ilə qəbul edilmiş ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Hakim qərarda məhkəmə iclasının vaxtı və yeri barədə məlumatın Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X1 Idarəsinə göndərildiyini göstərmişdir. Halbuki inzibati tənbeh vermə haqqında elektron qərarı qəbul etmiş orqan Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsi olmuşdur. Hakim tərəfindən məhz Bakı şəhəri BPI DYPI-nin deyil, başqa hüquqi statusa və səlahiyyətlərə malik olan BDYPI-nin məlumatlandırılması iş üzrə iştirak etməli olan orqanın lazımi qaydada xəbərdar edilməsi kimi qiymətləndirilə bilməz. Əgər hakim çağırışı iş üzrə iştirak edən müvafiq orqana deyil, başqa quruma göndəribsə, həmin orqanın məhkəmə iclasına gəlməməsi onun xəbərdar edilməməsinin nəticəsi ola bilər və bu halda işə həmin orqanın iştirakı olmadan baxılması prosessual pozuntu hesab edilə bilər. Bundan başqa, məhkəmə iş üzrə faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Inzibati xəta xüsusi texniki vasitə ilə qeydə alınmış və bu hal sürücünün "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğunu təsdiq edir. Hakim təqdim edilmiş materialların sübut kimi qiymətləndirilməsində düzgün nəticəyə gəlməmişdir. Bundan əlavə, hakim inzibati tənbeh vermə haqqında qərarda göstərilən tarix və saatla bağlı texniki xarakterli uyğunsuzluğu inzibati xətanın ümumiyyətlə baş verməməsi və şəxsin təqsirsizliyi nəticəsinə gətirib çıxarmışdır. Halbuki iş materiallarında mövcud olan foto-video qeydlər, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, inzibati tənbeh vermə haqqında elektron qərarda elektron məlumatlar və digər sübutlar hakim tərəfindən tam və hərtərəfli qiymətləndirilməmişdir. Birinci instansiya məhkəməsinin hakimi iş üzrə gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, həmçinin iş üçün əhəmiyyətli olan halları araşdırıb hüquqi qiymət verməmişdir. Bundan əlavə, Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmi təqdim edilməmişdir”. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026 saat 11:44-də idarə etdiyi “HyundaI Terracan” minik markalı ** UF *** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən IXM-nin 327.1-1-ci maddəsi ilə inzibati xəta törətmiş, barəsində EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin maddə ilə 100 manat cərimə edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə əsasən ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarda anlaşılmamazlıq aşkar edilmişdir. Belə ki, məhkəmədə elan edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətində, Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanı törətməsi ##.##.2026 saat 11:44, eləcə də ##.##.2026-cı il tarixdə saat 10:48 kimi qeyd edilmişdir. Bu hal Qərardan şikayət verən orqan (şəxs) həmin vaxt inzibati xəta törətməsinin dəqiqliyini şübhə altına alır. Bu da Qərardan şikayət verən orqan (şəxs) həmin vaxt IXM-nin 327.1-1-ci maddəsinin tələblərini pozmaması və inzibati xəta törətməməsi anlamını verir. Yəni inzibati qərarın düzgün formada tərtib olunmayaraq qəbul edilməsi Qərardan şikayət verən orqan (şəxs) qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olmaması kimi qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmayaraq hesab edir ki, məhkəmə iş üzrə tam, hərtərəfli, obyektiv araşdırma aparmadan əsassız olaraq iş üzrə icraata xitam vermişdir. Belə ki, birinci instansiya məhkəməsi öz qərarında inzibati tənbeh vermə haqqında qərarda Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanı törətməsinin ##.##.2026 saat 11:44, eləcə də ##.##.2026-cı il tarixdə saat 10:48 kimi qeyd edildiyini göstərərək bu halın Qərardan şikayət verən orqan (şəxs) həmin vaxt inzibati xəta törətməsinin dəqiqliyini şübhə altına saldığını qeyd etmişdir. Lakin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi Bakı Şəhər Baş X1 Idarəsinin Dövlət Yol Polis Idarəsinin nümayəndəsinin iştirakını təmin edərək qeyd olunan şübhəni aradan qaldırmalı olduğu təqdirdə nümayəndənin iştirakı təmin edilmədən əsassız olaraq iş üzrə icraata xitam vermişdir. Həmçinin mübahisə olunan qərardan görünür ki, birinci instansiya məhkəməsi məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X1 Idarəsinə məlumat verməli olduğu halda, yanlışlıqla Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X1 Idarəsinə məlumat göndərmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakını təmin etmədən, işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmadan əsassız qərar qəbul etmişdir. IXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. IXM-nin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda apellyasiya instansyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Odur ki, apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli, iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Tərtər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Bakı Şəhər Baş X1 Idarəsinin Dövlət Yol Polis Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ##### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarı ləğv edilsin və iş yenidən araşdırılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar