Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-432/2026 03.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı (hakim Mustafayev Rəşad) qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilmişdir. IŞIN HALLARI: Elektron Məhkəmə Informasiya Sistemindən çıxarılmış və iş materiallarına əlavə edilmiş məlumatdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Zərərçəkmiş şəxs birgə nigahdan ##.##.2020-ci il təvəllüdlü X1 və ##.##.2018-ci il təvəllüdlü X2 adlı uşaqları vardır. Göygöl Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs azyaşlı uşağı ## ###### 2018-ci il təvəllüdlü X2 ilə ünsiyyətdə olmaq üçün hər həftənin şənbə günü saat 10:00-dan 17:00-dək görüş verilməsi qət edilmişdir. Göygöl Rayon Icra və Probasiya Şöbəsinin ##.##.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, icra sənədi üzrə ##.##.2021-ci il tarixdə icraat başlanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin ## ##### 2022-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs azyaşlı övladı ## ###### 2020-ci il təvəllüdlü X1 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə günü saat 11:00-dan saat 13:00-dək görüş verilməsi qət edilmişdir. Göygöl Rayon Icra və Probasiya Şöbəsinin ##.##.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin ## ##### 2022-ci il tarixli icra sənədi üzrə ##.##.2022-ci il tarixdə icraat başlanmışdır. Göygöl Rayon Icra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli axtarış haqqında qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmişdir. Göygöl Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarından görünür ki, Həsənova Aytən Natiq qızının barəsində IXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarından görünür ki, Bayramova (Həsənova) Aytən Natiq qızı IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, onun barəsində 500 (beş yüz) manat məbləğin cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarından görünür ki, Bayramova (Həsənova) Aytən Natiq qızının IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair şikayəti təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarı ləğv edilmiş və Bayramova (Həsənova) Aytən Natiq qızının barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Göygöl Rayon Icra və Probasiya şöbəsinə Zərərçəkmiş şəxs tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ərizədən görünür ki, Göygöl Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli icra vərəqəsinə əsasən o, övladı X2 ilə həftənin şənbə günü saat 10:00-dan 17:00-dək görüşməli, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli Icra vərəqəsinə əsasən digər övladı X3 ilə həftənin şənbə günləri 11:00-dan saat 13:00-dək görüşməlidir. Məhkəmə qərarının icraasından Həsənova (Bayramova) Aytən Natiq qızı qərəzli olaraq yayınır. Belə ki, 4 həftədir ki, o, Aytənin yaşadığı ünvanına getməyinə baxmayaraq qarşı tərəf uşaqlarını onunla görüşdürməkdən əsasız olaraq yayınır. Həsənova (Bayramova) Aytən Natiq qızı barəsində Məcbur Icra tədbirlərinin görülməsini və onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Göygöl Rayon Icra və Probasiya şöbəsinə Zərərçəkmiş şəxs tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ərizədən görünür ki, Həsənova (Bayramova) Aytən Natiq qızı qərəzli olaraq uşaqlarını onunla görüşdürməkdən qəsdən yayınır. Belə ki, iki həftədir ki, uşaqları ilə onu görüşdürmür. Əsassız olaraq yayınır. Odur ki, borclu Həsənova (Bayramova) Aytən Natiq qızının inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Göygöl RIPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2022-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs azyaşlı övladı ##.##.2020-ci il təvəllüdlü Nihatla ünsiyyətdə olması, hər həftənin saat 11:00-dan 13:00-dək Həsənova Aytən Natiq qızına görüş verilməsi qət edilmişdir. Inzibati xəta haqqında iş üzrə materiala baxan Göygöl Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Aytən Bayramovun etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etmiş və şikayətin təmin olunmasını xahiş etmişdir. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi, barəsində inzibati tənbeh tətbiq edilmiş və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. IXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini işin materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində icra məmuru Ruslan Əliyev izahatında protokolu müdafiə edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Zərərçəkmiş şəxs izahatında 3 ildir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən övladları ilə görüşə mane yaratdığından övladları ilə ünsiyyət yarada bilmir, ona görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında ona vaxt verilsə də, Zərərçəkmiş şəxs uşaqları ilə görüşünə imkan yaratmayacağını, Zərərçəkmiş şəxs uşaqları ilə görüşməsini istəmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini düzgün tövsif etmiş, çünki iş materialında olan icra vərəqəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi onun üzərinə müəyyən hərəkətlər üzrə öhdəliklərin yerinə yetirilməsi nəzərdə tutulsa da, o, həmin öhdəliklərin yerinə yetirilməsini müxtəlif bəhanələr (uşaqların atasının psixoloji problemləri olmasını, aliment öhdəliyini yerinə yetirməməsini) gətirərək üzrsüz səbəbdən icra etməmişdir. ”Icra haqqında” qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə əməldə IXM-nin 528.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olması barədə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətində göstərdiyi xüsusatlar hazırki vəziyyətdə Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli icra vərəqəsinin yerinə yetirilməməsinə əsas verə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələrdən ibarət olduğu üçün sonuncunun məsuliyyətdən yayınması kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş tənbeh IXM-nin 21 və 31-ci maddəsinin tələblərinə uyğundur. Apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-nin 133-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-432/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-432/2026
03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver