Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-433/2026 02.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və nümayəndəsi-vəkil Nümayəndə iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxsin nümayəndəsi-vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli icra vərəqəsinə əsasən X2 yetirilmiş xəsarətlər nəticəsində Zərərçəkmiş şəxs tərəfindən xərclənmiş 50.000 ABŞ dolları (ödəniş gününə Azərbayan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun manatla), 12000 (on iki min) manat məbləğində mənəvi ziyan və ödənilmiş 390 manat dövlət rüsumunun təqsirləndirilən şəxs və mülki cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq mülki iddiaçı zərərçəkmiş şəxs X2 qanuni nümayədəsi Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair ## #### 2026-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 528.1-ci mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi-vəkil Nümayəndə apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarını borclu həbsdən çıxdıqdan sonrakı dövr ərzində əmək haqqının əlli faizi həcmində hər ay borcundan ödənişlər etməsi, borcu ödəməyə çalışması və borclunun hazırda kifayət qədər vəsaitə malik olmasını təsdiq edən hallarla əsaslandırmışdır. Buna görə də, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXMnin 528.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmək olmur. Bundan başqa o, borcu bu günədək tam ödəyə bilməməsini həbsdə olması və uzun müddət işləməməsi və gəlirinin aşağı olması ilə əlaqələndirmiş, icra sənədinin icrasından qərəzli yayınması nəticəsinə gələcək hər hansı hərəkətə yol verməmişdir. Belə ki, borclu ödənişlərini aylıq 200 manat olmaqla həyata keçirir, borclu tərəfindən 2025-ci ilin noyabr ayında 200 manat, dekabr ayında 150 manat, 2026cı ilin yanvar ayında 200 manat, fevral ayında 200 manat, mart ayında 200 manat, aprel ayında 200 manat, may ayında 200 manat davamlı olmaqla ümumilikdə 1350 manat ödəniş edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcunun olmasında heç bir qərəzliliyi yoxdur, sadəcə olaraq maddi imkanı borcu bütövlükdə ödəməyə yol vermir “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun AR-nın qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Hazırkı halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən proses iştirakçılarının izahatlarında göstərdikləri xüsusatlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarını məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, məhkəmə qətnaməsi icraya yönəlməsindən müəyyən müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün “İcra haqqında” qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən və qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən və bu imkanlar araşdırılmadan, borcluya tələbin könüllü icrası barədə bildirişi təqdim etdiyi gün barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Birinci instansiya məhkəməsi borclunun birtərəfli və manipulyativ izahatlarına əsaslanaraq, onun əməllərindəki açıq qərəzlilik əməllərini hüquqi qiymətləndirmədən kənarda saxlamışdır. Borclu subyektiv və qərəzli niyyətlə mütəmadi olaraq rəsmi qeydiyyatsız yaşayış yerini dəyişir. Bu hərəkətlərin yeganə məqsədi-icra sənədinin bir icra idarəsindən digərinə ötürülməsinə nail olmaq, sənədləşmə işlərini süni şəkildə yenidən başlatmaq, əsassız şikayətlərə vaxt qazanmaq və icraatın icrasını sonsuzadək gecikdirməkdir. Məhkəmə borclunun cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra borcu hissə-hissə (aylıq 150-200 manat olmaqla, birlikdə 1350 manat) ödəməsini “xoş niyyət” kimi qəbul etsə də, bu, real mənzərəni gizlətmək üçün seçilmiş bir taktikadır.Yaşayış yerinin əsassız və mütəmadi dəyişdirilməsi “İcra haqqında” AR Qanununun tələblərinə zidd olaraq, borclunun icra məmurunu və tələbkarı qəsdən yayındırmaq niyyətini (qərəzliliyini) birbaşa sübut edir. Məhkəmə qərarında icra məmurunun borcluya bildiriş təqdim etdiyi gün protokol tərtib etdiyi və ona könüllü icra imkanı tanımadığı iddia olunur. Bu nəticə həm maddi, həm də prosessual hüquq normaları baxımından tamamilə qanunsuzdur. Borclunun özünün etiraf etdiyi və hakimin qərarda istinad etdiyi faktlar (2025-ci ilin noyabr ayından etibarən hissə-hissə ödənişlərin edilməsi) sübut edir ki, borclu icra sənədindən və məhkəmə qətnaməsindən aylardır tam və ətraflı xəbərdardır. Hətta Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, R Qəribağa Mirhəşimov tərəfindən qəbul edilmiş icra sənədinin aidiyyatı üzrə göndərilməsi haqqında ##.##.2025-ci il tarixli qərarında qeyd edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus ***-***-**-** nömrəli mobil telefon ilə əlaqə saxlanılmış və borclu Binəqədi rayonunda yaşadığını bildirmişdir. İcraat barədə məlumatlı olan, prosesi mütəmadi izləyən və aylarla qəsdən tam icradan yayınan şəxs barəsində qanunauyğun qaydada protokolun tərtib edilməsini “gözlənilməz” addım kimi qiymətləndirmək hüquq və məntiq qaydalarına tamamilə ziddir. İcra sənədi üzrə borclunun ümumi borcu 97 000(doxsan yeddi min) manat təşkil edir. Borclunun aylıq 200 manat (illik cəmi 2400 manat) ödəməsi, bu borcun tam bağlanması üçün düz 40 ildən artıq vaxt tələb edir. Birinci instansiya məhkəməsi və ya inzibati xəta işinə baxan hakim özbaşına olaraq bu gülünc ödəniş qrafikini qanuni hesab etməklə, faktiki olaraq borcluya qanunsuz icra möhləti tanımış və icraatı dondurmuşdur. Bu, tələbkarın mülkiyyət və məhkəmə müdafiəsi hüququnun kobud şəkildə pozulmasıdır. Borclunun “maddi imkanım yoxdur” bəhanəsi isə tamamilə qeyrisəmimidir. Müəyyən edilmişdir ki, borclunun mülkiyyətində olan torpaq sahəsi satılmış, lakin əldə edilən külli miqdarda vəsait azyaşlı uşağın müalicəsinə və borcun bağlanmasına yönəldilmək əvəzinə, qəsdən gizlədilərək şəxsi ehtiyaclara xərclənmişdir. Belə ki, borclu həkimə ödədiyi 1500 manat pulu sonradan həkimdən geri almışdır. 30.000 manat kimi məbləği isə ümumiyyətlə tələbkara verməmişdir. Uşağın sağlamlığına yönələn maliyyə vəsaitini geri alacaq qədər pis niyyətli davranan bir şəxsin “xoşniyyətlilik” iddiası hüquqi profanasiyadır. Borclunun rəsmi işinin olmaması onun gizlədilən qeyri-rəsmi gəlirlərinin və real maddi imkanlarının araşdırılmasına mane olmamalıdır. Bu iş adi bir mülki-kommersiya müqavi9ləsindən yaranan öhdəlik deyil. Sözügedən 97 000 manat məbləğində vəsait – borclunun törətdiyi cinayət əməli nəticəsində ağır xəsarətlər almış və ömürlük əlil qalmış azyaşlı uşağa vurulmuş maddi və mənəvi ziyan əvəzidir. Bu pul xəstə uşağın xəstəliyi, dərman və təcili tibbi müdaxilə ehtiyacları real zaman rejimində baş verir. Tibbi böhranı və insan həyatını 40 illik qrafikə bölmək fiziki və bioloji olaraq qeyrimümkündür. Apellyasiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs və onun nümayəndəsi-vəkil apellyasiya şikayətini müdafiə etdi və şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayətə etiraz etdi və təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını işin müəyyən olunmuş halları əsasında yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli icra vərəqəsinə əsasən X2 yetirilmiş xəsarətlər nəticəsində Zərərçəkmiş şəxs tərəfindən xərclənmiş 50.000 ABŞ dolları (ödəniş gününə Azərbayan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun manatla), 12000 (on iki min) manat məbləğində mənəvi ziyan və ödənilmiş 390 manat dövlət rüsumunun təqsirləndirilən şəxs və mülki cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq mülki iddiaçı zərərçəkmiş şəxs X2 qanuni nümayədəsi Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır; Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edimiş ## ###### 2024-cü il tarixli, *(***)-****/****-*** nömrəli icraata başlamaq haqqında qərarına əsasən icra sənədi üzrə icraata başlanılması və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 10 gün ərzində icranı könüllü olaraq təmin etməsi qərara alınmışdır. “Tələbin könüllü icrası haqqında” ## ###### 2024-cü il tarixli bildirişdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. Bildiriş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqdim edilmişdir; “İcra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərara əsasən Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli icra vərəqinin icra edilməsi üçün Binəqədi rayon İcra Şöbəsinə göndəriməsi qərara alınmışdır; “İcra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında” ## #### 2026-cı il tarixli qərara əsasən Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli icra vərəqinin icra edilməsi üçün Göygöl rayon İcra və Probasiya Şöbəsinə göndəriməsi qərara alınmışdır; “Borclunun axtarışı haqqında” Binəqədi rayon İcra Şöbəsinin ## ###### 2025-ci il tarixli qərarına əsasən ##.##.1983-cu ildə Basarkeçər rayonunda anadan olmuş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmişdir; İnzibati xəta haqqında edilmiş ## #### 2026-cı il tarixli MN ******* nömrəli Göygöl rayonu İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcundan cəmir 1350 manat ödəniş etmişdir, hazırda 50000 (əlli min) ABŞ dolları və 11040 (on bir min qırx) manat borcu qalmaqdadır, hər ay isə 200 manat ödəniş edir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixli Göygöl rayon İcra və Probasiya şöbəsində verdiyi yazılı izahatında qeyd olunur ki, o, özünü təqsirli bilmir, o işləyir və əlinə nə düşürsə borcundan ödəyir. 400 manat əmək haqqı alır və himayəsində 3 uşağı vardır, başqa əmlakı və gəliri yoxdur. Hazırda işləyir və əlindən gəldiyi qədər borcundan ödəyir. Borcun ödənməsindən yayınmır. Daha yüksək əmək haqqı alacağı işə girəcəyi təqdirdə borcundan daha çox ödənişlər edəcəyini bildirmişdir. İXM-nin 528.1-ci maddəsində qeyd olunan inzibati xətanın obyekti ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış ayrı-ayrı hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafeyi olmaqla, obyektiv cəhətdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmədə, həmin məhkəmə qətnaməsinin icrasına maneçilik törətmədə, habelə icra ilə əlaqədar icra məmurlarının qanuni tələblərini icra etməmədə ifadə olunur. İnzibati hüquq nəzəriyyəsində məhkəmə qətnaməsini, hökmünü, qərarını və yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə onda ehtiva olunur ki, təqsirkar şəxsə yazılı şəkildə məhkəmə qərarının icra edilməsi barədə xəbərdarlıq edilmiş olsun, həmin xəbərdarlıqdan və icra məmurlarının qanuni tələblərindən təqsirkar şəxsin məlumatı olsun və hər hansı üzrlü səbəb göstərmədən həmin hərəkətlərini davam etdirmiş olsun. Apellyasiya məhkəməsi hesab edir ki, yuxarıda qeyd olunan səbəblərdən birinci instansiya məhkəməsinin işə mövcud materiallar əsasında baxması, daha doğrusu işin mövcud faktiki hallarını qiymətləndirməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs açıq-aşkar qərəzli şəkildə icra sənədi üzrə tələbdən yayınması ilə bağlı icra işində olan sübutların nəzərə alınması və bununla obyektiv həqiqətin müəyyən edilməsi daha düzgün qərarın qəbul edilməsi ilə nəticələnə bilərdi. Birinci instansiya məhkəməsi tərəfindən isə işin faktiki halları və iş materiallarında olan sübutlar nəzərə alınmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, apellyasiya instansiya məhkəməsi işə mahiyyəti üzrə baxan məhkəmə kimi yuxarıda qeyd olunan halları özü tam, hərtərəfli və obyektiv araşdırmaqla qanuni və əsaslı qərar qəbul edilməsinə nail olmalıdır. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə öhdəliyini qərəzli şəkildə icra etməmiş və icradan yayınmışdır, bu hal icra işində olan materiallarla öz təsdiqini tapır. Beləliklə, apellyasiya instansiyası hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli İXM-in 528.1-ci maddəsinin dispozisiyasında göstərilən halla tam üst-üstə düşür və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2- 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən hesab edirəm ki, zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməli, Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106,109 və 118-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5-124)-338/2026 nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşayış yeri üzrə icra və probasiya Şöbəsinə həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-433/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-433/2026
02.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver