Məhkəmə qərarları › İş №3(3-7)-434/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-434/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-434/2026 10.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X7 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 199-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Kəlbəcər Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ## ##### 2026-cı il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol əsasında X12 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsinin rəisi Abdullayev Ruslan İsmayıl oğlu tərəfindən ## ##### 2026-cı il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş qərara əsasən, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti Kəlbəcər şəhərində 1-ci yaşayış məhəlləsinin yaşayış binasında yaradılmadığından Qarabağ RQİİ-nin çilingəri X6 xəsarət aldığı müəyyən edilmiş, nəticədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 199-cu maddəsi ilə təqsirli bilinib 700 (yeddi yüz) manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) Xankəndi Şəhər Məhkəməsinə yazılı şikayət verərək, X12 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsi tərəfindən tərtib edilən ## ##### 2026-cı il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş ## ##### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xankəndi Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsi tərəfindən tərtib olunmuş ## ##### 2026-ci il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş ## ##### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin inzibati materialla birlikdə aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kəlbəcər Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim H.S.Qəniyev) Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməsi, Qərarından şikayət verilən orqan rəisi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## ##### 2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 199-cu maddəsi ilə olan inzibati xəta haqqında hazırki işin icraatına İXM-nin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək Kəlbəcər Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## ##### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Qərardan şikayət verən orqan (şəxs) SOCAR-ın "Azəriqaz” İB-nin X3 İstismarı İdarəsində baş mühəndis vəzifəsində çalışır. ## ###### 2025-ci il tarixdə saat 17:40 radələrində Kəlbəcər şəhərinə köçlə bağlı yaşayış binalarında qaz təchizatının yoxlanılması, qaz sızıntı hallarının qarşısının alınması, istifadəyə yararlılığının yoxlanılması zamanı yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə baxış keçirilərkən Qarabağ RQİİ-nin Kəlbəcər xidmət sahəsinin qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri X6 mənzilin eyvanında qazın verilməsini yoxlayarkən kibritdən istifadə etməsi ilə baş vermiş ani yanğın səbəbindən bədənin üst nahiyəsinin müxtəlif hissələrindən yanıq xəsarəti alması nəticəsində bədbəxt hadisə baş vermişdir. İş materiallarına əlavə edilmiş Kəlbəcər Rayon Prokurorluğunun ## ####### 2025-ci il tarixli "Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" qərarın surətindən görünür ki, Məhkəmə-yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının # ####### 2025-ci il tarixli **/**** nömrəli rəyinə əsasən, qaz kəmərlərinə qaz buraxılma işi ixtisaslaşdırılmış birqadalara həvalə edilmədiyinə və xəttlərin üfürülməsi prosesi təhlükəsiz üsulla aparılmadığına görə baş vermiş hadisə ilə "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın 9.19 və 9.22-ci maddələrinin tələbləri pozulmuşdur; Qaz kəmərlərinə qaz buraxılma işi ixtisaslaşdırılmış birqadalara həvalə edilmədiyinə və xətlərin üfürülməsi prosesi təhlükəsiz üsulla aparılması təmin edilmədiyinə görə "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın 9.19 və 9.22-ci maddələrinin tələbləri X3 İstismar İdarəsinin baş mühəndisi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən pozulmuşdur. İş materiallarına əlavə edilmiş təhqiqat aktının surətindən görünür ki, X3 İstismar İdarəsinin işçisi X6 "Qaz kəmərlərinin avadanlıqlarının istismarı, qəza dispetçer xidmətinin Qaz təsərrüfatında qəza-bərpa işləri üzrə çilingərin təhlükəsizlik texnikası təlimatı" nın "1.Ümumi tələblər" bölməsinin 1.3-cü (qaz təsərrüfatında qəza-bərpa işləri üzrə çilingəri bilməlidir: Təbii qazın fiziki-kimyəvi xassələrini, onunla davranma və ondan istifadə qaydalarını; Qaz kəmərlərinin hermetikliyinin yoxlanılması və ötürülməsi qaydalarını; Propan-butan, asetilen və oksigen balonlarının quruluşunu, onlarla davranmağı, daşınması, saxlanılması və istismarı qaydalarını; Fərdi və kollektiv fərdi mühafizə vasitələrindən istifadə qaydalarını; Qaz təhlükəli işlərin yerinə yetirilməsi qaydalarını, özünə və iş yoldaşına ilkin tibbi yardım göstərməyi) tələblərinə riayət edilməməsi müəyyən edilmişdir. X6 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.## 2000-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"na müvafiq olaraq IZ formalı aktla rəsmiləşdirilməli və "Dost İş Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətində uçota alınmalıdır. Təhqiqat zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 222ci maddəsinin (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi) 1-ci hissəsinin (İşəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir...) və 2-ci hissəsinin (İşəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir) tələbləri pozulmuşdur. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən İbrahimov Əflatun Əjdər oğlunun əməlində İXM-nin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir”. Apellyasiya şikayətinə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən etiraz ərizəsi ünvanlanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Hüquq İdarəsinin Kəlbəcər Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarından verilmiş apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, “DƏMX apellyasiya şikayətində Kəlbəcər Rayon Prokurorluğunun ##.##.2025-ci il tarixli "cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" qərarının 6-cı səhifəsinin 6-cı abzasına istinad etmişdir: "Qaz kəmərlərinə qaz buraxılma işi ixtisaslaşdırılmış birqadalara həvalə edilmədiyinə və xətlərin üfürülməsi prosesi təhlükəsiz üsulla aparılması təmin edilmədiyinə görə "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın 9.19 və 9.22-ci maddələrinin tələbləri X3 İstismar Idarəsinin baş mühəndisi Qərardan şikayət verən orqan (şəxs) Faxərəddin oğlu tərəfindən pozulmuşdur". Lakin, DƏMX Kəlbəcər Rayon Prokurorluğunun ##.##.2025-ci il tarixli "cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" qərarının 7-ci səhifəsinin 9 və 10-cu abzaslarını nəzərə almamışdır: "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın 9.19 va 9.22-ci maddələrinin tələblərinin Qərardan şikayət verən orqan (şəxs) Faxərəddin oğlu tərəfindən pozulması intizam məsuliyyətidir. Belə ki, baş vermiş nəticə ilə birbaşa olaraq Qərardan şikayət verən orqan (şəxs) əməli arasında səbəbli əlaqə mövcud deyildir. Belə ki, hadisənin baş verməsi birbaşa olaraq X6 Qaz xəttindən üfürülən qazhava qarışığını eyvana buraxdığına və üfürmənin nəticəsini qaz-hava qarışığının toplandığı eyvanda açıq alovdan istifadə etməklə (kibrit yandırmaqla) yoxladığına görə baş vermişdir. Qaz kəmərlərinə qaz buraxılma işi ixtisaslaşdırılmış birqadalara həvalə edilməməsi işinin peşəkarı olan, müvafiq kurslara cəlb edilmiş, "Əməyin mühafizəsi və texniki təhlükəsizlik texnikası qaydaları", "Peşə hazırlığı" seritfikasiyalardan keçmiş, "Qaz təsərrüfatında qəza-bərpa işləri üzrə çilingərin təhlükəsizlik texnikası Təlimatı" və digər təlimat qaydaları ilə təlimatlandırılmış Məftun Sadıqzadənin gaz-hava qarışığının toplandığı eyvanda açıq alovdan istifadə etməsi ilə Qaz kəmərlərinə qaz buraxılma işi ixtisaslaşdırılmış birqadalara həvalə edilməməsi əməli arasında heç bir səbəbli əlaqə mövcud deyildir. Kəlbəcər Rayon Prokurorluğunun ##.##.2025ci il tarixli "cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" qərarının 9-cu səhifəsinin 1-ci abzasında qeyd edilir: "Bundan başqa araşdırma zamanı digər inzibati xətta, o cümlədən əməyin mühafizəsi qaydalarının pozulması faktının aşkar edilməməsi nəzərə alınmalıdır". DƏMX bu nəticələri təkzib edən yeni sübut təqdim etməmişdir. Təhqiqat komissiyasının 3 üzvündən ikisinin təqsirini istisna edən xüsusi rəyləri var. Nəzərə alınmamışdır. DƏMX inzibati xətanın və təqsirin konkret nədə ehtiva olunduğunu, təqsirin dərəcəsini müəyyən etməmişdir. DƏMX bu inzibati xətanın və təqsirin nədə ehtiva olunduğu dəqiq və konkret müəyyən edilməli idi. Ümumiyyətlə DƏMX ilk öncə müəyyənləşdirməli idi ki: Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti dedikdə nə nəzərdə tutmuşlar? Bu şərait necə olmalı idi və yaxud necə olmamışdır? Baş mühəndis bu şəraiti necə təmin etməli idi, yaxud necə təmin etməmişdir? Baş mühəndis olaraq o, konkret hansı hərəkət(lər)i və ya hərəkətsizliyi etməmişdir? Həmin hərəkət və ya hərəkətsizlik hadisəyə necə səbəb olub? İşçinin qabaqcadan proqnozlaşdırılması mümkün olmayan fərdi və qaydalara zidd davranışına görə vəzifəli şəxsin avtomatik məsuliyyəti yaranırmı? Baş vermiş hadisə ilə onun əməli arasında səbəbli əlaqəni müəyyən etməmişdir. DƏMX bütün təhqiqat araşdırması zamanı məndən izahat tələb etməmiş, izahatdan imtina barədə akt mövcud deyildir və ya hadisənin təhqiq edilməsinə bu və ya digər formada cəlb etməmişdir. Bunu təsdiq edən hər hansı sübut da əlavə etməmişlər. Qanunvericiliyin tələbinə görə hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin İXMnin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. İXM-nin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, hesab edir ki, İnzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxsin) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Odur ki, aidiyyəti orqan protokol tərtib edərkən və ya qərar qəbul edərkən cavabdehlik anlayışının mahiyyətini nəzərə almadığı kimi, inzibati xəta tərkibinin nədə ehtiva olunduğunu da nəzərə almamışdır. Bir şəxsin hər hansı vəzifədə çalışması onun baş vermiş və ya verə biləcək bütün hadisələr zamanı inzibati məsuliyyətini yaratması və yaradacağı mənasına gəlmir. Bunun üçün əməldə inzibati xəta tərkibi olmalı, inzibati xəta tərkibi olması üçün isə "tərkib" anlayışın bütün əlamətləri eyni anda mövcud olmalıdır”. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq etiraz ərizəsinə uyğun çıxış etdi və apellyasiya şikayətinin təmin edilməməsini, Kəlbəcər Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqana məlumat verilməsinə baxmayaq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Prokurorluğunun ## ####### 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının nəticə hissəsindən görünür ki, **C-** nömrəli araşdırma materialı üzrə X6 barəsində CM-nin 162.1 və 225.1-ci maddələri ilə cinayət işinin başlanmasının CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Qərardan şikayət verən orqan (şəxs) əməli ilə baş vermiş nəticə arasında səbəbli əlaqə olmadığından sonuncunun barəsində CM-nin 162.1 və 314-cü maddəsi ilə cinayət işinin başlanmasının CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi və İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmasının istisna edilməsinin nəzərə alınması, X6 əməlində İXM-nin 198.3-cü maddəsinin tərkib əlamətləri mövcud olduğundan sonuncunun barəsində İXM-nin qeyd olunan maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılmasından ötrü qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Kəlbəcər rayon prokuroruna təqdim olunması, **C-** nömrəli material üzrə digər inzibati xəta, o cümlədən əməyin mühafizəsi qaydalarının pozulması faktının aşkar edilməməsinin nəzərə alınması, Qərardan şikayət verən orqan (şəxs) intizam pozuntusuna yol verməsi müəyyən edildiyindən barəsində müvafiq təqdimat verilməsinin məqsədəmüvafiq hesab edilməsi qərara alınmışdır. SOCAR-ın “Azəriqaz” İB-nin X3 İstismarı İdarəsinin Kəlbəcər xidmət sahəsinin qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri X6 ## ###### 2025-ci il tarixdə saat 17:40 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin Təhqiqat Aktından görünür ki, ## #### 1979-cu il tarixdə təsdiq edilmiş “Qaz təsərrüfatında təhlükəsızlık qaydalanı”nın 9.19-cu bandinin (Qazın buraxılması qaz təhlükəli işdir, odur ki, qazın buraxılması, verilməsi bu qaydaların 8-ci bölməsinin taləblərinə uyğun olaraq yerinə yetirilməlidir. Qaz kəmərlərinə, qazla işləyən avadanlıqlara qazın verilməsi üzrə işlərin qaz təsərrüfatı müəssisələrinin ixtisaslaşdırılmış briqadaları və ya onların funksiyasını yerinə yetirən təşkilat, yaxud ixtisaslaşdırılmış işə buraxma-sazlama təşkilatları tərəfindən aparılmasına icazə verilir) və 9.22ci bəndinin (Qaz kəmərlərinə qaz buraxılan zaman onlar bütün hava çıxana kimi qazla üfürülməlidir. Üfürmənin keyfiyyəti - yoxlama üçün götürülən nümunənin analizi, yaxud yandırılması üsulu ilə təyin edilir. Bu halda qazdakı oksigenin miqdarı 1 faizdən artıq olmamalıdır. Boru kəmərlərini üfürdükdə qaz-hava qarışığını binalara, pilləkən boşluqlarına və həmçinin tüstü bacalarına, ventilyasiya kanallarına və s. buraxmaq olmaz. Qaz kəmərlərinin üfürülməsi aparılan binaların havası dəyişdirilməlidir. Qaz kəmərlərini üfürən zaman qaz-hava qarışığı elə yerlərə buraxılmalıdır ki, o, binalara, habelə har hansı bir od mənbəyindən alışa bilən yerlərdən keçməsin) tələblərinə riayət edilməməsi bədbəxt hadisənin səbələrindən biridir (4.3cü bənd). Bəxdbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.3-cü bəndinə əsasən, X3 istismar idarəsinin baş mühəndisi Qərardan şikayət verən orqan (şəxs) cavabdehliyi müəyyən edilmişdir (6.2-ci bənd). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəznin Məhkəmətəhlükəsizlik texnikası ekspertizasının # ####### 2025-ci il tarixli **/**** saylı rəyindən görünür ki, qaz kəmərlərinə qaz buraxılan zaman üfürülən qaz-hava qarışığı binaya (pəncərələri olan eyvana) buraxılmış, üfürmənin keyfiyyətinin (nəticəsinin) yoxlanılması götürülməli olan nümunənin kənar açıq sahədə yandırılması ilə deyil, qaz-hava qarışığının toplandığı eyvanda açıq alovdan istifadə edilməklə (kibrit yandırmaqla) aparılmışdır ki, bu da eyvana toplanmış qazhava qarışığının alışmasının və hadisənin baş verməsinin bilavasitə texniki səbəbi olmuşdur. Qaz kəmərlərinə qaz buraxılması işi ixtisaslaşdırılmış briqadalara həvalə edilmədiyinə və xətlərin üfürülməsi prosesi təhlükəsiz üsulla aparılmadığına görə baş vermiş hadisə ilə əlaqədar “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.19 və 9.22 bəndlərinin tələbləri pozulmuşdur. Qaz kəmərlərinə qaz buraxılması işi ixtisaslaşdırılmış briqadalara həvalə edilmədiyinə və xətlərin üfürülməsi prosesi təhlükəsiz üsulla aparılması təmin edilmədiyinə görə “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.19 və 9.22 bəndlərinin tələbləri X3 İstismar İdarəsinin baş mühəndisi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən pozulmuşdur. Qaz xəttindən üfürülən qaz-hava qarışığını eyvana buraxdığına və üfürmənin nəticəsini qaz-hava qarışığının toplandığı eyvanda açıq alovdan istifadə etməklə (kibrit yandırmaqla) yoxladığına görə “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.22 bəndinin tələbləri X3 İstismar İdarəsinin Kəlbəcər rayonu üzrə çilingəri X6 tərəfindən pozulmuşdur. Təhqiqat komissiyasının sədri X8 komissiyasının üzvü X4 tərəfindən verilmiş xüsusi rəydən görünür ki, Təhqiqat aktının 3. Bədbəxt hadisənin şəraiti bölməsinin sonuncu iki abzası, 4. Bədbəxt hadisənin səbəbləri bölməsinin 4.4 və 4.5-ci bəndləri və 6. Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydaların pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyi bölməsində 6.3 və 6.4-cü bəndlərin Təhqiqat aktından çıxarılmasının nəzərə alınması göstərilmişdir. Təhqiqat komissiyasının sədri X8 komissiyasının üzvü X2 tərəfindən verilmiş xüsusi rəydən görünür ki, Təhqiqat aktının 3. Bədbəxt hadisənin şəraiti bölməsinin sonuncu iki abzası, 4. Bədbəxt hadisənin səbələri bölməsinin 4.4 və 4.5-ci bəndləri və 6. Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydaların pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyi bölməsində 6.3 və 6.4-cü bəndlərin Təhqiqat aktından çıxarılmasının nəzərə alınması göstərilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı qərarından görünür ki, məhkəmə araşdırması nəticəsində təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 “Azəriqaz” İstehsalat Birliyinin X3 istismarı idarəsinin Kəlbəcər rayonu üzrə çilingəri vəzifəsini icra etdiyi ## ###### 2025-ci il tarixdə qaz xəttindən üfürülən qaz-hava qarışığını eyvana buraxdığına və üfürmənin nəticəsini qaz-hava qarışığının toplandığı eyvanda açıq alovdan istifadə etməklə (kibrit yandırmaqla) yoxladığına görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 1999-cu il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 7.22-ci bəndinin tələblərini pozmuş və nəticədə X10, X5 və X11 hər birinin sağlamlıqlarına az ağır zərər vurmaya aid xəsarət almalarına səbəb olmuş, bununla da İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində zərərçəkmiş şəxslərin sağlamlığına az ağır zərər vurulması inzibati xətasını törətmişdir. Bu hal məhkəmə icraatında tədqiq edilən sübutlarla zərərçəkmiş şəxs X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 izahatları, məhkəmə-tibbi ekspertizasının ## ######## 2025-ci il tarixli *** saylı, ## ######## 2025-ci il tarixli *** saylı, ## ######## 2025-ci il tarixli *** saylı və məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 0# ####### 2025-ci il tarixli **/**** saylı rəyləri və digər sübutlarla təsdiq olunur. Qərarın nəticə hissəsində: X6 İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinməsi və 1500 (min beş yüz) manat məbləğdə cərimə edilməsi qərara alınmışdır. “Azəriqaz” İstehsalat Birliyinin Regional qaz istismarı idarələrinin baş mühəndisinin vəzifə təlimatından görünür ki, idarənin baş mühəndisi aşağıdakı funksiyaları yerinə yetirir: Qaz paylayıcısı tərəfindən istehlakçının qaz qurğularının, qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”na riayət olunması vəziyyətinin müəyyən edilməsi məqsədilə müayinənin və təlimatın qrafikə uyğun keçirilməsi üçün müvafiq tədbirlərin görülməsinə nəzarət; Qaz təsərrüfatında təhlükəsizlik texnikası qaydaları”nı rəhbər tutaraq, qəzaların və bədbəxt hadisələrin qarşısının alınmasında, baş vermə səbəblərinin araşdırılmasında iştirak etmək və təhlili nəticəsində onları yarada bilən səbəblərin aradan qaldırılması üçün tədbirlər görmək; Təhlükəsiz və sağlam iş şəraitinin təşkilinə və struktur bölmələrdə əmək şəraitinin yaxşılaşdırılması işlərinə nəzarət etmək və s. Məhkəmə iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, məhkəmənin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 199-cu maddəsinə əsasən işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə-yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd olunan maddənin dispoziyasından görünür ki, işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsi inzibati xəta tərkibi yaradır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqan, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətini (xüsusi notarius, vəkillik və mediator fəaliyyətini) həyata keçirən vergi ödəyicisi olan fiziki şəxsdir. Lakin iş materialları ilə müəyyən edilir ki, X3 İstismarı İdarəsinin baş mühəndisi Qərardan şikayət verən orqan (şəxs) özünün əmək funksiyasına görə işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik müəssisənin rəhbəri (şəxs) olmadığından işəgötürən hesab edilmir. Bu səbəbdən o, hazırki iş üzrə İXM-nin 199-cu maddəsinin subyekti ola bilməz. Hər hansı inzibati xətanın subyekti olmayan şəxs isə həmin inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilə bilməz. Bundan başqa, məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan, baş vermiş yanğın hadisəsi ilə əlaqədar Kəlbəcər Rayon Prokurorluğunda aparılmış araşdırma zamanı təyin edilmiş məhkəmə-yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının ##.##.2025-ci il tarixli, **/**** nömrəli rəyində göstərilmişdir ki, Qaz kəmərlərinə qaz buraxılma işi ixtisaslaşdırılmış birqadalara həvalə edilmədiyinə və xəttlərin üfürülməsi prosesi təhlükəsiz üsulla aparılmadığına görə baş vermiş hadisə ilə "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın 9.19 və 9.22-ci maddələrinin tələbləri pozulmuşdur. Qaz kəmərlərinə qaz buraxılma işi ixtisaslaşdırılmış birqadalara həvalə edilmədiyinə və xətlərin üfürülməsi prosesi təhlükəsiz üsulla aparılması təmin edilmədiyinə görə "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın 9.19 və 9.22-ci maddələrinin tələbləri X3 İstismar İdarəsinin baş mühəndisi Qərardan şikayət verən orqan (şəxs) Faxərəddin oğlu tərəfindən pozulmuşdur. Həmin xüsusatla bağlı məhkəmə qeyd edir ki, "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın 9.19 və 9.22-ci maddələrinin tələblərinin Qərardan şikayət verən orqan (şəxs) Faxərəddin oğlu tərəfindən pozulması intizam məsulyyətidir. Belə ki, baş vermiş nəticə ilə birbaşa olaraq Qərardan şikayət verən orqan (şəxs) əməli arasında səbəbli əlaqə mövcud deyildir. Hadisənin baş verməsi birbaşa olaraq X6 Qaz xəttindən üfürülən qaz-hava qarışığını eyvana buraxdığına və üfürmənin nəticəsini qaz-hava qarışığının toplandığı eyvanda açıq alovdan istifadə etməklə (kibrit yandırmaqla) yoxladığına görə baş vermişdir. İşinin peşəkarı olan, müvafiq kurslara cəlb edilmiş, "Əməyin mühafizəsi və texniki təhlükəsizlik texnikası qaydaları", "Peşə hazırlığı seritfikasiyalardan keçmiş, "Qaz təsərrüfatında qəza-bərpa işləri üzrə çilingərin təhlükəsizlik texnikası Təlimatı" və digər təlimat qaydaları ilə təlimatlandırılmış Məftun Sadıqzadənin qaz-hava qarışığının toplandığı eyvanda açıq alovdan istifadə etməsi ilə Qaz kəmərlərinə qaz buraxılma işinin ixtisaslaşdırılmış birqadalara həvalə edilməməsi əməli arasında heç bir səbəbli əlaqə mövcud deyildir. Hüquq elmində zəruri hesab edilən və əmələ hüquqi qiymət verməkdə mühüm rol oynayan səbəbli-əlaqə nəzəriyyələrini təhlil etməyi məhkəmə hesab edir. Belə ki, ekvivalent şərtlər nəzəriyyəsi (sine qua non) testi formal tətbiqdə göstərə bilər ki, Qaz kəmərlərinə qaz buraxılma işi ixtisaslaşdırılmış birqadalara həvalə edilsəydi hadisə bəlkə də baş verməzdi. Lakin bu test təkbaşına hüquqi əhəmiyyətli səbəbi müəyyən etmək üçün yetərli deyil, çünki hər bir əvvəl gəlmə şərti "səbəbə” çevrilir və məsuliyyəti hədsiz genişləndirməklə ehtimallara əsaslanır. Adekvat səbəb nəzəriyyəsi isə tələb edir ki, nəticə tipik və qabaqcadan görülən riskin reallaşması kimi pozuntunun təbii gedişatı sayılsın. Burada M.Ə.Sadıqzadənin qaz-hava qarışığının toplandığı eyvanda açıq alovdan istifadəsi (diqqətsiz müdaxiləsi) tipik istehlakçı davranışından fərqli olaraq müstəqil, peşəkar bilik tələb edən (həmin biliyə malikdir) və xüsusi riskli hərəkət olub, adekvatlıq baxımından zəncirdə üstün gələn səbəb (novus actus interveniens) kimi çıxış edir. Həmin nəzəriyyənin mövqeyindən çıxış edildikdə Qaz kəmərlərinə qaz buraxılma işinin ixtisaslaşdırılmış birqadalara həvalə edilməməsi "şərait yaradan" amil olsa da, zərərin birbaşa hüquqi səbəbi M.Ə.Sadıqzadənin müstəqil və ehtiyatsız hərəkətidir. Ümumi olaraq bütün nəzəriyyələr baş vermiş nəticə ilə əməl arasında bir başa səbəbli əlaqənin olması zərurəti ilə şərtlənir, həmin zərurət ehtimallara (əgər belə olsa idi, elə ola bilərdi) əsaslana bilməz və nəticə ilə bir başa şərtlənməlidir. Konkret hadisənin baş verməsinə səbəb isə həmin işin ixtisaslaşdırılmış birqadalara həvalə edilib-edilməməsindən asılı olmayaraq M.Ə.Sadıqzadənin qaz-hava qarışığının toplandığı eyvanda açıq alovdan (diqqətsiz müdaxiləsi) istifadə etməsi olmuşdur. Məhz bu səbəbdən, yəni Qərardan şikayət verən orqan (şəxs) Faxərəddin oğlunun əməli ilə baş vermiş nəticə arasında səbəbli əlaqə olmadığından ibtidai araşdırma orqanı tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası CM-nin 162.1 və 314cü maddələri ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması istisna edilmiş, araşdırma materialı üzrə digər inzibati xəta, o cümlədən əməyin mühafizəsi qaydalarının pozulması faktının aşkar edilməməsi nəzərə alınmış, Qərardan şikayət verən orqan (şəxs) intizam pozuntusuna yol verməsi müəyyən edildiyindən barəsində müvafiq təqdimat verilməsinin məqsədəmüvafiq hesab edilməsi qərara alınmışdır. Beləliklə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunması və Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 199-cu maddəsi ilə təqsirli bilinməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya məhkəməsi hazırki qərarın dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Kəlbəcər Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə # #### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar