Məhkəmə qərarları › İş №3(3-7)-436/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-436/2026

03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-436/2026 03.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət üzrə materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Şəmkir Rayon Məhkəməsinin, 2(076)- ***/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini icra etməkdən imtina etmişdir. Icra işi üzrə icradan boyun qaçıraraq, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarı ilə 500 manat cərimə növündə inzibati tənbeh almasına baxmayaraq, qərarın qanuni qüvvəyə mindiyi gündən eyni icra sənədinə münasibətdə təkrar olaraq Şəmkir rayon Icra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 1000 (bir min) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edib, iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Qeyd olunan qərardan narazıdır və hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən onun iddiaçı Zərərçəkmiş şəxs məxsus 0.06 ha həyətyanı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Şəmkir rayon Icra və Probasiya Şöbəsinin icra məmuru X2, onun barəsidnə Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etməməsinə dair IXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib edərək, Şəmkir Rayon Məhkəməsinin 3(5-159)–***/**** saylı ## #### 2026-cı il tarixli qərarı ilə o, Azərbaycan Respublikası IXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. O, Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Belə ki, o, mübahisəli torpaq sahəsindən uzun illərdir istifadə edir və öz vəsaiti hesabına orada istilikxana qurmuşdur. Torpaq sahəsindən istifadə etdiyim və oraya xərc qoyduğum illər ərzində mərhum valideynlərinə məxsus olduğunu güman edib istifadə etmiş və orada istilikxana qurdurdur. Tələbkara ona qarşı iddia qaldırdıqdan sonra torpaq sahəsinin onun mülkiyyətində olduğunu bilmişdir. O, özü ikinci qrup əlil olmaqla ailədə yeganə qazanc gətirən şəxsdir. Həmçinin, nəvəsi X3 onun himayəsində yaşayır. Ailənin bütün qayğılarını təsərrüfatla məşul olmaqla çəkir və maddi ehtiyaclarını qarşılayır. Hazırda da, mübahisəli istilikxanada pomidor və xiyar məhsulu yetişdirmiş və məhsul kök üstə olmaqla, yığımı davam edir. O, dəfələrlə icra məmuruna müraciət edərək, məhsul yığımının sonuna kimi ona vaxt verilməsini xahiş etsə də, ona heç bir güzəşt edilməmişdir. Belə vəziyyətdə onun torpaqdan çıxarılması ailəsinin maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaq. O, qərəzli olaraq icra sənədinin icrasında boyun qaçırmır. Ilk dəfə də 500 manat cərimə olunmuşdur. Hazırda hər ay aldığım sosial müavinətdən həmin pul da tutulur. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Şəmkir rayon Icra və Probasiya Şöbəsinə və tələbkara məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrininsəbəəri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətlərin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayətlər əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarına əlavə edilmiş, Şəmkir Rayon Məhkəməsinin, *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs məxsus olan ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çıxarılması qət etmişdir. Iş materiallarından görünür ki, ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunmuş ünvanına göndərilmişdir. Iş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin, Şəmkir Rayon Məhkəməsinin, *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün borcluya 10 gün müddətində vaxt verilmişdir. Iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Şəmkir Rayon Məhkəməsinin, 2(076)- ***/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün 500 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi –Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi sənədindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs II dərəcəli əlildir və onun orqanizm funksiyalarının pozulması 65 %- dir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və hesab etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Həmçinin birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, ailə vəziyyətini, sağlamlıq vəziyyətini, əmlak vəziyyətini, o cümlədən iş üçün əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən hal onun 2-ci qrup əlil olmasıdır, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. X1 Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə aşağı həddində tənbeh tədbiri tətbiq edilməlidir. Apellyasiya instansiyası məhkəməsi də işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirlmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar