Məhkəmə qərarları › İş №3(3-7)-438/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-438/2026

16.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-438/2026 16.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X4 iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan 2 X2 və Təbii Sərvətlər Idarəsinin ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərarından verdiyi şikayətin təmin olunması barədə Şəmkir Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından 2 X2 və Təbii Sərvətlər Idarəsinin rəis əvəzi Elşən Şirinov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Şəmkir Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə şikayət təmin edilmiş, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X2 və Təbii Sərvətlər Idarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. IŞIN HALLARI Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X2 və Təbii Sərvətlər Idarəsinin rəisi əvəzi X1 tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarla Qərardan şikayət verən orqan (şəxs) qanunvericiliyin tələblərini pozaraq Şəmkir rayonu, Keçili kənd Bələdiyyəsinə məxsus torpaq sahəsində qanunsuz olaraq 1 (bir) ədəd çəkil (tut) ağacını kəsdiyinə görə Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən 2000 (iki min) manat məbləğində cərimə edilmişdir Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X2 və Təbii Sərvətlər Idarəsi tərəfindən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə qərarı qəbul olunmuşdur. ŞIKAYƏTIN DƏLILLƏRI Birinci instansiya məhkəməsinin həmin qərarından 2 X2 və Təbii Sərvətlər Idarəsinin rəisi əvəzi Elşən Şirinov apellyasiya şikayət verərək ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərarından verilmiş şikayətin təmin edilməməsi, IXM-nin 253.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir PROSSESUAL MƏSƏLƏLƏR Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən 2 X2 və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi şikayəti müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, 2 X2 və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını nəzərdən keçirib hesab edir ki, məhkəmənin barəsində şikayət verilən hazırki qərarı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. IХM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IХM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-in 253.2-ci maddəsində görə meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X2 və Təbii Sərvətlər Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) qanunvericiliyin tələblərini pozaraq Şəmkir rayonu, Keçili kənd Bələdiyyəsinə məxsus torpaq sahəsində qanunsuz olaraq 1 (bir) ədəd çəkil (tut) ağacını kəsdiyinə görə Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Iş materiallarında olan Şəmkir rayonu, Keçili kənd Bələdiyyəsi təərfindən verilmiş ##.##.2026-cı il tarixli ** nömrəli arayışdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) bələdiyyənin ərazisində olan 1 ədəd çəkil ağacının barama qurdunun bəslənməsi üçün budanmasına bələdiyyə tərəfindən icazə verilmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, Şəmkir rayonu, Keçili kənd Bələdiyyəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ** nömrəli arayışa əsasən 1 ədəd çəkil ağacının barama qurdunun bəslənməsi üçün budanmasına icazə verildiyi qeyd olunsa da, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ağac üzərində budama və ya kəsmə əməliyyatının aparılması üçün müvafiq icazəni təsdiq edən, ağacın kəsildiyi vaxtdan öncəki tarixdə verilmiş bələdiyyənin müvafiq qərarı, həmçinin qərarın qəbulu üçün əsas Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi məhkəməyə təqdim edilməmişdir. Belə ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.4-cü maddəsinin tələbinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, yerli icra hakimiyyəti orqanları və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Həmin qanunun tələblərinə əsasən yaşıllıqların götürülməsi dedikdə bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına), bərpa edilməsi şərtilə və ya bərpa edilmədən kəsilməsinə yönəlmiş tədbirlər başa düşülür. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi yanlış olaraq IXM-in 53.1.2-ci maddəsinə istinad edərək iş üzrə icraata xitam vermişdir. Belə ki, inzibati tənbeh edilmiş Qərardan şikayət verən orqan (şəxs) onun tərəfindən Şəmkir rayonu, Keçili kənd Bələdiyyəsi ərazisindən yerləşən bələdiyyəyə məxsus torpaq sahəsində yerləşən tut ağacının onun tərəfindən budanması (götürülməsi) faktını mübahisələndirməmiş, sadəcə olaraq bu fəaliyyətin icrası üçün müvafiq icazəsinin olduğu bildirilmişdir. Iş materialları isə Şəmkir rayonu, Keçili kənd Bələdiyyəsi tərəfindən bələdiyyə ərazisində yerləşən tut ağacının götürülməsi üçün müvafiq icazə verən qərarın olmadığı aydın olur. Birinci instansiya məhkəməsi tərəfindən də tut ağacının bələdiyyənin müvafiq icazəsi əsasında götürülməsinə və əslində ağacın sadəcə budanmaqla məhv edilmədiyinə əsaslanmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Hazırda iş materiallarını və qanunvericiliyin tələblərini qarşılıqlı şəkildə araşdırmaqla məhkəmə belə qərara gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Şəmkir rayonu, Keçili kənd Bələdiyyəsi ərazisində bələdiyyə mülkiyyətində yerləşən tut ağacının müvafiq icazə verən qərar olmadan budanması (götürülməsi) faktı öz təsdiqini tapır. Göründüyü kimi, toplanmış sübutlarla Qərardan şikayət verən orqan (şəxs) IXM-in 253.2ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi sübut edilir. IXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. IXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X2 və Təbii Sərvətlər Idarəsinin ## ##### 2026-cı il tarixli, MN seriyalı 22449288 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Şəmkir Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından 02 X2 və Təbii Sərvətlər Idarəsinin rəis əvəzi Elşən Şirinov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. X3 şikayəti təmin olunmasın. Qərardan şikayət verən orqan (şəxs) IXM-in 253.2-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat inzibati cərimə edilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar