Məhkəmə qərarları › İş №3(3-7)-439/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-439/2026

25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-439/2026 25.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 206 və 207-ci maddələri ilə təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdardan az narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək üzərində saxlayaraq daşımış, həmçinin bununla bağlı tibbi müayinədən boyun qaçırmışdır. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (hakim Hacıyev Süleyman) ##.##.1990-cı il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, 2-ci Qarabağ müharibəsi iştirkçısı və Müharibə veteranı, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 206 və 207-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək daha ciddi xətaya görə, yəni həmin Məcəllənin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində 01 (bir) ay müddətində inzibati həbs edilmiş, həbsetmənin əvvəli ## #### 2026-cı il tarixdən saat 22:55-dən hesablanmışdır. İŞİN HALLARI: İşdя olan sənədlər: Şübhəli şəxsin üstünün yoxlanılması barədə ##.##.2026-cı il tarixli protokoldan görünür ki, ## #### 2026-cı il tarixdə saat 22:55 radələrində DIN BNMI-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə eldə edib üzərində saxlamısında, daşımasında, istifadə etməsində şübhəli bilinən, ##.##.1990-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işsiz, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən "060" adlı çay evində saxlanılmış, həmin yerdə insanların sıx toplaşması nəzərə alınaraq yaxınlıqda yerləşən "Murad" mebel salonun yanında üstü yoxlanılmış, üzərindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüş, elektron tərəzidə çəkildikdə çəkisinin 3.18 qram olması müəyyən olunmuşdur. Şübhəli şəxsin üstünün yoxlanılması barədə ##.##.2026-cı il tarixli protokola əlavə edilmiş videogörüntülərə məhkəmə iclasında baxış keçirilmiş və protokolda qeyd edilənlər təsdiqini tapmışdır. Məhkəmə Ekspertiza Mərkəzi X2 ## #### 2026-cı il tarixli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində "Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzərindən aşkar olunmuş qurudulmuş marixuanaya bənzər kütlə yazı və imzalar olan kağız paketdəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,95 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan-qurudulmuş marixuanadır. ##.##.2026-cı il tarixli ****/**** saylı tibbi müayinə protokolundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tibbi müayinə üçün sidik nümunəsi verməkdən imtina etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi şikayət verərək Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandıırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilməyərək həm ilkin araşdırma zamanı, həm də məhkəmə də izahatında göstərmişdir ki, ## #### 2026-cı il tarixdə saat 22:55 radələrində Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində yerləşən "060" çay evində olarkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşmış, xidməti vəsiqələrini təqdim edərək BNMİ QBRŞ-nin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamağında şübhəli olduğunu bildirmişlər və üzərini yoxlayacaqlarını demişlər.Qoluna qandal taxılmışdır. Bundan sonra onu yaxınlıqdakı "Murad" mebel salonun yanına aparmışlar, videoçəkilişdən əvvəl polis əməkdaşları onun cibinə narkotik vasitə qoymuşlar, bundan sonra videoçəkilişdən istifadə etməklə üzərini yoxlamağa başlamışlar. Polis əməkdaşları üzərində olan əşyaları götürmüş, bir ədəd bükümü göstərərək içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, lakin həmin bükümün ona aid olmadığını bildirmişdir. Ardınca polis əməkdaşları onu DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə gətirmişlər. Üzərinin yoxlanılması barədə protokol tərtib edilmiş, lakin imza etməkdən imtina etmişdir. Sonra tibbi müayinəyə aparılmış, orada verəcəyi sidik nümunəsinə kənar müdaxilə olacağını zənn edərək analiz nümunəsi verməkdən imtina etmişdir. Polis əməkdaşları ona qarşı qərəzli olublar. Eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçi ilə təmin edilməyib, işdə əməliyyat axtarış barədə qərar belə yoxdur. Bundan başqa, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Vətən müharibəsi iştirakçısı və qazi olmasını, 3-cü qrup əlil və himayəsində 2 azyaşlı övladının olması barədə barəsində yüngülləşdirici halları nəzərə almadan cəza təyin etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi şikayətin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış etdilər və şikayətin təmin olunmasını xahiş etdilər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əlavə olaraq göstərdi ki, narkotik vasitə ona məxsus olmamış, polislər tərəfindən onun üzərinə əvvəlcədən qoyulmuş, eyni zamanda özü tibbi müayinə üçün sidik nümunəsi verməkdən imtina etmişdir. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmiş, eyni zamanda işin hallarından göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi İXM-nin 206-cı və 207-ci maddələrinin tövsif məsələsini və cəza hissəni mübahisələndirir. Hazırki vəziyyətdə birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, birinci instansiya məhkəməsi iş materialına Şübhəli şəxsin üstünün yoxlanılması barədə ##.##.2026-cı il tarixli protokol və ona əlavə edilmiş videogörüntülər, ekspert rəyi, tibbi müayinə protokolu, inzibati protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsinin izahatı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 206-cı və 207-ci maddələri ilə müəyyən edilmiş inzibati xəta hadisəsini törətməsi və həmin əməllərə görə təqsirli olmasını sübuta yetirilmiş hesab edib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və İXM-nin 34.3-cü maddəsinin tələbini nəzərə alıb barəsində 1 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair yekun nəticəyə gəlmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdardan az narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək üzərində saxlayaraq daşıması faktı iş materialında olan sənədlərdən öz təsdiqini tapır və həmin sənədləri şübhə altına alan mötəbər sübutlar təqdim edilmiş, eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş izahatdan göründüyü kimi o, tibbi müayinə üçün sidik nümunəsi verməkdən imtina etmiş, həmin xüsusatla müəyyən olunur ki, o, inzibati məsuliyyətdən boyun qaçırmaq məqsədi güdür. Belə olan halda şikayətin dəlillərinə qiymət verərək məhkəmə hesab edir ki, həmin dəlillər şikayətin təmin olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Yuxarıda qeyd olunanlara qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Nicat Hacıyevin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla qanuni və əsaslı nəticəyə gəlmiş, ona görə də barəsində təyin edilmiş inzibati həbs tənbeh tədbirinin müddətinin azaldılmasına və ya həmin tənbeh tədbirindən azad olunmasına əsas olan xüsusatlar hazırda mövcud deyil. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133-136 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar