Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-440/2026 03.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi, Quliyev Anar Elcan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DIN-nin BDYPI-nin ##.##.2026-cı il tarixli, EQ 34816538nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM) 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası DIN-nin BDYPI-nin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası IXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DIN-nin BDYPI-nin qeyd edilən qərarlarından şikayət verərək, həmin qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarın ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Şəmkir rayon məhkəməsinin qərarı ilə razılaşmır. Belə ki, ailəlidir, ailəsilə birlikdə ünvan 1 ünvanında yaşayır və idarə etdiyi Hunday Sanata markalı **-UV-***-li dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Şəmkir şəhəri, Heydər Əliyev prospektindən Bakı Qazax yolu 401km tərəf Hunday Sanata markalı **- UV-***-li dövlət qeydiyyat nişanllı avtomobilimlə Bakı-Qazax yolu 401 km yoluna keçən zaman ## #### 2026-a il tarixində saat 17:13-də DIN-in BDYPI-nin EQ34816538-li protokolunda Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsini qeyd etməklə yol nişanlarının tələblərinə riayət edilməməsinə görə 40 (qırx) manat cərimə bildirişi gəlmişdir. Dərhal Azərbaycan Respublikasının DIN-in BDYPI-in ## #### 2026-cı il EQ34816538-II protokolun cəriməsini yerində 36 (otuz altı) manat ödəmişdir. Üstündən 15 gün keçməmiş Şəmkir şəhər H.Əliyev prospektindən Bakı-Qazax yolu 401 km tərəf Hunday Sanata markalı **-UV-***-li dövlət qeydiyyat nişanlı avtomobilinə ##.##.2026-cı il saat 17:13 radələrində Azərbaycan Respublikası DIN-in BDYP-nin EQ35150483-li protokolda Inzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsinə əsasən yol nişanlarının riayət edilməməsinə görə 40 (qırx) manat cərimə bildirişi gəlmişdir ki, ödənilməlidir. Qeyd etmək istəyir ki, ##.##.2026-cı il tarixdə o, ümumiyyətlə avtomobilini idarə etməmiş evdə ola-ola cərimə necə tətbiq oluna bilinər. Ona görə də Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarın ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış etdi və şikayətin təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, şikayətinin təmin edilərək Azərbaycan Respublikası Dazili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin qərarlarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışının vaxtı və yeri barədə Azərbaycan Respublikası DIN-nin BDYPI-nin nümayəndəsinə məlumat verilsə də, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. IXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənini 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənini 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənini 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənini 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.1. hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə; 129.1.2. kollegial orqanın qərarından məhkəməyə verilən şikayət və ya protest- birbaşa kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla); 129.1.3-1. bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.4. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.5. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə). Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. IXM-nin 57.5-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.5-1.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 57.6. Bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.4. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi səlahiyyətli orqanın qərarlarından verilmiş şikayəti icraata qəbul edib, həmin şikayət üzrə qərarların qanuniliyi və əsaslığını bir icraatda yoxlamaqla qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, IXM-nin 34.2-ci maddəsinin tələbinə görə yalnız şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda və bir icratda baxıla bilər. Inzibati xətalara dair ayrıayrı işlər üzrə çıxarılmış qərarlardan verilmiş şikayətlərə bir icraatda baxılması isə IXM ilə nəzərdə tutulmamışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, inzibati xəta haqqında işlər üzrə verilmiş şikayətlərə hər bir inzibati iş üzrə ayrıca icraatda baxılmalıdır. Ona görə də apellyasiya instansiya məhkəməsi belə hesab edir ki, birinci instansiya məhkəməsi səlahiyyətli orqan tərəfindən ayrı-ayrı işlər üzrə çıxarılmış qərarlardan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayət üzrə həmin işlərə bir icraatda baxmaqla səhvə yol vermişdir. Həmçinin qeyd edilməlidir ki, IXM-nin 57.5-1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan, həmin Məcəllənin 57.5-1.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) elektron qaydada çıxarılmış qərar inzibati xəta törətmiş şəxsə çatdırılmış hesab olunur. Belə olan halda IXM-nin 126.1-ci maddəsinə əsasən həmin qərarlardan şikayət vermə müddəti elektron qaydada çıxarılmış qərar inzibati xəta törətmiş şəxsə çatdırılmış vaxdan hesablanmalıdır. Qanunun tələbinə görə həmin müddət başa çatdıqdan sonra verilmiş şikayət müddət buraxılmaqla verilmiş hesab edilməlidir. Birinci instansiya məhkəməsinin hazırki qərarından verilən şikayətə əlavə edilmiş ərizədə barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs qərarlardan şikayət vermə müddətini ötürdüyünü qeyd etmişdir. Lakin birinci instansiya məhkəməsi işin məhkəmə baxışına hazırlanması ilə bağlı qanunun tələblərinə əməl etməmiş və qərarlardan şikayətin qanunla müəyyən edilmiş müddət buraxılmaqla verilib-verilmədiyini aydınlaşdırmamışdır. IXM-nin 106-cı maddəsində inzibati xəta haqqında işin baxılmağa hazırlanması qaydası təsbit edilmişdir. Belə ki, Məcəlləninin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 109.1.1. işin baxılması tarixinin və yerinin təyin edilməsi; 109.1.2. işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 70-72-ci maddələrində göstərilən şəxslərin çağırılması; 109.1.3. iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi; 109.1.4. ekspertizanın təyin edilməsi; 109.1.5. işə baxılmanın təxirə salınması; 109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması; 109.1.7. əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi həmin maddələrin tələblərinə əməl etməmiş, işin baxılmağa hazırlanması ilə bağlı IXM-nin 106-cı maddəsinə göstərilən məsələləri müzakirə edib həll etməmiş və bununla bağlı hər hansı bir qərardad qəbul etməmiş, göstərilən məsələləri, o cümlədən şikayət vermə müddətinin ötürülüb-ötürülmədiyini araşdırmadan işi birbaşa icraata qəbul edərək məhkəmə baxışına təyin etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən ayrı-ayrı inzibati işlər üzrə səlahiyyətli orqanın qeyd edilən qərarlarından verilmiş şikayətin icraata qəbul edilib həmin işlərə bir icraatda baxılması inzibati qanunvericliyin tələbləri baxımından düzgün olmamışdır. Belə olan halda şikayət üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətin icraata qəbul edilməsi məsələsi həll edilərkən ilk növbədə şikayətin qanunun tələblərinə uyğun verilib-verilmədiyi aydınlaşdırılmalı, şikayət icraata qəbul edildiyi halda şikayətdə göstərilən Dövlət Baş Yol Polis Idarəsinin Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının qanuni və əsaslı olub-olmamasının aydınlaşdırılması baxımından həmin qərarlardan verilmiş şikayət əsasında hər bir inzibati xəta haqqında iş üzrə ayrıca icraat açılmalı, işlərə ayrıca icraatda baxılmaqla səlahiyyətli orqan tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilərək ona inzibati tənbehin tətbiq edilməsinin qanuni və əsaslı olub-olmamasına hüquqi qiymət verilməlidir. Işə baxılarkən həm də nəzərə alınmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməkdə təqsirli olub-olmaması mötəbər sübutlarla sübut edilməlidir. IXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd edilənləri yekunlaşdıraraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə işin baxılmağa hazırlanması mərhələsinə göndərilməli, işə yenidən baxılarkən qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən halların araşdırılması üçün zəruri tədbirlər görülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ 34816538 və ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsinə dair şikayətinin təmin edilməməsi barədə Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Inzibati xəta haqqında material yenidən baxılması üçün həmin məhkəməyə işin baxılmağa hazırlanması mərhələsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-440/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-440/2026
03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver