Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-442/2026 01.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmamverdi oğlunun, Zərərçəkmiş şəxs Səmədov Səməd İsmayıl oğlunun iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmamverdi oğlunun İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz Rayon İcra və Probasiya Şöbəsinin tərtib etdiyi ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmamverdi oğlu Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra sənədi üzrə yaranmış 10982,20 manat borcunu ödəməkdən boyun qaçırdığı üçün İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq barəsində protokol tərtib olunmuşdur. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Hünmətov Zaur) ilə ##.##.1986-cı ildə Tovuz rayonu Əlibəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, "xxxx" MMCdə sürücü işləyən, əlilliyi olmayan, Tovuz rayonu Əlibəyli kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmamverdi oğlu Azərbaycan Resoublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 8 (səkkiz) gün müddətində inzibati həbs edilmiş, inzibati həbsə alınmanın əvvəli ## #### 2026-cı il tarixdən, saat 11:00-dan hesablanmışdır. İŞİN HALLARI: İş materialında olan sənədlər: Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmamverdi oğlundan 12000 manat pulun və 117,20 manat ödənilmiş dövlət rüsumu alınaraq Səmədov Səməd İsmayıl oğluna verilməsi qət edilmişdir. ##.##.2025-ci il tarixli “İcraat başlamaq haqqında” qərardan və “Tələbin könüllü icrası haqqında” bildirişdən göründüyü kimi icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmamverdi oğlundan Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi barədə məlumat verilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmamverdi oğlu tərəfindən ##.##.2026-cı il tarixdə icra və probasiya şöbəsində verdiyi izahatdan görünür ki, o, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədindən məlumatlı olmuş, əmək haqqından alimentə tutulması səbəbindən borcunu tam şəkildə ödəyə bilməmiş, icra sənədi üzrə bu günə kimi 1135 manat pul ödəmişdir. İnzibati xəta haqqında protokola baxan Tovuz Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək Tovuz Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmamverdi oğlundan 12000 manat pulun və 117,20 manat ödənilmiş dövlət rüsumu alınaraq Səmədov Səməd İsmayıl oğluna verilməsi qət edilmişdir. Həmin puldan bir hissəsini ödəsə də, ümumilikdə 10982.20 manat borcu qalmışdır. O, hər iki uşağa görə 700 manat aliment ödədiyi üçün iddiaçıya olan borcunu üzrlü səbəbdən ödəyə bilməmişdir. Himayəsində iki azyaşlı uşağı və 63 yaşlı anası var, onurğa əməliyyatı olunmuş, ilk dəfədir inzibati məsuliyyətə cəlb olunmuşdur. Ona görə də həbsdə qalması ailəsinə və səhhətinə mənfi təsir göstərəcəkdir. Odur ki, şikayətin təmin edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, əvvəllər maddi imkanı olmadığından borcu tam ödəyə bilməmişdir. Həbs olunduqdan sonra ailə üzvləri kredit götürərək zərərçəkmiş şəxsə ödənilməli borcu tam şəkildə onun adından ödəmişlər, hazırda zərərçəkmiş şəxsə borcu yoxdur və ona görə də həbsdən azad olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya məhkəmə baxışında zərərçəkmiş şəxs Səməd Səmədov şikayətin dəlillərinə münasibət bildirərək göstərdi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ona ödənilməli qalıq 10982.20 manat borc pul ödənilmiş, bu barədə yazılı ərizə və ödəniş qəbzlərinin surətlərini təqdim etmişdir. Hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı şikayət və tələbi yoxdur, şikayətin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə işin materiallarını və şikayətin dəlillərini araşdırıb, eləcə də tərəfin çıxışını dinləyib hesab edir ki, şikayət təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və İXM-in 53.1.10-cu maddəsinin tələblərinə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli icra vərəqəsindən və sənədlərdən, həmçininin izahatlardan göründüyü kimi icra sənədi üzrə borclu şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra vərəqəsini tam şəkildə yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, zərərçəkmiş şəxsin mənafeyini nəzərə alaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq etmişdir. Zərərçəkmiş şəxs Səmədov Səməd İsmayıl oğlu tərəfindən birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul olunduqdan sonra təqdim etdiyi yazılı ərizəsindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmamverdi oğlundan 12000 manat pulun və 117,20 manat ödənilmiş dövlət rüsumu alınaraq ona verilməsi qət edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin pulun bir hissəsini ona ödəsə də belə ümumilikdə ona 10982.20 manat borcu qalmış, hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ona qalıq qalan 10982.20 manat borcunu tam olaraq ödəmişdir. Ona görə də ona qarşı heç bir şikayəti və tələbi yoxdur, onun həbsdən azad olunmasını xahiş edir. Ödəniş qəbzlərinin surətlərindən görünür ki, Səmədov Səməd İsmayıl oğlunun hesabına ##.##.2026-cı il tarixlərdə 9000.00 AZN, 1600.00 AZN, 383.00 AZN pul ödənilmişdir. Qeyd edilən xüsusatları zərərçəkmiş şəxs Səməd Səmədov apellyasiya məhkəməsində təsdiq edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ona ödənilməli qalıq 10982.20 manat borc pul tam şəkildə ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. İXM-nin 528.1-ci maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu məcəllənin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda sadalanan hallara qiymət verərək məhkəmə hesab edir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxs Səmədov Səməd İsmayıl oğlunun hesabına borcu tam şəkildə ödənildiyindən İXM-nin 53.1.10-cu maddəsinə müvafiq olaraq şikayət təmin olunaraq Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata həmin maddənin qeydinə əsasən xitam verilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. İXM-nin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən və İXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmamverdi oğlu məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərar elan edildiyi andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-442/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-442/2026
01.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver