Məhkəmə qərarları › İş №3(3-7)-445/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-7)-445/2026

02.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 3(3-7)-445/2026 02.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xətaya dair işə Kəlbəcər Rayon Məhkəməsində baxılarkən şikayətə baxan hakimin özü-özünə etirazına iş materialı ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş dövlət yol polisi idarəsinin Mərkəziməlumat xidmətinin rəisi Elvin Abduləlizadənin onun barəsində qəbul etdiyi ## ###### 2026-cı il tarixli EQ******** saylı inzibati tənbehvermə haqqında elektron qərardan Kəlbəcər Rayon Məhkəməsinə şikayət vermişdir; şikayətə prosessual müddətin bərpasına dair vəsatət, məcburi köçkün və müharibə veteranı vəsiqələrinin surətləri əlavə edilmişdir (şikayət ## #### 2026-cı il tarixdə daxil olmuşdur) Şikayət və müvafiq sənədlər yoxlanılarkən həmçinin müəyyən edildi ki, AR DIN Baş Dövlət Yol Polisi Idarəsinin Mərkəzi məlumat xidmətinin rəisi Elvin Abduləlizadənin Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul etdiyi 1) ##.##.2025 tarixli EQ******** saylı, 2) ##.##.2025 tarixli EQ******** saylı, 3) ##.##.2025 tarixli EQ******** saylı, 4) ##.##.2025 tarixli EQ******** saylı, 5) ##.##.2025 tarixli EQ******** saylı, 6) ##.##.2026 tarixli EQ******** saylı, 7) ##.##.2026 tarixli EQ******** saylı, 8) ##.##.2026 tarixli EQ******** saylı elektron qərarlardan IXM-in 122.7-ci maddəsində nəzərdə tutulmuş qaydada Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət Kəlbəcər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə: 1) ##.##.2025 tarixli EQ******** saylı, 2) ##.##.2025 tarixli EQ******** saylı, 3) ##.##.2025 tarixli EQ******** saylı, 4) ##.##.2026 tarixli EQ******** saylı, 5) ##.##.2026 tarixli EQ******** saylı, elektron qərarlar hissədə am, 6) ##.##.2026 tarixli EQ******** saylı elektron qərar hissədə qismən təmin edilmiş və qalan hissədə şikayət təmin edilməmişdir; AR DIN Baş Dövlət Yol Polisi Idarəsinin Mərkəzi məlumat xidmətinin rəisi X5 Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından verdiyi şikayət Gəncə Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-*)-***/**** saylı qərarı ilə qismən təmin edilmiş, Kəlbəcər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ləğv edilmiş və işin baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır; Göygöl Rayon Məhkəməsinin ## ### 2026- cı il tarixli *(*-***)-***/**** saylı qərardadı ilə şikayətin geri qaytarılması qərara alınmışdır; Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-133)-316/2026 saylı (hakim X2) şikayətə baxan hakimin özü-özünə etirazının baxılması üçün iş materialı ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Etiraz onunla əsaslandırılmışdır ki, hazırki şikayətə baxan hakim olaraq özü-özünə etiraz edir. Belə ki: “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən, birinci instansiya, appelyasiya və ya kassasiya instansiyası məhkəməsində işə baxılmasında iştirak etmiş hakimin həmin işə təkrar məhkəmə baxışında iştirakı yolverilməzdir; Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda hakimlərin qərəzsizliyinə şübhə doğuran hallar yarandıqda hakim həmin işə baxılmasından çəkinməli, yaxud kənarlaşdırılmalıdır. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş dövlət yol polisi idarəsinin Mərkəzi məlumat xidmətinin rəisi Elvin Abduləlizadənin qəbul etdiyi ## ###### 2026-cı il tarixli EQ******** saylı inzibati tənbehvermə haqqında elektron qərardan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən təkrar verilmiş hazırki şikayətin onun tərəfindən baxılması yolverilməzdir. Məhkəmə iş materialını və etirazın dəlillərini nəzərdən keçirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin: -107.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılması icraatına verilmiş hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs aşağıdakı hallarda bu işə baxa bilməz: 107.0.1. o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, onların qanuni nümayəndələrinin, müdafiəçinin və ya nümayəndənin qohumudursa; 107.0.2. o, şəxsən düzünə və ya dolayısı ilə işin həllində maraqlıdırsa (həmin normada əvvəllər işə baxılmasında iştirak etmiş hakimin həmin işə təkrar məhkəmə baxışında iştirakının yolverilməzliyi birbaşa nəzərdə tutulmamışdır- hakimin qeydi); - 108.1-ci maddəsinə əsasən, bu Məcəllənin 107-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs özü-özünə etiraz etməlidir; özüözünə etiraz etmə barədə ərizə müvafiq məhkəmənin sədrinə, kollegial orqanın sədrinə, yuxarı vəzifəli şəxsə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunverciliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir; Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalra) aiddir, lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin”. Məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclasında yalnız CPM-yə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar (CPM-in 28.1-ci maddəsi). CPM-in 109-cu maddəsində nəzərdə tutulmuş hallarda hakim cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxılmasından özü kənarlaşmalı və ya kənarlaşdırılmalıdır (CPM-in 30.2-ci maddəsi). “Azərbaycan Respublikası CPM-in 107.4-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin etiraz barədə formalaşdırdığı hüquqi mövqeyə görə cinayət mühakimə icraatının qarşısında duran vəzifələrin səmərəli şəkildə həll edilməsinin zəruri şərtlərindən biri cinayət prosesində icrası məcburi olan qərarlar qəbul etmək səlahiyyəti olan şəxslərin obyektivliyi və qərəzsizliyidir. Cinayət mühakimə icraatında iştirak edən şəxslərin cinayət prosesində obyektivliyinin və qərəzsizliyinin təmin edilməsinin mühüm vasitələrindən biri cinayət prosesində etirazlar institutunun mövcudluğudur. Cinayət prosesində hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi obyektiv və qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır və cinayət prosesi iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırmış olur. Cinayət prosesində hakimin qərəzsizliyi işin tam, obyektiv və hərtərəfli araşdırılmasına, ədalətli qərar qəbul olunmasına, eləcə də ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə xidmət edir. «Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, adətən, qərəzsizlik mənfi və ya qərəzli münasibətin olmadığını bildirsə də, qərəzsizliyin olması, yaxud əksinə, olmaması, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq müxtəlif üsullarla yoxlanıla bilər. Bu baxımdan konkret işdə konkret hakimin şəxsi mülahizələrini əks etdirən subyektiv yanaşma ilə qərəzsizlik məsələsində hər hansı şübhələri aradan qaldırmaq üçün yetərli təminatların olub-olmadığını müəyyən edən obyektiv yanaşma arasında fərq qoymaq olar (Pyersak Belçikaya qarşı iş üzrə ## ####### 1982-ci il tarixli qərar, § 30). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən, birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində işə baxılmasında iştirak etmiş hakimin həmin işə təkrar baxılmasında iştirakı yolverilməzdir. Həmçinin qanunvericilik hakimlərin qərəzsizliyinə və obyektivliyinə şübhə yarada biləcək halların mövcud olduğu hallarda onların işə baxılmaqdan kənarlaşdırılmasını nəzərdə tutur. “X1rşı” məhkəmə işində Apellyasiya Məhkəməsindəki araşdırmada sədrlik edən hakim özünün də iştirakı ilə qəbul edilmiş qərardan verilən etiraz barədə qərar çıxarmalı idi. Məhkəmə hesab etdi ki, ərizəçi sədrlik edən hakimin obyektiv qərəzsizliyə malik olmamasından ehtiyat etməkdə haqlı idi və Məhkəmə 6-cı maddənin pozulduğunu müəyyən etdi. Məhkəmə yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə hesab edir ki hazırkı iş üzrə hakim əvvəllər həmin inzibati tənbehvermə haqqında elektron qərarla bağlı məhkəmə araşdırmasında iştirak etdiyindən, işə təkrar baxılması zamanı onun iştirak etməsi məhkəmənin qərəzsizliyi və obyektivliyi ilə bağlı şübhələrin yaranmasına səbəb ola bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, hakimin özünə etirazı qanuni və əsaslıdır, iş üzrə obyektivliyin və qərəzsizliyin təmin olunması məqsədilə etiraz təmin edilməli, iş qanunla müəyyən edilmiş qaydada başqa birinci instansiya məhkəməsinə göndərilməlidir. CPM-in 109.1.8-ci maddəsinə əsasən hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda etiraz əsaslı sayıla və şərtsiz təmin edilə bilər. Həmin Məcəllənin 109.3.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü- özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı - apellyasiya instansiyası məhkəməsinin hakimi həll edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * №-li qərarının 7-ci bəndinə əsasən etiraz təmin edilərkən, işin başqa məhkəməyə verilməsi o halda mümkün hesab edilməlidir ki, işə həmin məhkəmədə baxılması obyektiv səbəblərdən mümkün olmasın. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Kəlbəcər Rayon Məhkəməsinin hakiminin özü-özünə etirazı təmin edilsin və inzibati xəta haqqında iş materialları baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilsin. Qərardad qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar