Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-446/2026 09.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X2 iclas katibliyi, qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsi nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) etibarnamə üzrə nümayəndəsi nümayəndə3 iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 342.2.2 və 342.2.3-cü maddələri ilə olan inzibati xəta haqqında iş üzrə Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) barəsində Qərarından şikayət verilən orqan tərəfindən ##.##.2026-cı il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərar qəbul edilmişdir ona görə ki, o, ##.##.2026-cı il tarixdə, saat 18:58-də, BMW 5281 MİNİK markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər etmişdir. Nəticədə İXM-nin 342.2.2 və 342.2.3-cü maddələrində nəzərə tutulmuş xətanı törətmişdir. Bu inzibati xəta haqqında elektron qərarla Qərardan şikayət verən orqan (şəxs) 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhər DYPŞ-nin inzibati tənbehvermə haqqında ##.##.2026-cı il tarixli, TP 8027557 qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və tətbiq edilmiş 150 manat cərimə məbləğinin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ilə (sədrlik edən hakim Ü.A.Babazadə) şikayət təmin edilməmiş, Qərardan şikayət verən orqan (şəxs) İXMnin 342.2.2 və 342.2.3-cü maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarının, Gəncə DYPŞ-nin TP ******* nömrəli ## ### 2026cı il qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İXM-nin 342.2.2 və 342.2.3-cü maddələrinin tələbləri pozulmamış, yəni həmin Məcəllənin 342.2.2-ci maddəsində göstərilən normativ tələblər pozulmamış və X3 Qanununun Maddələri pozulmamışdır, yəni eyni modelin (məsələn, BMW F10) köhnə ilinə həmin modelin daha yeni ilinin və ya zavod istehsalı olan idman paketinin (məsələn, "M-paket") buferini qoyulması qadağan olunmadığından qanun pozulması sayıla bilməz və onun avtomobilində həmin hal (yəni buferin eyni markalı avtomobilin zavod istehsalı buferlə dəyişdirilməsi) mövcud olmasına nə DYPŞ-nin İnspektoru nə də Məhkəmə nəzərə almamışdır. Eyni zamanda İXM-nin 342.2.3-cü maddəsində göstərilən yəni nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması nəzərdə tutulması göstərilsə də, avtomobilin istehsalçı zavodu BMW 528i 2013 (F10) modelinə 20-lik (R20) diskin istifadə olunması zavod tərəfindən dəstəklənir və həmin hall istehsalçı zavodun rəsmi saytında göstərilmişdir. Lakin DYPŞ-nin inspektoru hər hansı bir texniki ekspertiza aparılmadan qanunsuz qərar qəbul etmiş və Məhkəmə onun göstərdiyi xüsusatı nəzərə almamışdır. Bundan başqa İXM-nin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə protokol dərhal tərtib olunur. Lakin iş materiallarından görünür ki, hadisə ##.##.2026-cı il tarixdə 18:58-də olmasına baxmayaraq inzibati xəta haqqında protokol (İXP 8050910) ##.##.2026-cı tarixdə tərtib olunmuşdur. Belə olan halda İXM-nin 96.3-cü maddəsinin tələbi pozulduğundan qərar ləğv olunmalıdır. DİN Gəncə şəhər DYPŞ-nin R Bağırov Ramin Cabbar oğlunun ##.##.2026-cı il tarixli qərarı ilə razı deyil və hesab edir ki, qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl edilməmiş, bir tərəfli araşdırıma aparılmış, nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. (Məlumat üçün bildirir ki, qərar üzrə ##.##.2026-cı il tarixdə qərarı imzalamış şəxs Bağırov Ramin Cabbar oğlu Bakı şəhərinə ezam olmuş və onun adından imzalanmış qərarın düzgünlüyü sual doğurur)”. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) etibarnamə üzrə nümayəndəsi nümayəndə3 apellyasiya şikayətini müdafiə edib onun dəlillərinə uyğun çıxış edərək İXM-nin 96.3-cü maddəsinin tələbləri pozulduğunu, dərhal yerində protokol tərtib olunmalı olduğu halda 3 gün sonra tərtib olunduğunu, protokolun kağız daşıyıcıda surətinin nümayəndə3 verilmədiyini, maşının üstündə 20-lik disk olduğunu və zavodun buna icazə verdiyini, maşın yeni alınanda üstündə 17-lik disk olduğunu, amma 20-lik diskə icazə olduğu üçün onu taxdığını, bunun qadağan olunması heç bir qanunda göstərilmədiyini və ekspertiza aparılmadığını qeyd edərək, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək protokolun həmin gün tərtib edilərək nümayəndə3 verildiyini, nümayəndə3 onu götürmədiyini, maşına 20-lik diskin qoyulmasının qadağan olduğunu, dumanlı işıqların söküldüyünü, onun yerinin bufer ilə bağlandığını qeyd edərək, apellyasiya şikayətinin təmin olunmamasını, Gəncə Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə # #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb, işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə – yüz əlli manat məbləğində cərimə tətbiq edilir. İXM-nin 342.2.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə – yüz əlli manat məbləğində cərimə tətbiq edilir. İş materiallarında olan CD diskdə əks olunan videogörüntüdən BMW 5281 MİNİK markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobildə dumanlı işıqların olmadığı, maşının təkərlərinə 20-lik disk yerləşdirilməsi görünür. Bununla da, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “BMW” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ##.##.2026-cı il tarixdə İXM-in 342.2.2 və 342.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Göründüyü kimi iş materialları ilə Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 342.2.2 və 342.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal özünü müdafiə xarakteri daşıdığından əsassız hesab edilir, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qərar qəbul etmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.2.3-cü maddələri ilə olan inzibati xəta haqqında iş üzrə Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə # #### 2026-cı il tarixli *(*- ***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-446/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-446/2026
09.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver