Məhkəmə qərarları › İş №3(3-7)-447/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-447/2026

02.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-447/2026 02.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Vəkil iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5- 121) ****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5-121) ****/**** nömrəli qərarı ilə (sədrlik edən Ülkər Babazadə) ##.##.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası həddində 08 (səkkiz) gün müddətində inzibati həbs edilməsi, inzibati həbsdə olmanın əvvəlinin 2026-cı il ## #### tarixindən saat 17:50-dən hesablanması qərara alınmışdır. İŞİN HALLARI Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 2026-cı il ## #### tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. Belə ki, ##.##.2026-cı il tarixində AR CM-in 178.3.2-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Gəncə şəhər BPİ-in inzibati binasında üzləşdirmə istintaq hərəkətinin aparılması məqsədi ilə çağrılmış Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd edilən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Şahid yüksək səslə təhqir etmiş, nizam-intizama dəvət ediləndə qanunsuz hərəkətlərini davam etdirmiş, ictimai qaydanın mühafizəsi vəzifəsini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş üzrə Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək məhkəmənin qərarının tamamilə ləğv edilməsi, verilmiş protokol üzrə inzibati xəta tərkibi və hadisəsi olmadığına görə müdafiə hüququnun pozulmasına görə protokolun təmin edilməməsi, inzibati xəta haqqında icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis tərəfindən Gəncə Şəhər Baş Polis idarəsinə dəvət olunub və müstəntiq Füzuli Şıxıyevin otağında olarkən Novruz adlı şəxs otağa daxil olmuş və ona qurulan plan üzrə təhqir etməyə başlamışdır, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir söz demədiyi halda və qarşılıq vermədiyi halda müstəntiq Füzuli Şıxıyev tərəfindən protokol və iş sahə müvəkkilinə göndərilmişdir. Əslində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı fiziki və psixi zor və hədə-qorxu gəlindiyi halda, o təhqir olunduğu halda qarşı tərəfə protokol tərtib olunmaq əvəzinə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində icraat başlanılaraq həbs olunmuşdur. Buna görə də, onun barəsində verilən protokol əsassızdır, qanunsuzdur və ləğv olunmalıdır. Əgər o, Gəncə şəhər Baş Polis İdarəsində hansısa təhqir hərəkətlərinə və xırda xuliqanlıq hərəkətlərinə yol vermişdirsə də bununla bağlı video görüntülər tələb edilməli və baxış keçirilməli idi. Əgər Baş Polis İdarəsinin foyesində və yaxudda otaqda müdafiə etdiyi şəxs xırda xuliqanlıq hərəkətləri etmişsə, mütləq şəkildə həmin videogörüntü mövcuddur, həmin video görüntünün məhkəməyə sübut kimi protokol tərtib edən şəxs tərəfindən verilməsi zəruridir. Ancaq həmin video görüntünün gizlədilməsi halı sübuta yetirir ki, müdafiə etdiyim şəxsə qarşı kirli plan qurulmuş və məhkəmədə inzibati həbs alınmasına süni şəkildə şərait yaratmışlar. İnzibati xəta haqqında protokol və qərar qəbul edən inzibati orqan və ya vəzifəli şəxs inzibati xəta törədilməsini, əməlində inzibati xəta tərkibi olmasını sübut etməlidir. Çünki təqsirləndirilən şəxsin təqsirini sübut etmək etmək vəzifəsi qərar qəbul edən vəzifəli şəxsin üzərinə düşür. PROSES İŞTIRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs şikayəti müdafiə etdi və şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin müdafiəçisi şikayətdə göstərilən məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokol tərtib etmiş şəxs üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Məhkəmə kollegiyası, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsi və müdafiəçini dinləyib, inzibati xəta üzrə işin materiallarını və şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5-121) ****/**** nömrəli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə əsasən dəyişdirilməlidir. Aşağıda qeyd olunanlara görə şikayətin dəlillərini əsaslı sayıram. Belə ki, 2026-cı il ## #### tarixli MN ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ##.##.2026-cı il tarixində AR CM-in 178.3.2-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Gəncə şəhər BPİ nin inzibati binasında üzləşdirmə istintaq hərəkətinin aparılması məqsədi ilə çağrılmış Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd edilən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Şahid yüksək səslə təhqir etmiş, nizam-intizama dəvət ediləndə qanunsuz hərəkətlərini davam etdirmiş, ictimai qaydanın mühafizəsi vəzifəsini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs həbs tətbiq edilir. İşdən görünür ki, inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs və birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini həm ictimai qaydanın pozulması, həm də polisin qanuni tələbinə qəsdən tabe olmama kimi qiymətləndirmişlər. Məhkəmə ilkin olaraq qeyd edir ki, hadisənin baş vermə yerinin Gəncə Şəhər Baş Polis İdarəsinin müstəntiqi Füzuli Şıxıyevin xidməti otağı olması və otaqda həmin vaxt həm Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, həm də şahid qismində dindirilmiş Şahid olması və tərəflər arasında mübahisə yaranması işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə yuxarıda qeyd olunan iş materiallarında olan sübutlara istinad edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXMin 510.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlmişdir. Lakin qeyd etmək lazımdır ki, hadisənin müstəntiqin xidməti otağında olması hələ özlüyündə xırda xuliqanlıq əməlinin tərkibini yaratmır. Belə ki, əməlin xuliqanlıq hesab edilməsi üçün hadisələri gedişində cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə olunması, dövlət orqanın fəaliyyətinin məhdudlaşması və iflic vəziyyətə düşməsi, hər hansı şəxslər açıq-aşkar sataşma və təhqiredici hərəkətlər edilməsi və hadisənin ictimai xarakter alması müəyyən olunmamışdır. Bu vəziyyətdə isə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər, yəni xırda xuliqanlıq inzibati xətasının tərkibi yaranmamışdır. İnzibati hüquq nəzəriyyəsində inzibati xətanın obyekti - ictimai qaydadır. Bu inzibati xətanın bilavasitə obyekti isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlərdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2004-cü il tarixli Qərarında qeyd edilir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Lakin, iş materialları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 510.1-ci maddəsi ilə təqsirini sübut edəcək hallar müəyyən olunmamışdır. Belə ki, iş materiallarında olan sənədlərdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsinin nədə ifadə olunmasını müəyyən etmək mümkün deyil. Odur ki, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı İXMnin 510.1-ci maddəsi ilə irəli sürülmüş tələb bu hissədə əsassızdır. Məhkəmə digər hissədə isə bildirir ki, İXM-in 535.1-ci maddəsinin mənasına görə polisin “qanuni tələbi” dedikdə təqsirkara ünvanlanmış, yazılı, aydın və təqsirkarın nədə ittiham edildiyi əməli əks etdirən tələb başa düşülür. İş materiallarından, verilmiş izahatlardan aydın olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXMnin 535.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı birinci instansiya məhkəməsi əsaslı nəticəyə gəlmişdir. Apelyasiya məhkəməsi hesab edir ki, yuxarıda qeyd olunan səbəblərdən birinci instansiya məhkəməsinin işə mövcud materiallar əsasında baxması, daha doğrusu işin mövcud faktiki hallarını qiymətləndirməsi, tərəflərdən daha hansı sübutlarının olub-olmamasını müəyyən etməsi və bununla obyektiv həqiqətin müəyyən edilməsi daha düzgün qərarın qəbul edilməsi ilə nəticələnə bilərdi. Ona görə də məhkəmə hesab edir ki, birinci instasniya məhkəməsi işə mahiyyəti üzrə baxan məhkəmə kimi yuxarıda qeyd olunan halları özü tam, hərtərəfli və obyektiv araşdırmaqla qanuni və əsaslı qərar qəbul edilməsinə nail olmalıdır. Beləliklə, apellyasiya instansiyası hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli İXM-in 535.1-ci maddəsinin dispozisiyasında göstərilən halla tam üst-üstə düşür və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Apellyasiya instansiyası məhkəməsi sadalanan halları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə təyin edilmiş tənbeh tədbirinin azaldılması üçün əsaslar yoxdur. İXM-nin 135.1 və 135.1.5-ci maddələrinə görə tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5-121) ****/**** nömrəli qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin, təqsirli bilindiyi İXM-in 535.1-ci maddəsi ilə barəsində təyin edilmiş 8(səkkiz) gün müddətinə həbs inzibati tənbeh tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar