Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-448/2026 20.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, X6 Yanğın Nəzarəti Idarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru R X4, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı (hakim Xanməmmədova Liza) ilə Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X6 Yanğın Nəzarəti Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: ##.##.2024-cü il tarixli “Liftlərə texniki xidmət müqaviləsindən“ və onlara əlavə edilmiş sənədlərdən görünür ki, “Sifarişçi“ adlanacaq X1 və “Xidmət göstərən“ adlandırılacaq “xxxx“ MMC-nin direktoru X2 arasında bağlanmış müqaviləyə əsasən “Sifarişçi“ X1 “Lift qurğuları və təhlükəsizlik istismarı qaydalarına“ uyğun olaraq öhdəliyi üzərinə götürür, müqavilənin müddəti ##.##.2024-cü il tarixədək qüvvədədir. Inzibati xəta haqqında materiala baxan Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayəti lazımi səviyyədə araşdırılmamış, iş materialındakı xüsusatlar nəzərə alınmamış və inzibati orqanın əməkdaşının işin mahiyyətinə dair etirafedici izahatları nəzərə alınmamışdır. Ona görə də əsassız qərar qəbul olunmuşdur. Bundan başqa, bina üzrə onun yanğın təhlükəsizliyinə cavabdeh və aidiyyatı olmayan şəxs olduğuna dair apellyasiya məhkəməsinə təqdim etdiyi müqavilələrin surətindən görünür ki, “Liftlərə texniki xidməti müqabiləsinin“, “Liftlərə texniki xidmətə dair aktın“, “Enerji təchizatı müqaviləsinin“ X3 tərəfindən imzalanmışdır. Odur ki, şikayətin təmin edilməsi xahiş olunur. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxşında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin olunmasını xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, o, “xxxx” MMC-yə məxsus binanı idarə etmir və həmin bina üzrə yanğın təhlükəsizliyi ilə qaydalarına cavabdeh şəxs deyil. Həmin binanı qeyri-rəsmi olaraq Ramis Əsgərov adlı şəxs idarə edir, kommunal pullar onun tərəfindən yığılır, bütün binaya Ramis adlı şəxs cavabdehdir. O, yalnız MMC-də menecerdir. Apellyasiya məhkəmə baxışında iştirak edən X6 Yanğın Nəzarəti Idarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru Elvin Ismayılov şikayətin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq o, izahatında göstərdi ki, “xxxx” MMCyə məxsus bina var və həmin bina fövqəladə hallar nazirliyində qeydiyyatdan keçib və həmin binanın VÖEN-də var. Rəşad Soltanov MMC-nin meneceri olduğu üçün inzibati xəta haqqında protokol onun iştirakı ilə tərtib olunmuşdur. Verilmiş suala cavab olaraq o, Rəşad Soltanovun hazırda “xxxx” MMC-yə məxsus bina üzrə yanğın təhlükəsizliyi qaydaları ilə bağlı məsul şəxs olduğunu təsdiq edən mötəbər sənədi və ya sübut təqdim edə bilmədiyini göstərdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi iş materiallarını nəzərdən keçirib və tərəflərin izahatlarına nəzərə alıb hesab edir ki, iş üzrə obyektiv qərar qəbul etmək məqsədi ilə apellyasiya şikayət qismən təmin edilməli, məhkəmənin qərarı ləğv edilməli və inzibati xəta üzrə yenidən araşdırma aparılması üçün materiallar həmin məhkəməyə göndərilməlidir. Iş materialına əlavə olunmuş sənədlərdən və izahatlardan göründüyü kimi inzibati xəta hadisəsinin baş verməsi istisna olunmasa da belə, lakin inzibati xəta hadisəsini törədən subyektin müəyyən olunması istiqamətində lazımi araşdırma və zəruri xüsusatlar müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) yalnız “xxxx” MMC-yə məxsus yüksək mərtəbəli yaşayış binasının meneceridir, onun üzərinə həmin bina ilə əlaqədar yanğın təhlükəsizliyi qaydaları ilə bağlı məsuliyyət qoyulması faktını təsdiq edən mötəbər sənəd təqdim olunmamışdır. Həmin xüsusatı Qərardan şikayət verən orqan (şəxs) şikayət və dəlillərində də müdafiə etmişdir. Eyni zamanda həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində iştirak edən inzibati protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi Qərardan şikayət verən orqan (şəxs) “xxxx” MMC-yə məxsus bina üzrə yanğın təhlükəsizliyi qaydaları ilə bağlı məsul şəxs olduğunu təsdiq edən mötəbər sənədi təqdim edə bilmədiyini göstərmişdir. Belə olan halda inzibati xəta hadisəsinin Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilməsi faktı mötəbər sübutlarla öz təsdiqini hazırki vəziyyətdə tapmamışdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hüquqi və faktiki əsaslar araşdırılmamışdır, ona görə də qanunvericiliyin tələbi ilə uzlaşmayan məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin aşkar olunan zaman “xxxx” MMC-yə məxsus yüksək mərtəbəli yaşayış binasının yanğın təhlükəsizliyi qaydaları ilə bağlı məsul şəxsin şəxsiyyəti müəyyən olunmalı, bundan sonra həmin şəxsin əməlinə hüquqi qiymət verilərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. IXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməli, işə yenidən baxılarkən qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən halların araşdırılmalıdır. Qeyd edilənlərə əsasən və IXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilsin. Iş yenidən araşdırılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-448/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-448/2026
20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver