Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-449/2026 09.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi, Quliyev Anar Elcan oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs оğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs оğlu Azərbaycan Respublikası IXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 8 (səkkiz) ay müddətinə məhdudlaşdırılması qərara alınmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-159)-347/2026 qərarının dəyişdirilməsini, ona təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququnun 8 ay müddətə məhdudlaşdırılması tənbehinin ləğv edilməsini, işə baxılarkən ailə vəziyyətinin, yeganə qazanc mənbəyinin sürücülük fəaliyyəti olmasının və məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmasını xahiş etmişdir. Barəsində inzibati tənbeh tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmır və hesab edir ki, təyin olunmuş inzibati tənbeh onun şəxsiyyətinə, ailə vəziyyətinə, sosial durumuna və işin faktiki hallarına uyğun deyildir. Belə ki, o, ailəli şəxsidir, və ailə üzvlərinin maddi təminatı bilvasitə onun sürücülük fəaliyyətindən asılıdır. Nəqliyyat vasitəsini idarə etmək hüququndan 8 ay müddətinə məhrum edilməyi ailəniin maddi vəziyyətinə ciddi mənfi təsir göstərir, onların normal yaşayış səviyyəsini təhlükə altına salır. Hadisə nəticəsində zərərçəkmiş şəxs ağır bədən xəsarəti yetirilməmiş, yalnız yüngül xəsarət almışdır. O, hadisədən sonra məsuliyyətdən yayınmamış, araşdırmanın aparılmasına mane olmamış, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmişdir. Əməli qəsdən törətməmiş, ehtiyatsızlıq nəticəsində baş vermişdir. Lakin birinci instansiya məhkəməsi onun ailə vəziyyətini, yeganə qazanc mənbəyinin avtomobil idarə etməklə bağlı olmasını, himayəsində ailə üzvlərinin olmasını və təyin edilmiş tənbehin onun və ailəsinin sosial vəziyyətinə ağır təsir göstərəcəyini lazımi səviyyədə nəzərə almamışdır. Ona görə də Şəmkir Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, 3(5-159)-347/2026 qərarının dəyişdirilməsini, ona təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququnun 8 ay müddətə məhdudlaşdırılması tənbehinin ləğv edilməsini, işə baxılarkən ailə vəziyyətinin, yeganə qazanc mənbəyinin sürücülük fəaliyyəti olmasının və məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq Protokolu tərtib edən orqan Dövlət X2 nümayəndəsi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişlər. Protokolu tərtib edən orqan Dövlət X2 nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə baxışına gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs isə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasına gələ bilməcəyini bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə işə Dövlət Yol Polis Bölməsinin nümayəndəsinin, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə birlikdə yoxlayaraq və işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan sübutlar əsasında müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 18 radələrində idarə etdiyi “Opel” minik markalı **-DS-*** nömrə nişanlı avtomaşınla Şəmkir-Kür qəsəbəsi yolu ilə hərəkətdə olarkən manevr etmə qaydalarını pozaraq hərəkətdə olan V-21102 markalı, **-BZ-*** nömrəli avtomaşınlı ilə toqquşmuş və nəticədə avtomaşında olan sərnişin Zərərçəkmiş şəxs yüngül xəsarət almışdır. Belə ki, iş materiallarında olan məhkəmə tibbi ekspertizasının və PAB-dən alınmış ##.##.2026-cı il tarixli ** saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının ağrı halında əzniyi, sol saidin aşağı üçdə birinin arxa səthinin qançırı, sağ əlin II barmağının əsas falanqasının şişkinlik vo ağrı halında əzniyi KÜT əşyanın təsirindən törənmiş, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddəti ## ###### 2026-cı il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Iş materiallarında olan Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının */*** nömrəli ## ###### 2026-cı il tarixli rəyindən görünür ki, VAZ-21012 minik markalı, **-BL-*** nömrə nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuş; həmin rəyə əsasən OPEL ASTRA minik markalı, **-DS-*** nömrə nişanlı avtomobilin sürücüsü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Iş materiallarında olan BD****** saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsusdur və BC kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsi üçün verilmişdir. Iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2026-cı il tarixli qərardan görünür ki, X1 əməlində IXM-nin 327.8-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati tədbir görülməsi üçün qərarın surətinin Şəmkir RPŞ-nin DYPBnə göndərilmsəi qərara alınmışdır. Iş materiallarında olan Şəmkir RPŞ-nin DYPB-nin baş inspektoru T.Gözəlov tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 18 radələrində idarə etdiyi “Opel” minik markalı **-DS-*** nömrə nişanlı avtomaşınla Şəmkir-Kür qəsəbəsi yolu ilə hərəkətdə olarkən manevr etmə qaydalarını pozaraq hərəkətdə olan V-21102 markalı, **-BZ-*** nömrəli avtomaşınlı ilə toqquşması və nəticədə avtomaşında olan sərnişin Zərərçəkmiş şəxs yüngül xəsarət alması, bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib olunmuşdur. Iş üzrə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 327.1-ci maddəsinin tələbini pozmaqla IXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Dövlət Yol Polisi Bölməsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli AP ******* nömrəli protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib ona həmin maddənin sanksiyasında müəyyən edilən nəqliyyat vasitələriri idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq etməklə işin halları üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, inzibati qanunvericiliyinin ədalətlilik prinsipinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. IXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Inzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə alaraq belə hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarını ləğv edərək, işin icraatına xitam verilməsi və qərarın dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXMnin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapması qənaətinə gələrək onu həmin maddə ilə təqsirli bilib barəsində inzibati tənbeh tətbiq etməkdə haqlı olmuşdur. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Iş üzrə IXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati tənbeh tətbiq edilərkən işin faktiki halları, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığı nəzərə alınmışdır. Bu səbəbdən apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində qeyd etdiyi dəlilləri qəbul etmir və həmin dəlilləri əsassız hesab edərək onun məsuliyyətdən yayınma məqsədi güdməsi kimi qiymətləndirir. Ona görə də apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında işə baxılarkən maddi və prosessual normalara əməl olunmuş, işin tam, hərtərəfli və obyektiv araşdırılmasını istisna edən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. IXM-nin 134-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalı, hazırkı iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs оğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, dərhal qanuni qüvvəyə minir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-449/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-449/2026
09.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver