Məhkəmə qərarları › İş №3(3-7)-450/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-450/2026

23.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-450/2026 23.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullaeyv Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bərdə Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. İŞİN HALLARI: Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokola əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə tələbi təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə qanuni tələbləri pozmuşdur. Həmin protokol baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsi tərəfindən yuxarıda qeyd olunan məhkəmə qərarı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayət verərək məhkəmənin qərarının ləğv edilməsinə və başlanmış icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həyat yoldaşı vəfat etmiş, 9 yaşında olan qızı Aylin və 6 yaşlı oğlu Elşən nənə-babaları olan Pərvanə və Elşən Əliyevlərlə görüşmək, onlarla ünsiyyətdə olmağı istəmirlər. Bunun da günahkarı Pərvanə və Elşən Əliyevlərin özləridir. Çünki, onlarla birlikdə yaşadığı dövrdə onlar nəvələri Aylin və Elşəndə özlərinə qarşı hörmət və sevgi hissi yarada bilməmişlər. Odur ki, uşaqları Aylin və Elşən onları gördükdə qışqırıb ağlayır və qaçıb gizlənirlər. Əməlində AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı halda, Bərdə rayon Məhkəməsi tərəfindən qanunsuz olaraq həmin maddə ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. O, heç vaxt uşaqları Aylin və Elşənin nənə-babaları Pərvanə və Elşən Əliyevlərlə görüşüb ünsiyyətdə olmalarının əleyhinə olmamış, əksinə həmişə onların ünsiyyətdə olmağının lazım olduğunu bildirmişdir. Lakin uşaqları Aylin və Elşən çox kiçik yaşlı olduqları üçün onun bu nəsihət və tövsiyələrini qavramaq iqtidarında olmamışdır. Bu səbəbdən o dəfələrlə icra məmuru Zeynəb Abbasovaya və Məhəmmədəli Qasımzadəyə təklif edib ki, “gəlin bir-birimizə anlayış nümayiş etdirək, hələlik bir müddət nənə-babaları ilə yaşadığı müəllimin evində onun iştirakı ilə qısamüddətli görüşlərlə ünsiyyətdə olsunlar, hətta həftədə 2-3 dəfə bu cür görüşüb ünsiyyətdə olsunlar, bəlkə tədricən onlar nənə-babalarına öyrəşərlər və bundan sonra onların özünün iştirakı olmadan nənə-babaları ilə məhkəmənin icra sənədində göstərildiyi kimi hər həftənin bazar günləri 5 saat ərzində görüşüb ünsiyyətdə olmaları, hətta gecəni onların evində qalmaları da baş tuta bilər. İcra məmurları Zeynəb Abbasova və Məhəmmədəli Qasımzadə özləri də bir neçə dəfə şahid olmuşlar ki, uşaqları Aylin və Elşən Əlizadələr nənə-babaları ilə qətiyyən görüşüb ünsiyyətdə olmaq istəmirlər, hətta onları uzaqdan da olsa, görmək istəmirlər, hər dəfə onları görən kimi ağlaşır, qışqırır, əsəb və stress keçirir, ona sığınıb onlara yaxın getmirlər, yaxud onları görən kimi qaçıb gizlənirlər. O, 9 və 6 yaşları olan bu yetim uşaqlarına fiziki zorakılıq etməklə və s formada şiddət göstərməklə onları nənə-babaları ilə görüşüb ünsiyyətdə olmağa məcbur edə bilməz. Buna görə də, barəsində tətbiq edilmiş AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə tənbehi tətbiq edilməsinə dair Bərdə rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarının ləğv edilərək başladılmış icraata xitam verilməsinə dair yeni qərar çıxarılmalıdır. PROSESSUAL MƏSƏLƏLƏR: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru məhkəmə iclasına gəlməmiş lakin gəlməməsinin səbəbləri barədə məlumat vermişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədi (icra vərəqi ## ###### 2026-cı il tarixdə verilmişdir) üzrə iddiaçı Zərərçəkmiş şəxs nəvələri ## ### 2019-cu il təvəllüdlü X1 və ##.##.2020-ci il təvəllüdlü X2 ilə hər həftənin bazar günü saat 10:00-dan 15:00-dək cavabdehin Bərdə rayonu, Alpoud kəndindəki yaşadığı ünvandan götürməklə, həmin ünvanda təhvil vermə qaydasında ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir; Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun ## ###### 2026-cı il tarixli icraata başlamaq haqqında qərarının surətində görünür ki, Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli nömrəli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində icra sənədi üzrə icraat başlanmışdır; Bərdə rayon İcra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli bildirişin surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin *(***)-****/****-*** nömrəli icra sənədindən irəli gələn öhdəlikləri, yəni icra sənədi üzrə yaranmış borcunu və öhdəlikləri könüllü icra etməsi üçün borcluya 10 gün müddətində vaxt verilmişdir; Bərdə rayon İcra və Probasiya şöbəsinin ##.##.2026-cı il tarixli akta əsasən icra məmuru Zeynəb Abbasova, icra məmuru Məhəmmədəli Qasımzadə, hal şahidləri Könül Sarıyeva və Əfsanə Niftalıyeva tərəfindən tərtib olunmuş aktdan görünür ki, Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qərarın icrasını təmin etmir. Nəvələri ilə Zərərçəkmiş şəxs ilə ünsiyyət hüququna maneə yaradır. ##.##.2026-cı il tarixində Bərdə İcra şöbəsində ünsiyyətin təmin olunmasına dair təyinat verilsə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs gələcəyini vəd etsə də, gəlməkdən gərəzli şəkildə yayınmış, ünsiyyət baş tutmamışdır; Bərdə rayon İcra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli “borclunun axtarışı haqqında” qərarının surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadığı yerin müəyyən edilməsi mümkün olmamış və barəsində axtarış elan edilmişdir; Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş ##.##.2026-cı il MN ******* nömrəli protokolda göstərilmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bərdə Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*- ***)-****/**** nömrəli icra sənədi üzrə icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzərinə düşən öhdəliyi qərəzli olaraq icra etməməklə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan mötəbər sübutlarla təsdiq olunmuş, birinci instansiya məhkəməsi də onu həmin maddə ilə təqsirli bilməkdə düzgün nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. İnzibati tənbehlə bağlı məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 31.1 və 31.2-ci maddələrinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsininə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh tətbiq edərkən işin hallarını, törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və tətbiq edilən tənbehin onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona aşağı həddə yüngül tənbeh tətbiq etmişdir. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərini qəbul etmir, inzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmiş, qanuni qərar qəbul etmişdir. Mahiyyəti üzrə düzgün olan məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bərdə Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar