Məhkəmə qərarları › İş №3(3-7)-451/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-451/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-451/2026 10.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X2 iclas katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 332.2 və 342.9-cu maddələri ilə olan inzibati xəta haqqında iş üzrə Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)- ***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göygöl RPŞ-nin DYPB-nin YPX inspektoru, R X3 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, İXP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 332.2 və 342.9-cü maddələri ilə təqsirli bilinmişdir ondan ötrü ki, o, ##.##.2026-cı il tarixdə saat 16:01 radələrində “Chevrolet Cruze” minik markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və avtomobilin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etməklə idarə etmişdir. Göygöl RPŞ-nin DYPB-nin YPX inspektoru, R X3 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 342.9 və 332.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib edilmiş ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli protokol baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim R.M.Mustafayev) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs оğlunun İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun İXM-nin 332.2-ci maddəsinə münasibətdə baxılması üçün Protokolu tərtib edən orqan göndərilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “O, idarə etdiyi Chevrolet Cruze markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qardaşı oğlunun kiçik toy məclisi ilə əlaqədar olaraq xüsusi dizaynda bəzətmişdir və bu zaman dövlət qeydiyyat nişanının bağlanılması və ya onun vizual görünüşünün çətinləşdirilməsi barədə hər hansı subyektiv niyyəti olmamışdır. Bəzək işləri icra olunarkən nömrə nişanı tam açıq və oxunacaq vəziyyətdə saxlanılmışdır. Lakin nəqliyyat vasitəsi yolda olan zaman, xarici fiziki amillərin – güclü küləyin və avtomobilin sürətindən yaranan aerodinamik hava axının təsiri nəticəsində avtomobilin yük yerinin qapağına bərkidilmiş bəzək tülünün və lentinin sərbəst ucları yerini dəyişmişdir və nəticədə mərkəzdən şaquli xətt boyunca aşağı süzülən lent nömrənin sol hissəsindəki “7” rəqəminin, bəzək tülü isə “B” hərfinin üzərinə təbii şəkildə sürüşmüşdür. Avtomobilin dövlət qeydiyyat nişanının əsas identifikasiya qrupu olan “601” hissəsi və region kodu “6” isə tamamilə açıq, toxunulmaz və maneəsiz oxunan vəziyyyətdə qalmışdır. X1 əməkdaşları onu saxlayaraq barəsində protokol tərtib etmək istədikdə, o bu ittihamla razılaşmadığını bildirərək inzibati xəta haqqında protokolu imzalamaqdan rəsmən imtina etmişdir. Eyni zamanda, saxlanıldıqdan dərhal sonra o, yerindəcə tülü və lenti nömrənin üzərindən sökmüş və dövlət qeydiyyat nişanının tam vizual görünüşünü bərpa etmişdir. İXM-nin 11.1-ci maddəsinə əsasən, şəxs yalnız törətdiyi inzibati xətada təqsirli (qəsdən və ya ehtiyatsızlıqdan) bilindikdə inzibati məsuliyyətə cəlb oluna bilər. Maddə 342.9-un dispozisiyasında qeyd olunan "dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsi" ifadəsi hüquqi mahiyyətinə görə yalnız birbaşa qəsdlə törədilə bilən aktiv hərəkətdir. "İstifadə etmək" – şəxsin nömrəni gizlətmək niyyəti ilə şüurlu şəkildə hər hansı bir mexanizm quraşdırmasını tələb edir. Sürücü oturacağından arxadakı bəzək lentinin hərəkətdə ikən küləyin təsiri ilə sürüşməsini görmək və buna iradə göstərmək qeyri-mümkündür. Təqsir (qəsd) olmadığı təqdirdə inzibati məsuliyyət tamamilə istisna olunur. İş materiallarına əlavə edilmiş rəsmi fotoşəkildən aydın görünür ki, dövlət qeydiyyat nişanının sonundakı "601" hissəsi və əvvəlindəki "6" rəqəmi tamamilə açıqdır və nəqliyyat vasitəsinin identifikasiyasını çətinləşdirmir. Bu maddi sübut təsdiq edir ki, nömrə nişanını qəsdən gizlətmək məqsədi olmamışdır. O, bu fotoşəkilin rəsmi olaraq iş materiallarına əlavə edildiyini ##.##.2026-cı il tarixdə məhkəmədə iş materialları ilə rəsmi tanışlıq zamanı müəyyən etmişdir. Sözügedən şəkil elektron sistemdə əks olunmadığından, birinci instansiya mərhələsində buna qarşı əlavə maddi sübut təqdim etmək imkanı məhdud olmuşdur. Apellyasiya şikayətinə birinci instansiyada təqdim olunmayan, hadisə vaxtı kənar şəxs tərəfindən çəkilmiş videoçarxdan götürülmüş foto-kadrı əlavə edir. Bu görüntülər avtomobilin bəzədilmə məqsədini və lentin sırf təbii təsirlə sürüşdüyünü sübut edir”. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan fotoşəkildən görünür ki, “Chevrolet Cruze” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə edilməklə idarə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal özünü müdafiə xarakteri daşıdığından əsassız hesab edilir, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qərar qəbul etmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 332.2 və 342.9-cü maddələri ilə olan inzibati xəta haqqında iş üzrə Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli *(*- ***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar